Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1546/2024 27.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlu. İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair işə 27 iyun 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: R.Ə.Bağırov rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində, Cavabdeh xx.xx.2023-cü il tarixli, 3043 saylı müqavilə üzrə 125 manat əsas, 25 manat cərimə, xx.xx.2023-cü il tarixli, 3065 saylı müqavilə üzrə 151 manat əsas, 30 manat cərimə, xx.xx.2023-cü il tarixli, 3222 saylı müqavilə üzrə 1380 manat əsas, 130 manat cərimə, ümumilikdə - cəmi 1841 manat və ödənilmiş 38,40 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə qarşı əsaslandırılmış etirazı olduğu halda təqdim etməli olduğu izah olunmuşdur. İşə baxılma müddəti ərzində məhkəməyə cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı, dəlilləri və ya onları təsdiq edən sənədləri daxil olmamışdır. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli, 3043 saylı alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 360 manat dəyərində tozsoran və velosiped 1 ay müddətinə kreditlə satılmışdır. xx.xx.2023-cü il tarixli, 3065 saylı alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 195 manat dəyərində velosiped 1 ay müddətinə kreditlə satılmışdır. xx.xx.2023-cü il tarixli, 3222 saylı alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 1380 manat dəyərində 18 BT QRİ kondisioner 12 ay müddətinə kreditlə satılmışdır. İddiaçı tərəfin təqdim etdiyi arayışlardan görünür ki, Cavabdeh iddiaçıya olan borcu xx.xx.2023-cü il tarixli, 3043 saylı müqavilə üzrə 125 manat əsas, 25 manat cərimə, xx.xx.2023-cü il tarixli, 3065 saylı müqavilə üzrə 151 manat əsas, 30 manat cərimə, xx.xx.2023-cü il tarixli, 3222 saylı müqavilə üzrə 1380 manat əsas, 130 manat cərimə təşkil edir. İddiaçı tərəfin cavabdehə ünvanladığı bildirişin surətindən görünür ki, borcun ödənilməsi ona bildirilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən iddiaçı müxtəlif məhsullar kreditə verməklə üzərlərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə xx.xx.2023-cü il tarixli, 3043 saylı müqavilə üzrə 125 manat əsas, xx.xx.2023-cü il tarixli, 3065 saylı müqavilə üzrə 151 manat əsas, xx.xx.2023-cü il tarixli, 3222 saylı müqavilə üzrə 1380 manat əsas məbləğdən borclu qalmaqla öhdəliyi icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə baxışında məlum olmuşdur ki, Cavabdeh iddiaçı qarşısında öhdəliklərini icra etməmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncu üzərinə düşən öhdəlikləri icra etmədikdə, borc verənə cərimə borcunu ödəməyi üzərinə götürmüşdür. Cavabdeh müqavilənin tələblərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, 3043 saylı müqavilə üzrə 25 manat cərimə, xx.xx.2023-cü il tarixli, 3065 saylı müqavilə üzrə 30 manat cərimə, xx.xx.2023-cü il tarixli, 3222 saylı müqavilə üzrə 130 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsində qeyd olunmuşdur ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəlləsinin 284-5.1-ci maddəsində qeyd olunmuşdur ki, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməlidir. Həmin Məcəllənin 284-5.2-ci maddəsində qeyd olunmuşdur ki, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsində qeyd olunmuşdur ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3043 saylı müqavilə üzrə 125 manat əsas, 25 manat cərimə, xx.xx.2023-cü il tarixli, 3065 saylı müqavilə üzrə 151 manat əsas, 30 manat cərimə, xx.xx.2023-cü il tarixli, 3222 saylı müqavilə üzrə 1380 manat əsas, 130 manat cərimə - cəmi 1841 (min səkkiz yüz qırx bir) manat və ödənilmiş dövlət rüsumu əvəzində 38,40 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1546/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1546/2024
27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver