Məhkəmə qərarları › İş №2(013)-1641/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1641/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1641/2025 29.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3730 manat məbləğində borcun və 68 manat dövlət rüsumu pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş,məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddia belə əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixdə ondan 1000 manat məbləğində pulu qəbz verməklə, geri qalan məbləği isə kartına müxtəlif vaxtlarda köçürmək yolu ilə ümumilikdə 3730 manat borc pul verdiyini, cavabdehin isə öz növbəsində aldığı borc pulu xx.xx.2024-cü il tarixdə qaytaracağına söz verdiyini, lakin həmin vaxtdan xeyli müddətin keçməsinə və cavabdehə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq borc aldığı 3730 manat məbləğində pulu müxtəlif bəhanələr gətirərək qaytarmaqdan əsassız olaraq imtina etdiyini, bu səbəbdən də, məhkəməyə müraciət edilmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş,məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı məhkəməyə teleqram daxil olmuş və iddiaçı teleqramında xx.xx.2025ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianın əsasız olduğunu, İddiaçı müxtəlif vatlarda özünə və tanışları üçün borc pul aldığını, daha sonra isə ona məxsus karta ümumilikdə 2720 manat məbləğində pul göndərdiyini, 416973******7333 nömrəli kartın iddiaçıya, 523915******8943 nömrəli və 523915******9203 nömrəli kartların isə ona məxsus olduğunu, lakin 523915******1177 nömrəli kartın ona məxsus olmadığını və həmin karta köçürülmüş 1600 manat puldan xəbəri olmadığını, iddiaçıya olan borcunu tam ödədiyini bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını və çıxışını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Vətəndaşın şəxsiyyətini təsdiq edən, AZE seriyalı №********, xxxxxxx FİN nömrəli Cavabdeh məxsus sənədin surəti əks olunmuş vərəqin altına yazılmış əl yazısı “qəbz”dən görünür ki, X1, xx.xx.2023-cü il tarixdə İddiaçı borca 1000 (min ) manat pul almış və borcunu xx.xx.2023-cü il tarixdə qaytaracağına söz verərək, qəbzi öz imzası ilə təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, 416973******7333 nömrəli kartdan 523915******8943 nömrəli karta 770 manat, 416973******7333 nömrəli kartdan 523915******9203 nömrəli karta isə 360 manat pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 385.1ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, «Piersack Belçikaya qarşı» işüzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, «X2rşı» işüzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bununla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2130 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddianın qalan hissəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 68 manat məbləğində dövlət rüsumunun 41.30 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 26.70 manat hisssəsi isə iddiaçının özünə aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 2130 (iki min yüz otuz) manat məbləğində pul vəsaiti və ödənilmiş 41.3 (qırx bir manat otuz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 68 manat dövlət rüsumunun qalan 26.70 manat hissəsi İddiaçı aid edilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən tərəflərə surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar