Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1901/2025 30.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 30 iyul 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 3200 (üç min iki yüz) manat və ödənilmiş dövlət rüsumu əvəzində 52 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının qızının əri olduğundan münasibətləri yaxşı olmuşdur. Cavabdeh 2023-cü ilin əvvəllərində pula eytiyacı olduğu üçün borc pul lazım olduğunu iddiaçıya bildirmişdir. İddiaçı cavabdehdən pulun nə üçün lazım olduğunu soruşmuş, cavabdeh iş yerini dəyişməklə bağlı pul lazım olduğunu emişdir. İddiaçı cavabdehə 3200 (üç min iki yüz) manat borc pul vermişdir. Cavabdeh borcu 6 ay ərzində qaytarmalı olmuş, lakin qaytarmamışdır. Cvabdehlə iddiaçının qızı arasında olan ər-arvad münasibətləri pisləşmiş və 2024-cü ildə olan nikah məhkəmə qaydasında pozulmuşdur. İddiaçının qızı cavabdehə qarşı pul tələbinə dair iddia qaldırmış, işə Ağdam Rayon Məhkəməsində baxılmış, 3200 manat pulun cavabdehə iddiaçının qızı tərəfindən verilmədiyi, iddiaçı tərəfindən verildiyi müəyyən olunmuşdur. Bu səbəbdən iddianın 3200 manat pul tələbi hissəsinə subyektiv hüququ olmayan şəxs təfindən verildiyi üçün toxunulmamış və tələb Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)- 171/2025 saylı qətnaməsinə əsasən qismən təmin olunmuşdur. Artıq uzun müddət keçməsinə baxmayaraq iddiaçı cavabdehdən pulu ala bilməmiş və başqa çıxış yolu qalmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, kürəkəni Loğmana iki dəfəyə 3200 manat pul vermişdir. Həmin vaxt Loğman onun qızı ilə nikahda olmuşdur. Loğmana birinci dəfə yaşadığı evdə 1200 manat, ikinci dəfə isə sonuncunun xidmət etdiyi hərbi hissənin qarşısında N manat vermişdir. Loğmana pul verdiyi vaxt onların yanında heç kimin olmadığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına təkrarən gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Cavabdehin əsassız varlanması, iddiaçıya zərər vurması, pul ödəməsi barədə üzərinə hər hansı bir öhdəlik götürməsi məhkəmə baxışında müəyyən olunmamışdır. Cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri mövcud olmamışdır. Məhz həmin səbəbdən məhkəmə belə hesab edir ki, iddia təmin oluna bilməz. İddiaçı iddia ərizəsində göstərmişdir ki, qızı cavabdehə qarşı pul tələbinə dair iddia qaldırmış, işə Ağdam Rayon Məhkəməsində baxılmış, 3200 manat pulun cavabdehə iddiaçının qızı tərəfindən verilmədiyi, iddiaçı tərəfindən verildiyi müəyyən olunmuşdur. Bu səbəbdən iddianın 3200 manat pul tələbi hissəsinə subyektiv hüququ olmayan şəxs təfindən verildiyi üçün toxunulmamış və tələb Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-171/2025 saylı qətnaməsinə əsasən qismən təmin olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)- 171/2025 saylı qətnaməsi ilə iddiaçı X1 Cavabdeh qarşı pul tələbi barədə iddiası qismən təmin edilərək Cavabdeh qarşı 777 (yeddi yüz yetmiş yeddi) manat 99 (doxsan doqquz) qəpik və ödənilmiş dövlət rüsumu əvəzində 30 (otuz) manat alınaraq X2 verilməsi, iddiaçı X1 Cavabdeh qarşı olan iddiasının qalan – 858 (səkkiz yüz əlli səkkiz) manat 01 (bir) qəpik, atası İddiaçı alıb borc kimi verdiyi 3200 (üç min iki yüz) manat borcun və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat tələbinə dair hissəsinin rədd edilməsi qət edilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-171/2025 saylı qanuni qüvvəsini almış qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı V.İddiaçı Cavabdehla birgə nikah dövründə "xxxx" ASC-dən illik 15,4 faizlə 24 ay müddətinə 3539 manat kredit götürmüşdür. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-614/2024 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulduqdan sonra iddiaçı V.İddiaçı sözügedən kredit məbləğindən 1555,98 manat ödəmişdir. Belə olan halda 1555,98 manat məbləğin yarı hissəsi olan 777,99 manat Cavabdeh alınaraq V.İddiaçıya verilməlidir. Həmin işə baxılarkən məlum olmuşdur ki, işə baxılarkən iddiaçı verdiyi izahatında atasının cavabdehə vermiş olduğu 3000 manat məbləği tələb etdiyini bildirmişdir. Qətnamədə qeyd olunmuşdur ki, V.İddiaçının atası tərəfindən cavabdehə verilmiş məbləğin tələbini irəli sürmək üçün subyektiv hüququ olmadığından iddianın həmin hissəsi rədd edilməlidir. Sözügedən qətnamə ilə İddiaçı Cavabdeh 3200 manat borc verməsi müəyyən olunmamışdır. İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübut edə bilməmiş, qanunvericilik isə həmin vəzifəni tərəfin üzərinə qoymuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 3200 manat məbləğində iddia rədd edildiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən İddiaçı iddiasının ödənilmiş dövlət rüsumu əvəzində 52 manat tələbinə dair hissəsi də rədd edilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı 3200 (üç min iki yüz) manat və ödənilmiş dövlət rüsumu əvəzində 52 manat tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1901/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1901/2025
30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver