Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1984/2025 18.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi Qədimov Anar Təyyar oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh dən 07 mart 2024-cü il tarixli, 12-Y-3-0-605-24 saylı Kredit Müqaviləsinə əsasən 15.432.57 AZN əsas, 1069.58 AZN faiz, 3.51 AZN cərimə borcu olmaqla, cəmi 16.505.66 manat AZN borcun və dövlət rüsumu kimi ödənilmiş 139.52 AZN məbləğin tutularaq ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, Cavabdeh 07 mart 2024-cü il tarixli Kredit Müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 16.4 faiz dərəcəsi ilə 48 ay müddətinə 17.000 AZN məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 20 fevral 2025-ci il tarixədəe Cavabdeh banka kredit müqaviləsi üzrə 15.432.57 AZN əsas, 1069.58 AZN faiz, 14.04 AZN cərimə borcu olmaqla, cəmi 16.516.19 AZN borcu vardır. Cavabdeh 07 mart 2024-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 14.04 manat təşkl etməsinə baxmayaraq cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 3.51 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş olunur. İddiaçı ASC-nin nümayəndəsi M.Seyidov məhkəməyə ərizə ünvanlamış, həmçinin telefon əlaqəsi yaradaraq iddia tələblərinə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını, tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh məlumatlandırılmış, onunla telefon əlaqəsi yaradılmış, iclaslar barədə məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir, tələbin rədd edilməsi və ya qismən təmin edilməsi üçün əsas yoxdur. İş materiallarında olan Cavabdeh ilə ASC arasında bağlanmış 07 mart 2024-cü il tarixli, 12-12- Y-3-0-605-24 saylı Kredit Müqaviləsindən görünür ki, cavabdehə 48 ay müddətinə, illik 16.4 % dərəcəsi ilə 17.000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin xx.xx.2025-ci il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh ASC-yə 07 mart 2024-cü il tarixli, 12-12-Y-3-0-605-24 saylı Kredit Müqaviləsinə əsasən 15432.57 AZN əsas, 1069.58 AZN faiz, 3.51 AZN cərimə borcu olmaqla, cəmi 16505.66 manat kredit borcu yaranmışdır. Ərizəyə əlavə edilmiş xx.xx.2025-ci il tarixli Xəbərdarlıq Məktubundan görünür ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq da edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə əsasən borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Mülki Məcəllənin 743.2-ci maddəsinə görə bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Qeyd olunan Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Tərəflər aralarında bağlanmış 07 mart 2024-cü il tarixli, 12-Y-3-0-605-24 saylı Kredit Müqaviləsinin 4.3.1 bəndindən görünür ki, müştəri ödənişlərini müqavilədə göstərilən qaydada vaxtında və lazımınca icra etmədikdə bank krediti vaxtından əvvəl geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 07 mart 2024-cü il tarixli Kredit Müqaviləsinə əsasən 15432.57 AZN əsas, 1069.58 AZN faiz, 3.51 AZN cərimə borcu olmaqla, cəmi 16.505.66 AZN məbləgində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, həmçinin MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçının dövlət rüsumu kimi ödədiyi 139.52 manat da cavabdehdən iddia tərəfinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh - 07 mart 2024-cü il tarixli, 12-12-Y-3-0-605-24 saylı Kredit Müqaviləsinə əsasən 15.432.57 AZN əsas, 1069.58 AZN faiz, 3.51 AZN cərimə borcu olmaqla, cəmi 16.505.66 (on altı min beş yüz beş manat altmış altı qəpik) AZN və dövlət rüsumu kimi ödənilmiş 139.52 (bir yüz otuz doqquz manat əlli iki qəpik) AZN tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-1984/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1984/2025
18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver