Məhkəmə qərarları › İş №2(013)-1576/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1576/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1576/2024 20.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borclu olduğu 5000 manat pulun və məhkəmədə işin baxılması ilə bağlı dövlət rüsumu kimi ödədiyi 70 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələblərini belə əsaslandırdı ki, Cavabdeh tanıyır, onunla yaxşı münasibətləri olmuşdur. Mobil Ağcabədi şəhərində qəssablıq fəaliyyəti ilə məşğul olur və dəfələrlə ona iribuynuzlu mal-qara satmışdır. 02 mart 2023-cü il tarixdə Cavabdeh onun yaşadığı Ağcabədi rayonu Hacıbədəlli kəndində gələrək özünə məxsus cəmisinin qiyməti 5000 manat təşkil edən 4 baş iribuynuzlu mal-qaranı nisyə qaydada almış və pulunu 1 ay müddətində ödəyəcəyinə söz verərək, bu barədə imza etməklə qəbz yazıb vermişdir. Cavabdeh tanıdığı üçün və əvvəllər dəfələrlə aralarında al-ver olduğuna görə inanıb 4 baş mal-qaranı ona vermişdir. Lakin həmin vaxtdan 1 ildən çox vaxt ötməsinə və dəfələrlə tələb etməsinə baxmayaraq Mobil borclu olduğu 5000 manat pulu hər dəfə müxtəlif bəhanələrlə qaytarmaqdan boyun qaçırır və etdiyi xəbərdarlıqlara məhəl qoymur. Ona görə də pozulmuş hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, Cavabdeh borclu olduğu 5000 manat pulun və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 70 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmalıdır. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası barədə SMS-lə, telefon vasitəsi ilə məlumatlandırılmış Cavabdeh iclasa gəlməmişdir ki, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün bilmişdir. İddiaçı bildirir ki, cavabdehi görmüş, məhkəmə iclasına gəlməsini ona bildirmiş, cavabdeh yas mərasimlərinin olmasını bildirmiş, məhkəmə iclasına getməyəcəyini demişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1983-cü il təvəllüdlüdür. Ağcabədi RİH Başçısının Hacıbədəlli Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 333 saylı, 10 may 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı həmin kənddə yaşayır. Ərizəyə əlavə edilmiş hazırkı Cavabdeh tərəfindən yazılmış sadə yazılı qəbzdən görünür ki, o, Ağcabədi rayonu Hacıbədəlli kənd sakini İddiaçı ona məxsus olan tövləsindən 4 baş iribuynuzlu malı 02 mart 2023-cü il tarixdə nisyə almış, 4 baş malın pulu cəmi 5000 manat eləmişdir. Həmin malları özünə məxsus olan qəssəbxanada kəsmiş, Etibara olan 5000 manat borcunun hamısını 1 ay müddətində qaytaracağına söz vermişdir. Ağdam Rayon Polis Şöbəsi tərəfindən 10 oktyabr 2011-ci il tarixdə verilmiş AZE 0******* saylı Şəxiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Ağdam Rayon Kəngərli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlana bilər. Həmçinin həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Sözügedən Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia tələbləri əsaslıdır və qanunamüvafiqdir, hazırda tələb olunan həcmdə təmin edilməlidir. Cavabdeh məhkəmə iclasına gəlmir, iddia tələblərinin təkzib edilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmir. Göstərilənlərə əsasən məhkəmə iddia tələbini təmin edir, hesab edir ki, Cavabdeh 5000 manat pul və məhkəmədə işin baxılması ilə bağlı dövlət rüsumu kimi ödənilmiş 70 manat pul Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 119-cu maddəsinin müddəaları baxımından alınıb İddiaçı xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər br tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respubldikası Mülki Prosessual Məcəlləsinin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbləri təmin edilsin. Cavabdeh - 5000 /beş min/ manat pul və məhkəmədə işin baxılması ilə bağlı dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 70 /yetmiş/ manat, ümumilikdə 5070 /beş min yetmiş/ manat pul tutularaq İddiaçı xeyrinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar