Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1591/2024 16.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi – «Konsensus» Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Rldəniz oğlunun Cavabdeh qarşı pul tələbi barədə mülki işə 16 sentyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh ona vurulmuş maddi ziyana görə 5000 manat, mənəvi zərərə görə 3000 (üç min) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, 02 oktyabr 2021-ci ildə cavabdehə məxsus avtomobildə olduğu vaxt yol nəqliyyat hadisəsi baş vermiş və hər iki ayağı sınmışdır. 27 dekabr 2022-ci ildə cərrahiyyə əməliyyatı olunaraq sağ ayağı dizdən aşağı kəsilmişdir. Hazırda sağ ayağının dizdən yuxarı kəsilmək təhlükəsinin olduğunu, müalicəsinə 9000 manat tələb olunduğunu qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi qismində məhkəmədə izahat verən Vəkil göstərmişdir ki, İddiaçı birinci müalicədən sonra normal vəziyyətdə olmuşdur. Avtoqəzadan bir ildən artıq müddət keçdikdən sonra Elnurun ayağı kəsilmişdir. Elnurun hazırki xəstəliyinin avtoqəza ilə bağlı olmadığını qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı Azər Əmiraslanovun qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, xx.xx.2021-ci ildə saat 16:20 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən 116-cı km-də Cavabdeh idarə etdiyi Mercedes Benz 0303 avtobus markalı ** BT *** dövlət qeydiyat nişanlı avtomobili Qazax rayonu istiqamətində hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkətdə olan asfalt döşəyən texnika və X1 idarə etdiyi Kamaz 55111 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə X3, X6 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, İddiaçı, X4, X2 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət almışlar. Həmin iş üzrə keçirilmiş məhkəmə-avtotexniki ekspertizasının xx.xx.2021-ci il tarixli 8/2503 saylı rəyində göstərilmişdir ki, Mercedes Benz 0303 avtobus markalı ** BT *** dövlət qeydiyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Digər sürücülərin hərəkətlərinin tədqiqi xüsusi bilik tələb etmir. İddiaçı, X3, X4, X2 və X7 ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinə müraciət edərək Cavabdeh ilə barışdıqlarını qeyd etməklə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdiklərindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsi və Cinayət Prosessual Məcəlləsinin 39-40-cı maddələrinə əsasən material üzrə Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. 1729/22 saylı epikrizin surətindən görünür ki, İddiaçı sağ baldır sümüklərinin orta 1/3-nin qeyri düzgün metal fiktasorla bitişməkdə olan sınığı, diz oynağının xaçvari və yan bağlarının zədələnməsi, sağ incik sümüyünün iflici, düşük ayaq, sağ baldırın işemiyası diaqnozu qoyulmuşdur. Ortoped həkim Aslan Məmmədov tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ümumi vəziyyəti stabildi, kliniki və instromental müayinələr aparılmış, xəstəyə aşağıdakı əməliyyat planlaşdırılır: sağ diz oynağının total endoprotezləşdirilməsi. Əməliyyat üçün 9000 manat vəsait tələb olunur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, xx.xx.2021-ci ildə saat 16:20 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən 116-cı km-də Cavabdeh idarə etdiyi Mercedes Benz 0303 avtobus markalı ** BT *** dövlət qeydiyat nişanlı avtomobili Qazax rayonu istiqamətində hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkətdə olan asfalt döşəyən texnika və X1 idarə etdiyi Kamaz 55111 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, Cavabdeh ehtiyatsızlığı nəticəsində İddiaçı sağlamlığına həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət dəymişdir. Hazırda İddiaçı müalicəsinə 9000 manat tələb olunur. Belə olan halda Cavabdeh İddiaçı müalicəsinə tələb olunan vəsaiti ödəməli, lakin iddia tələbi 5000 manat təşkil etdiyindən məhkəmə tələbdən kənara çıxmamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zədə), habelə pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (Nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli eletrik enerjisindən, atom enərjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Mülki işə baxılarkən məlum olmuşdur ki, F.K.Musatafayevin törətdiyi cinayət əməli nəticəsində İddiaçı mənəvi zərər dəymişdir. Məhkəmə İddiaçı dəymiş mənəvi zərəri onun baş verməsinə səbəb olmuş hərəkətin təhlükəlilik dərəcəsini, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini, zərərvuran şəxsin təqsirinin ehtiyatsızlıq formasında olmasını nəzərə alaraq 1000 manat miqdarda müəyyən etmişdir. Məhkəmə tərəfindən mənəvi zərərin 1000 manat miqdarda müəyyən edilməsi ağlabatan və ədalətli olmuşdur. Belə olan halda Cavabdeh İddiaçı vurduğu 1000 manat mənəvi zərərin əvəzini ödəməlidir. Cinayət hadisəsi zamanı və sonradan sağlamlığının düşdüyü vəziyyət İddiaçı şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmaqla o, mənəvi sarsıntı, sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməklə iztirab keçirmişdir. İşə baxılarkən məlum olmuşdur ki, İddiaçı baş vermiş cinayət hadisəsi nəticəsində fəal həyat tərzindən məhrum olunmuş, onun bir ayağı dizdən aşağı amputasiya olunmuş, hazırda isə müalicəsi davam etdirilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərəin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyi, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»-nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumları və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olunması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Yuxarıda qeyd edilən Qərarın 4-cü bəndinin 1-ci abzasında nəzərdə tutulmuşdur ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin Qərarın 2-ci bəndinin 4-cü abzasında göstərilmişdir ki, mənəzi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndində göstərilmişdir ki, Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətinin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunlar hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və s. maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumu əvəzində iddia tələblərinin təmin edilmiş hissəsinə mütanasib olaraq Cavabdeh 80 manat alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 5000 manat, mənəvi zərərə görə 1000 manat, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 80 manat – cəmi 6080 (altı min səksən) manat alınaraq İddiaçı verilsin. İddiaçı Cavabdeh qarşı olan mənəvi zərərə görə iddiasının qalan 2000 (iki min) manat tələbinə dair hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev edən
Məhkəmə qərarları › İş №2(013)-1591/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1591/2024
16.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver