Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1764/2024 22.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh və Zamin qarşı “kredit borcunun tutulması” tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit borcunun tutulması" tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 706,04 manat əsas, 73,96 manat faiz, 351 manat cərimə borcu olmaqla, cəmi 1131 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 32 manatın MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC tələbini onunla əsaslandırmışdır ki, MMC ilə Cavabdeh arasında bağlanmış 25 iyul 2022-ci il tarixli, LD00561 saylı kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə illik 35 % dərəcəsi ilə 1300 manat məbləğinə kredit verilmiş, cavabdeh Zamin ilə MMC arasında 25 iyul 2022-ci il tarixli, LD00561 saylı kredit müqaviləsinin təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.4-cü bəndinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni məsuliyyəti daşıyır. Kredit müqaviləsinin 2.8-ci bəndinə əsasən kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtında və tələb olunan həcmdə yerinə yetirmədiyi təqdirdə gecikdirilmiş məbləğə görə hər gün üçün 1% məbləğində cərimə ödəməyi öhdəsinə götürür. Borclulara dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcu ödəməkdən imtina edirlər. Cavabdehlərin LD00561 saylı kredit müqaviləsi üzrə 04 iyun 2024-cü il tarixə 706,04 manat əsas, 73,96 manat faiz, 351 manat cərimə borcu olmaqla, cəmi 1131 manat məbləğində borcu yaranmışdır.Kreditor öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tələb təmin edilməlidir. 25 iyul 2022-ci il tarixli, LD00561 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 12 ay müddətinə illik 35 % dərəcəsi ilə 1300 manat məbləğində kredit verilmişdir. Zamin ilə MMC arasında 25 iyul 2022-ci il tarixli, LD00561 saylı kredit müqaviləsinin təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır. MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh və Zamin xx.xx.2024-cü il tarixinə kredit müqaviləsi üzrə 706,04 manat əsas, 73,96 manat faiz, 351 manat cərimə borcu olmaqla, cəmi 1131 manat borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti 5.000 manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti 10.000 manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd olunan Məcəllənin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən isə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Belə ki, Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən Cavabdeh və Zamin müştərək qaydada sözügedən kredit müqaviləsi üzrə 706,04 manat əsas, 73,96 manat faiz borcu, 351 manat cərimə borcu olmaqla, cəmi 1131 manat pul və iddiaçı tərəfin dövlət rüsumu kimi ödədiyi 32 manat alınıb MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada - 25 iyul 2022-ci il tarixli, LD00561 saylı kredit müqaviləsi üzrə 706,04 manat əsas, 73,96 manat faiz borcu, 351 manat cərimə borcu olmaqla, cəmi 1131 (bir min bir yüz otuz bir) manat və dövlət rüsumu kimi ödənilmiş 32 (otuz iki) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Azərbaycan respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-1764/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1764/2024
22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver