Məhkəmə qərarları › İş №2(013)-1964/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-1964/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-1964/2025 08.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X4 Mərkəzinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X4 Mərkəzinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilərək torpaq sahəsinin qaytarılması tələbinə dair ərizəsi üzrə iddiasına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X4 Mərkəzi Cavabdeh qarşı xx.xx.2018-ci il tarixli, 29 saylı İcarə Müqaviləsinə xitam verilməsini, icarəyə verilmiş torpaq sahəsində olan tikililərin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsini və torpağın 13 saylı X1ytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X4 Mərkəzi tərəfindən iddia tələbləri belə əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Departamentinin (hazırda Meşələrin İnkişafı Xidməti) Bərdə X5 Mərkəzi (hazırda 13 saylı X5 Mərkəzi) Azərbaycan Respublikası Meşə Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 1998-ci il tarixli, 219 saylı Qərarı ilə təsdiq edilmiş "Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydaları"na əsasən vətəndaş Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə 29 saylı istifadə müqaviləsi bağlamış, Mərkəzin Soltanbud-01 Meşəbəyliyinin 49-cu kvartalının 6-cı bölməsində meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən turizm-rekreasiya məqsədi ilə 0.50 ha sahəsi 5 il müddətinə Cavabdeh verilmişdir. Mərkəzin əməkdaşları tərəfindən icarəyə verilmiş sözügedən torpaq sahələrinə xx.xx.2025-ci il tarixdə baxış keçirilərkən 8x8 sxemində 1 ədəd, 3x4 sxemində 1 ədəd, 3x3 sxemində 1 ədəd əsaslı tikili, 8x8 sxemində 1 ədəd taxta konstruksiya və 3x4 sxemində 12 ədəd söhbətgah olmaqla əsaslı tikililərin tikilməsi faktları müəyyən edilmiş, aşkar edilmiş faktlar barədə xx.xx.2025-ci il tarixdə 003308 saylı AKT tərtib edilmişdir. Bu barədə Cavabdeh Mərkəzin xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu ünvanlanmış, məktuba cavab verilməmişdir. Cavabdehlə bağlanmış müqavilə şərtlərinə görə istifadə üçün ayrılmış meşə fondu sahəsində və onun əhatəsində heç bir əsaslı tikinti aparılmasına yol verilmir. Cavabdeh isə icarəyə götürdüyü torpaq sahəsini təyinatı üzrə istifadə etməməklə, icarə müqaviləsinin şərtlərinə, meşə və torpaq qanunvericiliyinin tələblərinə riayət etməməklə və icarəyə verənin razılığı olmadan icarəyə götürülmüş torpaq sahəsində əlavə tikinti və quraşdırma işləri aparmaqla müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X5 Mərkəzinin nümayəndəsi Adil Əliyev iddia tələbini müdafiə etdiyini bildirdi. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir, bundan əvvəl məhkəmə iclaslarında iştirak etmiş, iddia tələblərini qəbul etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, mülki işə məhkəmə aidiyyəti üzrə Azərbaycan Respublikası Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X4 Mərkəzi hüquqi şəxsdir və məhkəmə icraatının gedişatında müəyyən edilmişdir ki, Cavabdeh adına ********** qeydiyyat nömrəli VÖEN olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğuldur. İddiaçı tərəfindən cavabdehin icarəsinə torpaq sahəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsində göstərilmişdir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan Məcəllənin 32.4-cü maddəsində göstərilmişdir ki, aidiyyət haqqında məsələ qalxdıqda hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər.https://eqanun.az/framework/46945 Sözügedən Məcəllənin 32.6-cı maddəsində göstərilmişdir ki, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir.https://eqanun.az/framework/46945 Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 25, 26, 32, 263-269-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X4 Mərkəzinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilərək torpaq sahəsinin qaytarılması tələbinə dair ərizəsi üzrə açılmış 2(013)-1964/2025 saylı mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Azərbaycan Respublikası Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 /on/ gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar