Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1613/2024 03.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ X3, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı “kredit borcunun tutulması" tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 486,48 manat əsas, 108,74 manat faiz, 25,09 manat cərimə, 0 manat komisyon borcu olmaqla, cəmi 620,31 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC tələbini onunla əsaslandırmışdır ki, ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 502sBRDb/22 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün ona 35 ay müddətinə illik 29 % dərəcəsi ilə 500 manat məbləğinə kredit xətti açılmış, müqaviləyə görə borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu borcverənə qaytarmağı öhdəsinə götürmüş, lakin cavabdeh kredit müqaviləsinin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, kredit üzrə öhdəliklərini pozmuş, nəticədə cavabdehin xx.xx.2024-cü il tarixinə 486,48 manat əsas, 108,74 manat faiz, 25,09 manat cərimə olmaqla, cəmi 620,31 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında hall olunma) heç bir fayda verməmişdir va kreditor öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tələb təmin edilməlidir. xx.xx.2022-ci il tarixli, 502sBRDb/22 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 35 ay müddətinə illik 29 % dərəcəsi ilə 500 manat məbləğində kredit xətti açılmışdır. ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə kredit müqaviləsi üzrə 486,48 manat əsas, 108,74 manat faiz, 25,09 manat cərimə, 0 manat komisyon borcu olmaqla, cəmi 620,31 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti 5.000 manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti 10.000 manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd olunan Məcəllənin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən isə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Belə ki, Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən Cavabdeh sözügedən kredit müqaviləsi üzrə 486,48 manat əsas, 108,74 manat faiz borcu, 25,09 manat cərimə borcu olmaqla, cəmi 620,31 manat pul və iddiaçı tərəfin dövlət rüsumu kimi ödədiyi 30 manat alınıb ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Cavabdeh - xx.xx.2022-ci il tarixli, 502sBRDb/22 saylı kredit müqaviləsi üzrə 486,48 manat əsas, 108,74 manat faiz borcu, 25,09 manat cərimə borcu olmaqla, cəmi 620,31 (altı yüz otuz manat otuz bir qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Azərbaycan respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: M. Niftəliyev İş № 2(013)-449/2024 İCRA VƏRƏQƏSİ 15 fevral 2024-cü il Ağdam Rayon Məhkəməsi İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdeh X2 qarşı “kredit borcunun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq qərara aldı. Cavabdeh X1 - xx.xx.2018-ci il tarixli, 4830sCNTR/18 saylı kredit müqaviləsi üzrə 330,48 manat əsas, 101,03 manat faiz borcu, 15,47 manat cərimə borcu olmaqla, cəmi 446,98 (dörd yüz qırx altı manat doxsan səkkiz qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilsin. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclu – X4 – xx.xx.1991-ci ildə Ağdam rayonu Gülablı kəndində anadan olmuş, Ağdam rayonu, Gülablı kəndində qeydiyyatda olan və Ağdam rayonu Quzanlı qəsəbəsi, 689 evlik qəsəbə, ev 496-da yaşayan. Tələbkar– "xxxx" Kommersiya Bankı ASC - Bakı şəhəri, R.Behbudov küçəsi 55. İcra vərəqəsi 18 mart 2024-cü ildə verilmişdir. M.Y. Hakim Elşad Bayramov AZƏRBAYCAN RESPUBLİKASİ AĞDAM RAYON MƏHKƏMƏSİ AZ 0200, Ağdam rayonu, Quzanlı qəsəbəsi; Tel: (026) 32-5-05-97, Faks: (026) 32-5-05- 97 İş № 2(013)-449/2024 18 mart 2024-cü il Ağdam Rayon İcra və Probasiya Şöbəsinə İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdeh X2 qarşı borc tələbinə dair 15 fevral 2024-cü il tarixli, 2(013)-449/2024 nömrəli qətnamənin surəti və icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. Xahiş edirəm “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qətnamənin icrasını təmin edib nəticəsi barədə dərhal məhkəməyə məlumat verəsiniz. Qoşma : qətnamənin surəti və icra vərəqəsi « 03 » vərəq. Hakim Elşad Bayramov
Məhkəmə qərarları › İş №2(013)-1613/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1613/2024
03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver