Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1836/2025 23.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1700 manat maddi ziyanın və 500 manat isə mənəvi ziyanın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, o, atası X2 məxsus «Ucar Daim» markalı, **- BA-*** dövlət nömrə nişanlı ekskavatoru Cavabdeh prorab olduğu üçün və Badamdar Qəsəbəsində işlər gördüyü üçün icarəyə vermiş, lakin cavabdeh aralarında olan razılaşmaya əməl etməmişdir. Belə ki, Cavabdeh dəfələrlə işlətdiyi ekskavatorun ödəməsini xahiş etsə də o, ödəyəcəyinə söz vermiş, lakin ödənişləri etməmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə iddia tələbi ilə müraciət etməli olmuşdur. Hesab edir ki, Cavabdeh 1700 manat maddi ziyanın və 500 manat isə mənəvi ziyanın alınıb ona verilməsinə dair qətnamə çıxarılmalıdır. Ona görə də iddia tələblərinin tam həcmdə təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini bir daha müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, 29 oktyabr 2024-cü ildə tikinti işləri götürmüşdür. Ərazidə olan söküntü işlərinin görülməsi üçün cavabdehlə danışmışlar. Cavabdeh ona texnika verilməsini istəmiş, cavabdehə texnikanı, yəni atasının traktorunu vermişdir. Onunla hər iş gününü 500 manata razılaşdırmışlar. Orada 5 gün işlər getmişdir. Lakin cavabdeh şərtə əməl etməmiş, pulları verməmişdir. Həmin pulları cavabdehdən alıb başqa şəxslərə verməlidir. Cavabdehin ərizəsi ilə tanış olub, cavabdeh 1200 manat borcunun olmasını etiraf edir ki, onunla da razılaşır. Hazırda Bakı şəhərində yaşayır, gedib-gələ bilmir. Cavabdehin qəbul etdiyi həcmdə iddia tələbinin təmin edilməsinə etiraz etmir. Cavabdehdən başqa tələbi yoxdur, başqa məbləğ tələb etmir. İddia tələbinin cavabdehin qəbul etdiyi həcmdə təmin edilməsini, məhkəmə prosesinin yekunlaşdırılmasını xahiş edir. Cavabdeh məhkəməyə ünvanladığı ərizəsində iddia tələblərini qismən qəbul etmişdir. Ərizəsində Cavabdeh göstərmişdir ki, onun Elmana 1700 manat deyil, 1200 manat borcu qalır. İş prosesi gedişatında Elmana 4500 manat pul vermişdir. Həmçinin bildirir ki, iş prosesində Elman səhlənkarlıq etmiş, texnika nasaz vəziyyətdə qaldığından işlər pozulmuşdur. Bu səbəbdən də ona 1000 manat maddi zərər dəymişdir. Məhkəmə iclasından əvvəl Cavabdeh ilə telefon əlaqəsi yaradıldı, cavabdeh bildirdi ki, atasının xəstəliyi ilə bağlı məhkəməyə gələ bilməyəcək. Məhkəmə iclasında telefon əlaqəsi zamanı Cavabdeh iddiaçıya 12000 manat borcunun olmasını bildirdi, iddia tələblərini həmin həcmdə qəbul etdi. Məhkəmə tərəflərin fikirlərini dinləyib, iş materiallarını tədqiq edib bu nəticəyə gəlir ki, iddia tələbləri qismən təmin edilməlidir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il təvəllüdlüdür. Ərizəyə əlavə edilmiş AZ 046227 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Ucar Daim» markalı, ** BA *** dövlət nömrə nişanlı ekskavator X1 adına qeydiyyatdadır. İddiaçı məhkəməyə təqdim etdiyi, onun Cavabdeh ilə aralarında olan VhatsApp yazışmalarından görünür ki, cavabdeh iddiaçıya olan borcunun olmasını etiraf etmiş, ödəməyə dəfələrlə söz vermiş, həmin yazışmalarda Cavabdeh onu aldatdıqlarını və ona görə də borcunu ödəyə bilmədiyini bildirmişdir. Həmçinin iddia tərəfinin təqdim etdiyi İddiaçı Cavabdeh ilə aralarında olan səs yazılarından da görünür ki, cavabdeh iddiaçıya 1500 manat borcunun olmasını etiraf etmiş, hazırda işlər gördüyünü, ödəyəcəyini vermişdir. İş materialarına əlavə edilmiş fotoşəkillərdə tərəflərin iş gördüyü ərazi /tikinti, evlər/ öz əksini tapmışdır. İş materialarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1993-cü il təvəllüdlüdür, Ağdam rayonunun Tağıbəyli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədilə istifadə edilməsi yolverilməzdir. Mülki Məcəllənin 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. MM-nin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı /sadə və ya notariat/ formada bağlanır. Qeyd olunan Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə görə icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Qeyd olunan Məcəllənin 700.3-cü maddəsi nəzərdə tutur ki, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Qeyd olunan Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Göründüyü kimi tərəflər aralarında razılaşma olmuş, İddiaçı atasının ona verdiyi baş etibarnamə əsasında atasına məxsus 2012-ci il buraxılışlı Ekskavatoru müqavilə əsasında Cavabdeh vermişdir. Cavabdeh iddia tələblərinə etiraz etmir, yalnız İddiaçı 1200 manat borcunun olmasını etiraf edir, İddiaçı iddia tələblərinin həmin həcmdə təmin edilməsini xahiş edir. İddiaçı iddia tələblərinin mənəvi zərərlə bağlı hissəsini əsaslandırmır, dövlət rüsumu kimi ödədiyi məbləği tələb etmir. Məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında konstitusion müddəalara əsaslanır. Hüququ pozulmuş şəxsə vurulmuş zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış fayda da daxil hesab olunmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi mülki qanunvericiliyin qeyd olunan müddəalarında zərərin ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Göstərilən mülki hüquq normaları baxımından hazırda iddia tələbinin araşdırma predmetini cavabdehin iddiaçı qarşısında yuxarıda adı çəkilən əsaslar üzrə öhdəlik daşıyıb-daşımaması halının müəyyən edilməsi təşkil edir. Bu baxımdan məhkəmə iş üzrə mübahisəli xüsusatlara, yəni iddiaçının hazırkı tələblə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmamasına, cavabdehin iddiaçı qarşısında öhdəlik daşıyıb-daşımamalarına sübutetmə yükü aspektindən yanaşır. Məhkəmə bu baxımdan hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçı zərər çəkmişdir. Qeyd edildiyi cavabdeh tərəf məhkəmə iclasına gəlmir, iddia tələblərin yalnız borclu olduğu məbləğ barədə etiraz edir, 1200 manat böorcunu etiraf edir, iddiaçı həmin məbləğin qət edilməsi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallar və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmalıdır. Məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbləri qismən təmin edilməli, Cavabdeh 1200 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları subut etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1200 (bir min iki yüz) manat alınıb İddiaçı verilsin. Tələbin qalan hissəsi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-1836/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1836/2025
23.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver