Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2164/2024 23.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh ştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2569 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh tanıyır, onunla həmkəndli və qonşudurlar. Cavabdehlə münasibətləri yaxşı olmuşdur. Ağdam rayonu Qaradağlı kəndi ərazisində özünə məxsus tikinti materialları satışı mağazası vardır. Tanış şəxslər olduqda onların xahişləri ilə mağazadan onlara nisyə materiallar verilir, sonra həmin şəxslər pulları ödəyirlər. Cavabdeh ona məxsus mağazadan nisyə olaraq cəmi 2569 manat dəyərində müxtəlif çeşidli tikinti materialları götürmüş, cavabdeh materialları götürən zaman ona Qaimə Faktura yazılmış və cavabdeh materialları alması və dəyərini verəcəyinə söz verməsi barədə Qaimə fakturanı öz xətti ilə yazaraq imza etmişdir. Ancaq dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh nisyə götürdüyü tikinti materiallarının pulunu ödəmək istəmir. Belə olan halda başqa çıxış yolu qalmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, Cavabdeh 2569 manat pul alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmalıdır. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələblərini bir daha müdafiə etdi. Göstərdi ki, Cavabdeh onun həmkəndlisi və qonşusu olmuşdur. Cavabdeh oğluna toy etdiyi üçün onun tikinti materialları mağazasından 18 fevral 2023-cü il tarixdə nisyə olaraq 2569 manat dəyərində evinin içini təmir etdirmək üçün kraska-boyalar götürmüş, pulunu toydan sonra ödəyəcəyinə söz vermişdir. Cavabdehin toy məclisində iştirak edə bilmə də toya pul göndərmişdir. Cavabdehin onun qardaşının mağazasına da nisyə götürdüyü mallara görə 580 manat borcu var ki, onu da ödəmir. 1 il 4 aydan artıqdır ki, cavabdeh pulu vermir. Cavabdeh əvvəl pulu verəcəyini bildirirdi, sonradan isə götürdüyü mal-materialların guya xarab olmasını bildirməyə başlamış, pulu verməyəcəyini bildirməyə başlamışdır. Halbuki cavabdeh həmin həmin mal-materialların xarab olmasını heç vaxt ona bildirməmiş, həmin mal-materialları geri qaytarmamışdır. Halbuki cavabdeh bu barədə Qaimə fakturaya öz xətti ilə yazmış və imza etmişdir. Cavabdeh pulunu qaytarmadığı üçün məhkəməyə müraciət edib. Ona görə də iddia tələbinin təmin edilməsini bir daha xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələblərini rədd etdi. Göstərdi ki, Qarabağlı kəndində yaşayır. İddiaçı heç bir borcu yoxdur, borcunu verib. Belə ki, 37 manatdan İddiaçı tikinti materialları mağazasından dəmir götürmüş, həmin dəmirlər isə xarab çıxmış, çürümüşdür. İddiaçı götürdüyü mal-materialların pulunu onun özünə də verib, uşaqları vasitəsi ilə də göndərib. İddiaçı heç bir borcu yoxlur, iddia tələbinin rədd edilməsini istəyir. Məhkəmə tərəfləri dinlədikdən sonra, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. AZE 0******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1962-ci il təvəllüdlüdür. M/V 059262 saylı Müharibə Veteranı vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respubliasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Ərizəyə əlavə edilmiş ******* saylı Qaimə Fakturanın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə 2569 manat dəyərində nisyə olaraq tikinti materiaları almış, qaimə fakturanın aşağısında öz xətti ilə "bu malı aldım, pulunu verəcəyimə söz verirəm və təsdiq edirəm" kimi qeyd yazmışdır. X1 görünür ki, Cavabdeh xx.xx.1965-ci il təvəllüdlüdür, Ağdam Rayon Qaradağlı kəndində anadan olub, həmin kəndin qeydiyyatındadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Sözügedən Məcəllənin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlana bilər. Həmçinin həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Sözügedən Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Cavabdeh borcunu etiraf etməsə də qaimə fakturadan görünür ki, o, 2569 manat dəyərində olan müxtəlif çeşidli tikinti materiallarını götürmüş və bu barədə özü tərəfindən öz xətti ilə qeydlər edilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müharibə veteranı olduğundan dövlət rüsumu ödəməkdən azad olduğu üçün dövlət rüsumu kimi ödənilməli olan 45.69 manat cavabdehdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin müddəaları baxımından alınıb dövlət nəfinə verilməlidir. Məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbləri də təmin edilməli, Cavabdeh 2569 manat məbləğ tutularaq iddiaçı F.İbadoun xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları subut etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh - 2569 /iki min beş yüz altmış doqquz/ manat pul tutularaq İddiaçı xeyrinə verilsin. Cavabdeh - dövlət rüsumu kimi ödənilməli olan 45.69 /qırx beş manat altmış doqquz qəpik/ manat alınıb dövlət nəfinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-2164/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2164/2024
23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver