Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1519/2025 16.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1480 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Ağdam rayonu Güllücə kəndində qeydiyyatda olmaqla, hazırda rayonun Təzəkənd Qəsəbəsində məskunlaşmışdır. Cavabdeh tanıyır, onun uşaqlarının kirvəsidir və münasibətləri yaxşı olmuşdur. Cavabdeh ondan müxtəlif vaxtlarda cəmi 1480 manat borc pul almışdır. Dəfələrlə Cavabdeh borcu qaytarmasına söz versə də qaytarmamışdır. Cavabdeh borcu olduğunu etiraf edir, borcu qaytaracağı barədə ona telefonla mesajlar göndərmişdir. Artıq uzun müdət keçməsinə baxmayaraq cavabdehdən pulunu ala bilmir. Hesab edir ki, Cavabdeh onu aldadır, pulu qaytarmaq fikri yoxdur. Başqa çıxış yolu qalmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də hesab edir ki, Cavabdeh 1480 manat məbləğində pul qanunla müəyyən edilmiş qaydada alınaraq ona verilməlidir. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələblərini bir daha müdafiə etdi, əlavə olaraq göstərdi ki, cavabdeh ilə kirvə qohumlarıdırlar. Cavabdehə ayrı-ayrı vaxtlarda 1200, 200, 150 və 30 manat, cəmi 1580 manat pul verib. Hazırda cavabbehin ona 1480 manat borcu qalır. Cavabdeh ustalıqla məşğul olur, lakin o, da işlədiyi işlərin pullarını ala bilmir. Pul ehtiyacı olduğu üçün məhkəməyə müraciət etməli olub. Ona görə də iddia tələbinin təmin edilməsini bir daha xahiş edir. Cavabdeh məhkəmə hazırlıq iclasında iddia tələblərini qəbul etdi. Göstərdi ki, Xocalıda, Qubadlı Rayonlarında işləmiş, işlədiyi pulları ala bilmir. Pulu olmadığından hazırda evində qazı, işığı kəsiblər. Quzanı Qəsəbəsində yaşayır. İşlədiyi işlərin pullarını alan kimi borcunu ödəyəcək. Məhkəmə tərəfləri dinlədikdən sonra, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu il təvəllüdlüdür. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən 07 dekabr 2011ci il tarixdə verilmiş AA 251832 seriyalı X2 surətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Ağdam Rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş 037358 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İddiaçı məhkəməyə təqdim etdiyi, onun Cavabdeh ilə aralarında olan VhatsApp yazışmalarından /mesajlardan/ görünür ki, cavabdeh iddiaçıya olan borcunun olmasını etiraf etmiş, ödəməyə dəfələrlə söz vermiş, həmin yazışmalarda Cavabdeh onu aldatdıqlarını və ona görə də borcunu ödəyə bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Sözügedən Məcəllənin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbləri təmin edilməli, Cavabdeh 1480 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddiaçı məcburi köçkün olduğundan dövlət rüsumu ödəməkdən azaddır. Buna görə də dövlət rüsumu olaraq Mülki Prosessual Məcəllənin 119-cu maddəsinin müddəaları baxımından 34.80 manat cavabdehdən tutulub dövlət nəfinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları subut etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh – 1480 /bir min dörd yüz səksən/ manat pul tutularaq İddiaçı xeyrinə verilsin. Cavabdeh – dövlət rüsumu kimi ödənilməli olan 34.80 /otuz dörd manat səksən qəpik/ manat pul tutularaq dövlət nəfinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-1519/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1519/2025
16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver