Məhkəmə qərarları › İş №2(013)-2027/2023

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2027/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2027/2023 27.09.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh İddiaçı qarşı pul tələbi barədə mülki işə 27 sentyabr 2023-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: xx.xx.1949-cu ildə Zərdab rayonunun Gödəkqobu kəndində anadan olmuş və həmin kənddə yaşayan İddiaçı rayon məhkəməsinə ünvanladığı ərizəsində cavabdeh – xx.xx.1976-cı ildə Ağdam rayonunun Alıbəyli kəndində anadan olmuş və yaşayan İddiaçı 1090 manat və ödənilmiş dövlət rüsumu əvəzində 31 manat – cəmi 1121 (bir min yüz iyirmi bir) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən xx.xx.1949-cu ildə Zərdab rayonunun Gödəkqobu kəndində anadan olmuş İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, dövlət tərəfindən onun adına əkin işləri ilə əlaqədar verilmiş 2090 manat səhvən Ağdam sakini İddiaçı hesabına köçürülmüşdür. Ağdam sakini Rafiq ona 1000 manat qaytarmış, qalan 1090 manat məbləği isə qaytarmamışdır. Qeyd edilən səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən xx.xx.1976-cı ildə Ağdam rayonunun Alıbəyli kəndində anadan olmuş İddiaçı iddianı etiraf edərək Zərdab sakini İddiaçı 1121 manat məbləği qaytarmağa etiraz etmədiyini bildirmişdir. Məhkəmə belə hesab edir ki, cavabdehin etirafı təsdiq olunmaqla iddia təmin edilməlidir. Belə ki, cavabdeh məhkəməyə verdiyi ərizəsində iddianı etiraf etdiyini göstərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. xx.xx.1976-cı ildə Ağdam rayonunun Alıbəyli kəndində anadan olmuş və yaşayan İddiaçı 1090 manat və ödənilmiş dövlət rüsumu əvəzində 31 manat – cəmi 1121 (bir min yüz iyirmi bir) manat alınaraq xx.xx.1949-cu ildə Zərdab rayonunun Gödəkqobu kəndində anadan olmuş və həmin kənddə yaşayan İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar