Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1839/2025 13.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 13 avqust 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh sonuncunun əvəzində ödəmi olduğu 11163,61 manat, ödədiyi 30 manat dövlət rüsumunun və 7 faiz icra ödənişi 783,55 manat - cəmi 11977 (on bir min doqquz yüz yetmiş yeddi) manat 16 (on altı) qəpik alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə güşəşt edilmiş və idarəetməsi «X3 edilməsi Agentliyi» MMC-də olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik 22 faizlə 8000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi iddiaçı ilə bank arasında xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Sonradan borclu Cavabdeh kredit üzrə borcunu ödəməmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-2404/2020 saylı qətnaməsi ilə Cavabdeh və İddiaçı müştərək qaydada cəmi 11163,61 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" QSC BOKT-nın xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar 2021-ci ilin iyul-dekabr, 2022-ci ilin yanvar dekabr, 2023-cü iln yanvar-dekabr və 2024-cü ilin yanvar-iyun aylarında iddiaçının əmək haqqından əsas borc, əlavə olaraq 7 faiz icra ödənişi kimi 783,55 manat tutulmuşdur. Əsas borclu olan İddiaçı tərəfindən heç bir ödəniş edilməmiş və həmin pul iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. İddiaçı cavabdehdən onun əvəzində ödənilmiş pulu tələb etsə də, sonuncu indiyə kimi həmin pulu iddiaçıya ödəməmişdir. Həmin pul iddiaçı tərəfindən ödənilmiş, nəticədə iddiaçı və ailəsi maddi sıxıntı çəkmiş, cavabdehin təqsiri üzündən iddiaçı ailəsinin dolanması üçün müxtəlif şəxslərdən borc pul almışdır. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Cavabdeh iclasa gəlməməsinin səbəbini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli 2(002)-2404/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh və İddiaçı müştərək qaydada cəmi 11163,61 manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat tutulub "xxxx" QSC Bank olmayan kredit təşkilatının xeyrinə ödənilməsi qət edilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2014-cü ildə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" ASC Cavabdeh 36 ay müddətinə illlik 22 faizlə 8000 manat kredit vermişdir. Cavabdehin öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X1 qəbul etdiyi icraata xitam verilməsi xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-2404/2020 saylı qətnaməsinə əsasən İddiaçı 11163,61 manat "xxxx" QSC BOKT-nın xeyrinə tam şəkildə ödənildiyi üçün icra sənədi üzrə icraata xitam verilmişdir. SOCAR «Azneft» İstehsalat Birliyi 2 saylı ixtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinin arayışından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-2404/2020 saylı qətnaməsinin icrası ilə əlaqədar olaraq İddiaçı 7 faiz icra ödənişi tutulmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmədə məlum olduğu kimi "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2014-cü ildə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" ASC Cavabdeh 36 ay müddətinə illlik 22 faizlə 8000 manat kredit vermişdir. Cavabdeh öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" ASC ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə "xxxx" ASC dən aldığı pulu qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Qeyd olunan kredit müqaviləsindən irəli gələn 11163,13 manat zaminlik müqaviləsinə əsasən zamin İddiaçı tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-2404/2020 saylı qətnaməsinin icrası zamanı bankın hesabına ödənilmişdir. Bundan əlavə İddiaçı icra şöbəsinin hesabına ödənişin 7 faizini təşkil edən 783,55 manat məbləği ödəmişdir. Belə olan halda Cavabdeh İddiaçı banka və icra şöbəsinə ödəmiş olduğu məbləği iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsində qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumu əvəzində cavabdehdən 126 manat alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 11977 (on bir min doqquz yüz yetmiş yeddi) manat 16 (on altı) qəpik və ödənilmiş dövlət rüsumu əvəzində 126 manat alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1839/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1839/2025
13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver