Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1937/2024 05.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı və cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı «alimentin artırılması və uşağın müalicəsi üçün pulun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam Rayon Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən xx.xx.2016-cı il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin və xx.xx.2016-cı il təvəllüdlü X4 müalicəsi üçün hər ay 150 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(013)-72/2017 saylı qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 70 manat miqdarında alimentin onun xeyirinə tutulmasının qət edildiyini, daha sonra Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-29/2020 saylı qətnaməsinə əsasən alimentin miqdarının artırılaraq 110 manat, xx.xx.2021-ci il tarixli, 2(013)-2028/2021 saylı qətnaməsinə əsasən alimentin miqdarının artırılaraq 120 manat məbləğində müəyyən edildiyini, hazırki dövrdə alimentin miqdarınin uşağın müasir tələbatını ödəməyə kifayət etmədiyini, uşağın böyüdüyünü və gündəlik tələbatlarının da artdığını, bundan başqa qeydn olunan uşağın ciddi xəstə olduğunu və daimi müalicəyə ehtiyacının olduğunu, cavabdeh X2 imkanının yaxşı olduğunu, lakin uşaqların saxlanmasında könüllü olaraq təyin olunmuş alimentdən əlavə maddi kömək güstərməkdən imtina etdiyini, bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 izahatında Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(013)-72/2017 saylı qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ondan, hər ay 70 manat miqdarında alimentin İddiaçı xeyirinə tutulmasının qət edildiyini, daha sonra Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)- 29/2020 saylı qətnaməsinə əsasən alimentin miqdarının artırılaraq 110 manat, xx.xx.2021-ci il tarixli, 2(013)-2028/2021 saylı qətnaməsinə əsasən isə, alimentin miqdarının artırılaraq 120 manat məbləğində müəyyən edildiyini, hazırda işlədiyi Ağdam Mexaniki və Suvarma İdarəsindən işdən çıxdığı üçün maddi imkanının yaxşı olmadığını, onun iddiaçıdan ayrıldıqdan sonra 25 may 2018-ci il tarixdə X7 ilə rəsmi olaraq ailə həyatı qurduğunu, həmin nikahdan üç övladının olduğunu, hazırda da həyat yoldaşının hamilə olduğunun və 4-cü övladını da olacağını, ailəsini çox çətinliklə dolandırdığını, işinin və qazancının olmadığını, valedeynlərinində xəstə olduğunu, ancaq buna baxmayaraq ailəsinin müəyyən tələbatını qoca atam öz pensiyası ilə qarşılamağıma kömək etdiyini, bu səbəbdən də İddiaçı tələb etdiyi məbləğdə alimenti ödəyə bilməyəcəyini, həmçinin iddiaçının iddia ərizəsində uşaq xəstə olmasını göstərdiyini, lakin uşağın tam sağlam olduğunu, hər hansı bir xəstəliyi olmadığını bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(013)-72/2017 saylı qətnaməsindən görünür ki, X1 xx.xx.2016-cı il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 70 manat miqdarında alimentin İddiaçı xeyirinə tutulması qət edilmişdir. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(013)-29/2020 saylı qətnaməsindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq 110 manat cavabdeh X1 İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(013)-2028/2021 saylı qətnaməsindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq 120 manat məbləğində məbləğində müəyyən edilməklə cavabdeh X1 İddiaçı xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Ailə Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yuxarıda sadalanan uşaqların hüquqlarını müdafiə edən qanun normalarını əsas götürüb iddiaçının iddia tələbini qismən təmin edərək təyin edilmiş alimentin miqdarının hər ay 130 manat sabit pul məbləğdə artırılmasını məqsədə müvafiq və ədalətli hesab edir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsinin 81.2. maddəsinə görə, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Yuxarıda əks olunan maddənin dispoziyasından məlum olur ki, valideyin əlavə xərclərə yalnız uşağın ağır xəstə olması, onun mütəmmadi müəlicəyyə ehtiyacı olduğu halda cəlb olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(013)- 2028/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X1 İddiaçı xeyrinə hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulmalı və alimentin tutulmasına Ağdam Rayon Məhkəməsinin bu iş üzrə 05 sentyabr 2024-cü il tarixli, 2(013)-1937/2024 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsümu ödəməkdən azad olunmasını nəzərə alaraq cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(013)-2028/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X1 İddiaçı xeyrinə hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulsun. Artırılmış alimentin tutulmasına Ağdam Rayon Məhkəməsinin bu iş üzrə 05 sentyabr 2024-cü il tarixli, 2(013)-1937/2024 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Cavabdeh X1 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət gəlirlərinə alınsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-1937/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1937/2024
05.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver