Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1639/2025 25.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10.000 manat borcun və məhkəmədə işin baxılması ilə bağlı dövlət rüsumu kimi ödədiyi 121 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh tanıyır, cavabdeh xx.xx.2024-cü il tarixdə borc müqaviləsi bağlayaraq xx.xx.2024-cü il tarixə kimi ümumi borcunun qaytaracağını öhdəsinə götürməklə ondan 10.000 manat borc almışdır. Buna baxmayaraq Cavabdeh ondan borc götürdüyü pulu ödəmir. Dəfələrlə borcunu ödəməyi təklif etməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr edərək borcunu ödəməkdən imtina edir. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, Cavabdeh onun borclu olduğu 10.000 manat pulun və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 121 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmalıdır. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclaslarında iştirak etmədi, məhkəməyə teleqram vuraraq iddia tələblərinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı həmçinin məhkəməyə sənədlər ünvanlamış, Cavabdeh ondan aldığı sair pul məbləğləri barədə ödənişləri əhatə edən köçürmələri məhkəməyə təqdim etmişdir ki, Cavabdeh dəfələrlə müxtəlif məbləğlərdə pullar vermişdir. Həmin sənədlər məhkəmə tərəfindən nəzərdən keçirildikdə məlum olmuşdur ki, İddiaçı Cavabdeh xahişi ilə onun kartına müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə təxminən 13.000 manat civarında pullar göndərmişdir. İddiaçı telefon əlaqəsi zamanı bildirmişdir ki, cavabdehə 10.000 manatı notariat qaydasında verib, təxminən 13.000 manatın isə həmin müqavilə ilə heç bir əlaqəsi yoxdur, yəni həmin pulları sonradan cavabdehin xahişi ilə ona göndərib, cavabdeh isə həmin pulların cüzi bir hissəsini ona qaytarıb. Məhkəmə iddiaçının iştirakı olmadan işin baxılmasını mümkün bilmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələblərini qismən qəbul etdi. Göstərdi ki, İddiaçı bir iş yoldaşı vasitəsi ilə tanımışdır. Hərbiçi olduğundan və 2023-cü ilin fevral ayında ehtiyacı olduğu üçün 4000 manat İddiaçı borc pul almışdır. Bərdə Rayonunda ASAN XİDMƏT Mərkəzində Notariat orqanına getmişlər, orada sənədləri imzalamışdır. İddiaçı ona 4000 manat pul vermişdir, 6000 manatını isə götürmüşdür. Müharibə veteranıdır, cənab İlham Əliyev tərəfindən "Cəsur döyüşçü" medalı, "Suqovuşanın azad olunmasına görə" medalı, baş nazir Əli Həsənov tərəfindən "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif edilmişdir. Müharibə veteranı kimi 80 manat veteran pulu alır. Veteran kartı 1 ildir ki, Turaldadır. Tural 1 ildir ki, həmin kartdan pulları götürür. Bundan başqa Turalın kartına bir dəfə 400, bir dəfə 600, bir dəfə 1000 manat, bir dəfə 300 manat pul göndərmişdir. Öz hesablamasına görə iddiaçıya 7690 manat pul ödəmişdir, 2310 manat borcu qalır. İmkanı olan kimi borcun qalanının ödəyəcək. İddiaçıdan müxtəlif vaxtlarda ayrı şəxslər üçün pullar da almışdır, lakin həmin məbləğlər pul alan şəxslər tərəfindən qaytarılıb. Məhkəmə iclasına cavabdeh tərəfindən dəvət edilmiş şahid X1 göstərdi ki, hərbiçidir, Cavabdeh iş yoldaşı kimi tanımışdır. İdiaçı T.Rəhimlidən özü də 700, 800 manat civarında borc almış, həmçinin Elçin adlı şəxsə 15 % ilə 700 manat alıb verib. İddiaçı ayrı-ayrı adamlara sələmlə pul verir, lakin məbləği qəbzlərdə çox yazdırır. Orxanı da da Turalla özü tanış edib. Orxan Turaldan 4000 manat pul götürüb, həmin puldan 2 dəfə onun yanında pul qaytarıb. Orxan veteran kartını da Turala verib. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. AZE ******** saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1982-ci il təvəllüdlüdür. Bərdə RİH Başçısının Kətəlparaq Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 186 saylı, 207 aprel 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı həmin kənddə yaşayır. Ərizəyə əlavə edilmiş, Bərdə Rayon Asan Xidmət Mərkəzinin Notariat Ofisində bağlanmış 08 fevral 2024-cü il tarixli Borc Müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 10.000 manat məbləğində pulu borc vermiş, borcun verilməsi notariusun depozit hesabı vasitəsi ilə həyata keçirilmişdir. Borc alan borcu xx.xx.2024-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüş, borcun qaytarılması notariusun depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən” xx.xx.2025-ci il tarixli BİLDİRİŞdən görünür ki, Ağdam rayonu Xatınbəyli kəndində qeydiyyatda olan borclu Cavabdeh barəsində 08 fevral 2024-cü il tarixli, № 3M-178 saylı borcun mübahisəsiz olduğunu təsdiq edən sənəd – borc müqaviləsi mövcuddur. Həmin sənədə əsasən İddiaçı 10.000 manat pul məbləğində borc alınıb və həmin pulu 08 mart 2024-cü il tarixədək qaytarmayacağı barədə öhdəlik yaranmışdır. 08 mart 2024-cü il tarixdən etibarən qeyd edilən sənədlə müəyyən edilmiş öhdəliyin icra edilməməsi, icranın gecikdirilməsi nəticəsində 08 mart 2024-cü il tarixinə 08 fevral 2024-cü il tarixli, № 3M-178 saylı sənəddən irəli gələn 10.000 manat məbləğində əsas borc ödənilməli və ya tələb edilən əmlak alınıb verilməli, sənəddə nəzərdə tutulduğu halda çatası faiz və ya dəbbə pulu və ya öhdəliyin icrası əvəzinə razılaşdırılmış əmlak verilməlidir. İddiaçı məhkəməyə təqdim etdiyi səs yazılarından görünür ki, Cavabdeh ondan dəfələrlə müzxtəlif məbləğlərdə pulu özü üçün və ya sair şəxslər üçün borc istəmiş, iddiaçı isə həmin məbləğləri göndərmişdir. Məhkəmə sorğusu ilə əldə edilmiş KAPİTAL BANK ASC-nin görüntüləri əks etdirən diskindən görünür ki, Cavabdeh məxsus veteran kartından İddiaçı tərəfindən pullar çıxarılır. Cavabdeh bildirir ki, iddiaçı onun kartından 1 il ərzində 960 manat pul çıxarmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi, iddiaçnın kartına göndərdiyi pulların çeklərindən məlum olur ki, o, ididaçıya məxsus 5239 1517 3503 7288 saylı kartına 3930 manat pul göndərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlana bilər. Sözügedən Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği 3000 manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Qeyd olunan Məcəllənin 739.3-cü maddəsinə görə borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Sözügedən Məcəllənin 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Cavabdeh İddiaçı 4000 manat pul borc almasını etiraf edir. Lakin iş materiallarında olan notariat müqaviləsindən görünür ki, o, iddiaçıdan 10.000 manat pul almışdır. Cavabdeh məhkəməyə iddiaçı ilə aralarında olan VHATSAP yazışmalarını təqdim edir, iddiaçıya 240 manat, 640 manat, 400 manat, 1000 manat, 300 manat, 1350 manat, ümumilikdə 3930 manat pullar ödəməsini bildirir, həmçinin göstərir ki, veteran kartını da 1 ildir ki, iddiaçıya vermiş, iddiaçı il ərzində həmin kartdan ayda 80 manatdan olmaqla, 960 manat pullar götürmüşdür. Cavabdeh hazırda iddiaçıya olan borcunun 2310 manat təşkil etdiyini bildirir, iddiaçıya 7690 manat pul ödədiyini bildirir, lakin bunları təsdiq edən sübutları tamamilə məhkəməyə təqdim etmir. Cavabdeh təqdim etdiyi sübutlardan görünür ki, o, iddiaçıya ümumilikdə 3930 manat ödəmiş, həmçinin iddiaçı onun kartından 960 manat pul çıxarmışdır. Yuxarıda qeyd edildiyi kimi İddiaçı məhkəməyə gəlmir, məhkəməyə Cavabdeh xahişi ilə onun kartına müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə təxminən 13.000 manat civarında pullar göndərdiyini bildirir, cavabdehin həmin ödənişlərinin notariat müqaviləsinə aidiyyətinin olmamasını bildirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin təmin edilməli, Cavabdeh onun iddiaçıya ödədiyi 3930 manat və onun veteran kartından iddiaçının götürdüyü 960 manat, ümumilikdə 4890 manat 10.000 manat borc məbləğindən çıxılmalı, 5110 manat pul alınıb iddiaçının xeyrinə verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinin müddəaları baxımından Cavabdeh 71 manat tutulub onun xeyrinə verilməlidir. Məhkəmə iş üzrə sübutlara baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. AzərbaycanRespublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər br tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respubldikası Mülki Prosessual Məcəlləsinin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh – 5110 /beş min bir yüz on/ manat pul və dövlət rüsumu kimi ödənilmiş 71 /yetmiş bir/ manat alınıb İddiaçı xeyrinə verilsin. Tələbin qalan hissəsi rədd edilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-1639/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1639/2025
25.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver