Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-1698/2024 14.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 7100 manat pulun tutulmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələblərini müdafiə etdiyini bildirdi. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq Bakı Şəhəri Binəqədi Rayonunda qeydiyyatda olduğunu, işin həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, mülki iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 167.2-ci maddəsinə görə hakim işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri etməlidir. Qeyd olunan Məcəllənin 167.1.1-ci maddəsinə görə hakim işdə iştirak edən şəxslərə icraat barədə məlumat verir, iddianın məhkəməyə çıxarılması məsələsini müzakirə edir. Elektron Portal məlumatlarına baxılarkən müəyyən edilmişdir ki, Cavabdeh Bakı Şəhəri Binəqədi Rayonu Biləcəri Qəsəbəsində qeydiyyatdadır. Qeyd olunan Məcəllənin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Sözügedən Məcəllənin 44.2.2-ci maddəsinə görə iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edilməsi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Göründüyü kimi iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməmişdir. Hazırda işə baxan məhkəmə hesab edir ki, iddia tələbinin belə vəziyyətdə baxılması MPM-nin aidiyyətlə bağlı qaydaların pozulması ilə nəticələnə bilər. Belə vəziyyətdə məhkəmə hesab edir ki, iş aidiyyəti üzrə cavabdehin rəsmi qeydiyyatda olduğu Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanalara əsasən və Azərbaycan Respublikası MPM-nin 33-45, 263-269-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə hazırda açılmış mülki iş aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 /on/ gün müddətində onu qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-1698/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-1698/2024
14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver