Məhkəmə qərarları › İş №2(013)-1744/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1744/2025

04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1744/2025 04.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Agdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlu sədrlik etməklə, məhkəmə iclas katibi X4 oğlunun katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı pul tələbinə dair ilkin iddia ərizəsi üzrə və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşlıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10 300 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 121 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İlkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, İddiaçı 48 540 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı izahatında ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianın isə əsassız olduğunu, təxminən 2023-cü ildə Cavabdeh ilə tanışlıqlarının başlandığını, cavabdehin atasına məxsus Kamaz markalı yük maşınına sürücü axtardığını və onun sürücü olduğu üçün ona müraciət etdiyini, nəticədə Cavabdeh atasına məxsus Kamaz markalı **-AD-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə Bakı şəhərinə soğan daşımağı və hər reys üçün 80 manat zəhmət haqqı almaq barədə razılığa gəldiklərini və bu minvalla münasibətlərinin yarandığını və ailəvi gedişgəlişlərinin olduğunu, beləliklə ona etibar etdiyini, 2024-cü ildə maşın almaq niyyəti ilə bankdan götürdüyü 6850 manat pulu Cavabdeh təklifinə əsasən ona verdiyini, Cavabdeh isə iki ay ərzində pulu qaytaracağına və aldığı puldan qazandığı gəliri onunla böləcəyinə söz verdiyini, pulu Cavabdeh verərkən dostu B.Mustafayevin, qohumu G.Abbasovanın və onun qızının da onlarda olduğunu, Cavabdeh pulu alarkən atasının xəbəri olmaması barədə ondan xahiş etdiyini, aradan iki ay keçdikdən sonra Cavabdeh ondan yenə 3300 manat pul aldığını və 10 gün müddətinə qaytaracağına söz verdiyini, ardan xeyli vaxt keşdikdən sonra ona zəng edərək pulu istədikdə, ona külli miqdarda pul gələcəyini, lakin hərbişi olduğu üçün onun kart hesabının izləndiyini, ona görə də ona məxsus kartı ona verməyini, onun isə heç bir şeydən şüphələnməyərək adına olan kartı Cavabdeh verdiyini, atasının xəstə olduğu üçün başının qarışıq olması səbəbindən kartının uzun müddət cavabdehdə qaldığını, kartı qaytardıqda isə hesaba pul keçmədiyini gördüyünü, həmin kart hesabını yoxlatdırdıqda, hesaba 10 000 manat pul köçdüyünü və həmin pulların hissə-hissə çəkildiyini öyrəndiyini, bundan sonra polis şöbəsinə müraciət etmək istədiyini, lakin Cavabdeh onu qabaqlayaraq güya ondan 80 000 manat borc pul aldığı barədə şikayət etdiyini, Polis Şöbəsində izahat verdiyini, lakin polisə verdiyi izahatlarda nədənsə Cavabdeh verdiyi 3300 manatın qeyd edilmədiyini, qeyd olunan borcdan cəmi 730 manat pul cavabdehin atası tərəfindən qaytarıldığını bildirdi və qeyd olunanları nəzərə alaraq ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh izahatında ilkin iddianın əsasız olduğunu, qarşılıqlı iddianı müdafiə etdiyini, özünün 2023-cü ilin sonundan başlayaraq müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə olmaqla İddiaçı cəmi 30 700 manat sələmə pul aldığını və aldığı məbləğlə və sələmi ilə birlikdə 46 400 manat pul qaytardığını, daha sonra ondan ehtiyacı olduğu üçün 7000 manat borc istədiyini, İddiaçı ona 5200 manat verdiyini və üzərində əlavə olaraq daha 1500 manat qaytaracağını söylədiyini özünün məcbur olaraq razı olduğunu, beləliklə İddiaçı 6700 manat borcunun yarandığını, borcu bütöv qaytara bilməsə də onun kartına müxtəlif vaxtlarda, müxtəlif məbləğlər olmaqla, cəmi 25 470 manat pul ödədiyini, bundan əlavə taxi sürücüsü K.Həsənovdan 12 500 manat pul göndərdiyini, həmin məbləği atasına məxsus 7 baş dananı sataraq ödədiyini, beləliklə İddiaçı aldığı 5200 manata görə ona sələmi ilə birlikdə cəmi 37 970 manat pul ödədiyini, İddiaçı və onun qohumlarının hədələrindən qorxaraq onun qanunsuz əməllərindən Ağdam rayon Polis Şöbəsinə müraciət etdiyini və aparılan araşdırma nəticəsində İddiaçı ona sələmə pul verdiyinin və ondan artıq pul aldığının öz təsdiqini tapdığını, İddiaçı istintaqdan yayınmaq üçün məhkəməyə müraciət etdiyini bildirərək və bütün təqdim etdiyi sübutların nəzərə alınmasını istəyərək ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili Vəkil çıxışında ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1i izahatında göstərdi ki, təxminən bir il bundan əvvəl Cavabdeh ilə qohumuq. Cavabdeh ilə İddiaçı yaşadığı evə getmişdilər. Avtomobildə olarkən Cavabdeh ona kağızın içində pul göstərmiş və həmin pulun 12500 manat olduğunu ona demiş, lakin həmin pulu saymadığı üçün nə gədər olduğunu bilmədi. Cavabdeh İddiaçı evinə girmişdir, o isə avtomobildə gözləşmişdir. Həmin pulun Hüseynin Rahibə verdiyini görməmişdir və pulun Hüseynin Rahibə nə üçün verilməli olduğunu maraqlanmamşıdır. Sonra təxminən 5 dəqiqə sonra Hüseyn, Rahib və Hüseynin hərbiçi yoldaşı və o, Şırşır adlı restorana gedib yeyib içiblər. Sonra Hüseyn ona zənk vuraraq ondan 1000 manat pulu Rahibin oğluna verməyini xahiş etmiş, o da 1000 manat pulu Rahibin azyaşlı uşağına vermişdir. Hüseyn ilə Rahibin arasında pul söhbətlərindən onun xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, o, İddiaçı və Cavabdeh tanımır. Təxminən 2024-cü ilin iyul ayaında Ələsgərin oğlu Qabil ondan Ağcabədi rayonu, Hindarxı qəsəbəsinə getməyini orada yaşayan adını bilmədiyi bir şəxsə pul veriməyini xahiş etdi. Qabil ona pul vermiş və o, da Qabil dediyi ünvana Ağcabədi rayonu, Hindarxı qəsəbəsinə getmiş və Qabilin verdiyi 12500 manat pulu həmin qəsəbədə yaşayan tanımadığı bir şəxsə vermişdir. Lakin həmin şəxsin İddiaçı olduğunu xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, o, Cavabdeh atasıdır. oğlu Cavabdeh İddiaçı sələmə pul almışdır və aldığı pulları artıqlaması ilə geri qaytarmışdır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və çıxışlarını dinləyib, şahid izahatlarını, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, ilkin iddia qismən təmin edilməlidir, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh şikayəti əsasında Ağdam Rayon Polis Şöbəsində izahatı alınmış İddiaçı izahatından görünür ki, o, 2024-cü ilin əvvəllərində Cavabdeh ilə birlikdə Bərdə şəhərində yerləşən Unibank ASC Kommersiya Bankına gedərək öz adına 6850 manat pul götürmüş və götürdüyü pulu Cavabdeh təklifi üzərinə 3 ay müddətinə, hər ay 1500 manat, 3 ayın sonunda isə 6850 manatı tam almaq şərti ilə ona verdiyini, 03 ay krediti ödədikdən sonra Cavabdeh ona pul gələcəyini ona bilrdiyini, lakin hərbişi olduğu üçün onun kart hesabının izləndiyini, ona görə də ona məxsus kartı ona verməyini ondan xahiş etdiyini, o, isə adına olan kartı Cavabdeh verdiyini, bundan sonra pul ehtiyacı olduğu üçün pulunu tam istədiyini, Cavabdeh pulu verdiyi adamın burada olmadığını, gələn kimi pulu alıb qaytaracağını bildirsə də, müxtəlif bəhanələr gətirərək pulu qaytarmadığını, belə olan halda atasını evə dəvət edərək olanları ona danışdığını, atası ilə aralarında olan razlaşmaya əsasən hər ay krediti ödəməyi üzərinə götürdüyünü və bunun üçün onun plastik kartına iki aylıq ödəniş üçün 730 manat pul yüklədiyini göstərmişdir. İş materiallarında olan Cavabdeh Ağdam rayon Polis Şöbəsində verdiyi izahatından görünür ki, o, İddiaçı xx.xx.2024-cü il tarixdə 6000 manat pul istədiyini, İddiaçı ona 5200 manat pul verdiyini və pulu sələm olaraq verdiyini, özünün dörd ay müddətinə İddiaçı 1500 manat pulu onun evində əli ilə verdiyini, bundan başqa 730 manat və 400 manat məbləğində pulu isə ona məxsus karta köçürdüyünü, daha sonra 3000 manat sələmə götürdüyünü və buna görə 15 gündən bir 600 manat verdiyini, sonra isə 3000 manatı tam şəkildə qaytardığını, daha sonra 6000 manat sələmə pul götürdüyünü və qarşılığında öncə 1500 manat daha sonra isə 7500 manat ödəməklə qaytardığını, daha sonra həmişəki qaydada 8000 manat pul götürdüyünü və razılaşmalarına əsasən 15 gün ərzində 12 000 manat qaytarmalı olduğunu, bundan sonra 10 000 manat götürdüyünü və üzərinə əlavə olaraq 2000 manat əlavə etməklə qaytardığını, daha sonra ehtiyacı olduğu üçün 300 manat aldığını və 10 gündən sonra 5000 manat olaraq qaytardığını, sonra 5000 manat aldığını və əvəvzində 6500 manat olaraq qaytardığını və İddiaçı borcunun qalmadığını, bir həftə sonra 1800 manat aldığını və Rahibin dediyinə görə həmin pulu Vəfa adlı şəxsdən alaraq ona verdiyini və pulun üzərində hər həftə 500 manat sələm verşcəyini bildirdiyini, iki həftə 500 manat ödədikdən sonra üçüncü həftə 2000 manat qaytardığını və bundan sonra Rahibin onu mütamadi olaraq hədələdiyini göstərmişdir. İş materiallarında olan məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən "xxxx" ASC-dən götürülmüş və tərəflərin iştirakı ilə məhkəmə iclasına tədqiq edilmiş İddiaçı məxsus “4169 7388 3489 7526” nömrəli plastik kartdan 20 iyun 2024-cü il tarixdə pul çıxarılarkən aparılmış videogörüntüdən görünür ki, Cavabdeh tərəfindən 20 iyun 2024-cü il tarixdə İddiaçı məxsus “4169 7388 3489 7526” nömrəli plastik kartdan 10 000 manat pul çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, «Piersack Belçikaya qarşı» işüzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, «X6rşı» işüzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bununla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilməli, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh 9420 manat pul tutularaq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ödənilməlidir. İlkin iddianın qalan hissəsi isə təmin edilməməlidir. İlkin iddia ərizəsi üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşlıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı İddiaçı 48540 manat pulun alınaraq ona verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ilkin iddia qismən təmin edildiyindəniş üzrə ödənilmiş 121 manat məbləğində dövlət rüsumunun 114.2 manat hissəsi cavabdehə, qalan 6.8 manat hissəsi ilkin iddia üzrə iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216, 222, 224-226-cı və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh 9420 manat pul və ödənilmiş 114.2 manat dövlət rüsumu alınaraq ilkin iddia üzrə İddiaçı verilsin. İlkin iddia üzrə ödənilmiş 121 manat dövlət rüsumunun qalan 6.8 manat hissəsi ilkin iddia üzrə İddiaçı aid edilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. İlkin iddia ərizəsi üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşlıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı İddiaçı 48540 manat pulun alınaraq ona verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar