Məhkəmə qərarları › İş №2(013)-1660/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1660/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1660/2025 25.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6500 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddanı müdafiə edərək, onun Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə nikaha daxil olaraq ailə qurduqlarını, xx.xx.2022-ci il tarixdə aralarında olan nikahın pozulduğunu, birgə nikah dövründə Cavabdeh işdə yaranan probləmlərinə görə Kapital Bankdan kredit götürərək ona verdiyini, nikahlarının pozulmasına baxmayaraq ər-arvad münasibətlərinin davam etdirdiklərini, lakin buna baxmayaraq Cavabdeh onu aldatdığını, hər şeyin yaxşı olacağını, birgə ev tutub kirayədə yaşayacaqları barədə boş vədlər verdiyini, problemlərinin olduğunu, faizə borclarının olduğunu, ona bir daha bankdan kredit götür borcları, faizləri bağla, özünün maaşından Bankın kreditini ödəyəcəyinə söz verdiyini, nigahdan sonra barışdığlarını, ailə şəraitini yaxşılaşdırmaq üçün xx.xx.2022-ci ildə birgə Kapital Banka müraciət edərək 2500 manat vəsaiti 25% ödəmək şərti ilə götürdüklərini, sonra xx.xx.2022-ci ildə yenidən Kapital Banka birlikdə müraciət edib 1 kartı tam bağlayıb yeni kredit 3500 manat götürdüklərini, aylıq ödənişin 130 manat olduğunu Cavabdeh cəmi 3 ay 130 manat ödədiyini, 3110 manat krediti bağlamaq üçün yenidən GTKR4125866B243 saylı kredit müqaviləsinə əlavə Kapital Bank ASC-nin Fərhad Fərhadlı filialından xx.xx.2023-cü ildə 11000 manat pul kredit götürdüklərini, hər ay 352.57 manat pulun əmək haqqından tutulmaq şərtilə kreditin verildiyini, 2024-cü ilin noyabr ayına kimi hər ay 352.57 manat ödədiyini, cədvəl üzrə hər ayın axırında əmək haqqı verilən vaxt Bank məndən 352.57 manat pulu tutulduğunu, Müqavilə ayın 11-də olduğuna görə 11-dən 30-na kimi yaranan gün fərqinə görə də 352.57 manat puldan əlavə 50 manat məbləğində pulun tutulduğunu, Bankın rəhbərliyinə rəsmi olaraq cədvəlin dəyişilməsi ilə bağlı müraciət etdiyini, müraciətim əsasında xx.xx.2024-cü il tarixdə RGTK0924611C243 saylı kredit müqaviləsinə əlavə Kapital Bank ASC-nin Fərhad Fərhadlı filialından ödəniş rafiki 23%-i 18%-lə əvəz etməklə 11000 manat pulun ödənişindən qalıq almış 9731.91 manat pulu 83 ay ərzində hər ay yeni cədvəl üzrə 205.78 manat ödənilməsinin müəyyən edildiyini, beləliklə keçmiş həyat yoldaşına Bankdan aldığı pullardan ümumilikdə 6500 manat pulu onun işlərinin həll edilməsi ilə bağlı verdiyini, 3500 manat kreditin 3 ayının 130 manat kreditini Cavabdeh verdiyini, Bankdan aldığım pulları ayrı-ayrı vaxtda ona verdiyini təsdiq edən telefon danışığının səsyazmasının olduğunu, Yuxarıda göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahatında göstərdi ki, İddiaçı və Cavabdeh tanıyır. Onlar birgə nikahda olublar və ayrılıblar. G.X2 kredit götürərək Cavabdeh borclarını bağlaması üçün ona verib. Cavabdeh isə banka olan kredit borcunu özünün ödəyəcəyini bildirsə də, heç bir ödəniş etmədiyini, bütün borcların İddiaçı əmək haqqından çıxıldığını bildirdi. Məhkəmə iddiaçının izahatını və çıxışını dinləyib, şahid izahatını və təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, «Piersack Belçikaya qarşı» işüzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, «X3rşı» işüzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bununla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 6500 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iş üzrə ödənilmiş 131 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 6500 (altı min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 131 manat məbləğində dövlət rüsümu İddiaçı aid edilsin. Qətnamədən tərəflərə surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar