Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1633/2025 16.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 16 iyul 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 1055 (min əlli beş) manat 73 (yetmiş üç) qəpik və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının zaminliyi ilə "xxxx" ASC-dən kredit götürmüşdür. Ağdam Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(013)- 2075/2016 saylı məhkəmə əmri ilə Cavabdeh və iddiaçıdan müştərək qaydada cəmi 1337,84 manat əsas və 177,89 manat faiz - cəmi 1515,73 manat və ödənilmiş dövlət rüsumu əvəzində 20 manat tutulub "xxxx" ASC-nin (sonradan "xxxx" QSC BOKT adlanır) xeyrinə tutulması əmr edilmişdir. İddiaçının aylar üzrə əmək haqqından cəmi 1643,18 manat pul tutularaq "xxxx" ASC-nin hesabına ödənilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(013)-2075/2016 saylı məhkəmə əmri üzrə məbləğ son ödəniş xx.xx.2024-cü il tarixdə olmaqla tam ödənilmişdir. Məhkəmə əmrinə əsasən ödənilməli olan məbləğin 587,45 manat hissəsi cavabdeh tərəfindən iddiaçıya verilsə də qalan 1055,73 manat qaytarılmamışdır. Krediti bağladıqdan sonra iddiaçı cavabdehdən sonuncunun əvəzinə ödədiyi pulun qaytarmasını tələb etmiş, lakin heç bir nəticəsi olmamışdır. Hazırda cavabdeh iddiaçının banka ödədiyi 1055,73 manatı mənə ödəməkdən müxtəlif bəhanələrlə imtina edir. Belə olan halda başqa çıxış yolu qalmadığı üçün iddiaçı reqres iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf edərək təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(013)-2075/2016 saylı məhkəmə əmrinin surətindən görünür ki, Cavabdeh və İddiaçı müştərək qaydada cəmi 1337,84 manat əsas və 177,89 manat faiz - cəmi 1515,73 manat və ödənilmiş dövlət rüsumu əvəzində 20 manat tutulub "xxxx" ASC -nin xeyrinə ödənilməsi əmr edilmişdir. "xxxx" QSC BOKT Bərdə filalının xx.xx.2025-ci il tarixli 119 nömrəli arayışından görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(013)-2075/2016 saylı məhkəmə əmri üzrə məbləğ son ödəniş xx.xx.2024-cü il tarixdə olmaqla tam ödənilmişdir. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 qəbul etdiyi icraata xitam verilməsi xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(013)-2075/2016 saylı məhkəmə əmri ilə Cavabdeh və İddiaçı müştərək qaydada 1337,84 manat əsas və 177,89 manat faiz - cəmi 1515,73 manat məbləğində pul və 20 manat dövlət rüsumu tutulub "xxxx" ASC-nin (sonradan "xxxx" QSC BOKT adlanır) xeyrinə tam şəkildə təmin olunduğu üçün icra sənədi üzrə icraata xitam verilmişdir. "xxxx" MMC-nin arayışından görünür ki, yuxarıda qeyd olunan icra sənədinə əsasən İddiaçı əmək haqqında 1643,18 manat tutulmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmədə məlum olduğu kimi "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2014-cü ildə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" ASC Cavabdeh 24 ay müddətinə illlik 22 faizlə 2300 manat kredit vermişdir. Cavabdeh öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə "xxxx" ASCdən aldığı pulu qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Qeyd olunan kredit müqaviləsindən irəli gələn 1337,84 manat əsas və 177,89 manat faiz - cəmi 1515,73 manat zaminlik müqaviləsinə əsasən zamin İddiaçı tərəfindən bankın hesabına ödənilmişdir. Belə olan halda Cavabdeh İddiaçı banka ödəmiş olduğu məbləği iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsində qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumu əvəzində cavabdehdən 30 manat alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 1055 (min əlli beş) manat 73 (yetmiş üç) qəpik və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1633/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1633/2025
16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver