Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-1963/2025 06.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X3 Mərkəzinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilərək torpaq sahəsinin qaytarılması tələbi barədə mülki işə 06 avqust 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X3 Mərkəzinin direktoru Məzahir Qasımov rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində həmin Mərkəzlə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 47 nömrəli icarə müqaviləsinə xitam verilməsi, icarəyə verilmiş torpaq sahəsində olan tikililərin sökülərək, icarəyə verilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək 13 saylı X1ytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Departamentinin (hazırda Meşələrin İnkişafı Xidməti) Bərdə X3 Mərkəzi (hazırda 13 saylı X3 Mərkəzi) Azərbaycan Respublikası Meşə Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin1998-ci il 30 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş «Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydaları»na əsasən Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə 47 nömrəli istifadə müqaviləsi bağlamışdır. 13 saylı X3 Mərkəzi ilə (bundan sonra Mərkəz) Cavabdeh arasında bağlanmış 12.08.222-ci il tarixli 47 nömrəli müqaviləyə əsasən Mərkəzin Soltanbud-01 meşəbəyliyinin 50-ci kvartalının 30-cu bölməsində meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən turizm-rekreasiya məqsədi ilə 0,20 ha sahəsi beş il müddətinə Cavabdeh verilmişdir. 13 saylı X3 Mərkəzinin əməkdaşları tərəfindən icarəyə verilmiş sözügedən torpaq sahələrinə xx.xx.2025-ci il tarixdə baxış keçirilərkən 6x9 sxemində 2 ədəd, 7x8 sxemində 1 ədəd əsaslı tikili, 3x6 1 ədəd taxta konstruksiyalı tikili, 2x2 sxemində 7 ədəd söhbətgah, 1 ədəd su hovuzu və 1 metr hündürlüyü olan 20 metr uzunluğunda mişar daçından hasar olan əsaslı tikililərin tikilməsi faktları müəyyən edilmişdir. Aşkar edilmiş faktlar barədə xx.xx.2025-ci il tarixdə 003309 saylı akt tərtib edilmişdir. Sözügedən müqavilənin 2.1-ci bəndlərini pozduğundan Cavabdeh ilə bağlanmış icarə müqavilələrinə xitam verilməsi barədə təklifi, müvafiq təklifə ona daxil olduğu vaxtdan 10 gün müddətində rəsmi cavab verməklə, razılaşıb və ya imtina etdiyi barədə mövqeyinin bildirilməsi xahiş edilən 13 saylı RMTM-in xx.xx.2025ci il tarixli 3- 14-27-13 /2-069/2025 nömrəli xəbərdarlıq məktubu ünvanlanmışdır. Xəbərdarlıq məktubu Cavabdeh ünvanına daxil olmasına baxmayaraq onun tərəfindən məktubda qeyd edilən müddətdə hər hansı cavab daxil olmamışdır. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X3 Mərkəzinin nümayəndəsinə və cavabdeh M.M.Quliyevə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, mülki işə məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, iş materiallarında olan portaldan çıxarışlardan göründüyü kimi iddiaçı hüquqi şəxs, cavabdeh isə adına ********** VÖEN olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. İddiaçı tərəfindən cavabdehin icarəsinə sahibkarlıq məqsədi ilə torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsində göstərilmişdir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.4-cü maddəsində göstərilmişdir ki, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsində göstərilmişdir ki, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X3 Mərkəzinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilərək torpaq sahəsinin qaytarılması tələbi barədə 2(013)-1963/2025 saylı mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-1963/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-1963/2025
06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver