Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-1648/2024 01.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işdə İddiaçı vəsatətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 127.000 manat məbləğində borcun və məhkəmədə işin baxılması ilə bağlı dövlət rüsumu kimi ödədiyi 505 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 28 iyun 2024-cü il tarixli Qərardadı ilə iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş, ekspertlər qarşısında işin materiallarında olan, 25 avqust 2023-cü il tarixdə Sumqayıt Polis İdarəsinin X1 Qurbanovun adından yazılması ərizədə olan imza və xəttin ona məxsus olub-olmaması ekspertlərə təqdim edilmiş imza nümunələri ilə qarşılıqlı müəyyən edilməsi sualı qoyulmuş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəməyə ərizə ünvanlayan İddiaçı iddia tələbindən imtina etmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmiş, göstərmişdir ki, Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Məhkəmə ərizəni və işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Məhkəmə iddiaçı tərəfin iddiadan imtina etməsini qəbul edir və həmin imtinada qanuna zidd məqam görmür. Belə olan halda iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.4, 261.0.4, 263-269-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı 127.000 manat borcun qaytarılması tələbinə dair iddiası üzrə mülki işdə iddiaçının iddiadan imtina etməsi qəbul edilsin, iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 /on/ gün müddətində onu qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən Hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-1648/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-1648/2024
01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver