Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2193/2024 20.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 12.000 manat borcun və məhkəmədə işin baxılması ilə bağlı dövlət rüsumu kimi ödədiyi 126 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh tanıyır. Cavabdeh xx.xx.2023-cü il tarixdə ondan 12.000 manat borc almış, xx.xx.2023-cü il tarixdə qaytaracağını öhdəsinə götürmüş və vəsiqəsinin surətini ona vermiş və vəsiqəyə borcunu qeyd etməklə bu barədə qəbz vermişdir. Cavabdeh buna baxmayaraq ondan borc götürdüyü pulu ödəmir. Dəfələrlə borcunu ödəməyi təklif etməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr edərək borcunu ödəməkdən imtina edir. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, Cavabdeh borclu olduğu 12.000 manat pulun və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 126 manat dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmalıdır. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası barədə məlumatlandırılmış iddaçı İddiaçı məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə teleqramlar vuraraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələblərini qismən qəbul etdi. Göstərdi ki, İddiaçı cəmi 1500 manat borc alıb. Pulu 15 dekabr 2023-cü ildə götürmüş, həmin vaxt yanlarında ANAMAda işləyən Ruslan Poladov və Tərtər Rayon Polis Şöbəsində işləyən Elmidar Cabbarov da olmuşlar. Həmin puldan 2 ay, hər 150 manatdan olmaqla cəmi 300 manat ödəmiş, İddiaçı təxminən 1200 manat borcu qalır. İddiaçı ona qəbz yazdırıb və həmin qəbzə imza etdirib, lakin orada 12000 manat sözünü özü yazmayıb. Həmin yazının da araşdırılmasını xahiş edir. Bir daha bildirir ki, iddiaçıya onun 1200 manat borcu qalır. Göstərdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat verən X6 göstərdi ki, Cavabdehla uzaq qohumluqları var. İddiaçıla onu polis əməkdaşı Elmidar tanış edib. Bir dəfə ehtiyacı olduğu üçün özü də İddiaçı 3000 manat borc pul almış, 2000 manat dəyəri olan qızılı Turala girov qoymuş, 3000 manat aldığı halda Turala verdiyi qəbzdə 15000 manat aldığını qeyd etmişdir. Bunun səbəbi odur ki, Tural qəbzdə 15000 manat qeyd etməyəcəyi halda 3000 manat pulu verməyəcəyini bildirməsidir. Qızılları hələ də Turalda qalır. Elgizi Turalın yanına özü aparmışdır, Ceyhun adlı taksi sürücüsü ilə getmişlər, Elgiz Turaldan 1500 manat pul alanda orada olmuşdur. Həmin məbləği Elgiz Turaldan 2-3 ay müddətinə götürmüşdür. Turalın oğlu da orada olmuşdur. Orada qəbzə 12000 manat yazılması söhbəti oldu. Məhkəmə iclasında şahid qismində izahat verən X4 göstərdi ki, rayonun Quzanlı Qəsəbəsində yaşayır, taksi fəaliyyəti ilə məşğul olur. Cavabdeh onun həmkəndlisidir. Təxminən 4- 5 ay bundan əvvəl Elgiz ona zəng vurmuş, birlikdə Turaldan pul götürməyə getmişlər. Elgiz Turalın yaşadığı evin həyətində Turaldan 1500 manat pul almışdır. Elgiz 1500 manat götürəndə bunu görmüşdür. Məhkəmənin 09 oktyabr 2024-cü il tarixli Qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş, ekspertlər qarşısında işin materiallarında olan, Cavabdeh tərəfindən yazılmış sadə yazılı qəbzdə olan 12.000 /on iki min/ rəqəmlərinin və sözlərinin Cavabdeh tərəfindən yazılıb-yazılmaması ekspertlərə təqdim edilmiş xətt nümunələri ilə qarşılıqlı qaydada müəyyən edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 06 noyabr 2024-cü il tarixli RƏYi ilə /ekspert xanım Mətanət Muradova/ müəyyən edilmişdir ki, sözügedən qəbzdə olan xətt nümunələri hazırkı Cavabdeh məxsusdur, onun tərəfindən icra edilmişdir. Məhkəmə cavabdehi və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. ASAN BƏRDƏ Xidməti tərəfindən 12 fevral 2017-ci il tarixdə verilmiş AZE ******** saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1982-ci il təvəllüdlüdür, Bərdə Rayon Kətəlparaq kəndinin qeydiyyatındadır. Bərdə RİH Başçısının Kətəlparaq Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 439 saylı, 22 iyul 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı həmin kənddə yaşayır. Ərizəyə əlavə edilmiş hazırkı Cavabdeh tərəfindən yazılmış sadə yazılı qəbzdən görünür ki, o, 15 noyabr 2023-cü il tarixdə Bərdə Rayonu Kətəlparaq kənd sakini İddiaçı, X5 və X1 yanında 12.000 manat borc pul almış və aldığı pulu xx.xx.2023-cü il tarixdə qaytaracağına söz vermişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 1021592A saylı Xidməti Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Ağdam Rayon Dövlət X2 106 saylı X3 yanğınsöndürəni vəzifəsində işləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Sözügedən Məcəllənin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquq və vəzifələrin yaranması əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci - maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və yadigər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği 3000 manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə : işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbləri əsaslıdır və qanunamüvafiqdir, hazırda tələb olunan həcmdə təmin edilməlidir. Cavabdeh məhkəmə iclasında onun adından yazılmış sadə yazılı qəbzi özü yazdığını etiraf etmiş, lakin həmin sadə yazılı qəbzdə olan "12000 /on iki min/ manat" sözü və hərflərinin onun tərəfindən yazılmamasını bildirmiş, bu məqsədlə həmin məsələyə aydınlıq gətirilməsi üçün məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspertlər müəyyən etmişlər ki, həmin yazı və söz hazırkı Cavabdeh tərəfindən icra edilmişdir. Göründüyü kimi hazırkı mübahisə tərəfləri aralarında bağlanmış müqavilədə nəzərdə tutulan borc məbləği 3000 manatdan yuxarıdır, tərəflər sadə yazılı formada müqaviləni yuxarıda qeyd olunan Məcəllənin 739.2-ci maddəsinin tələblərinə uyğun bağlamışlar. Cavabdeh iddiaçıdan 1500 manat pul aldığını, həmin məbləğdən bundan əvvəl 300 manat, yaxın günlərdə isə 300 manat ödəniş etdiyini bildirir, bu barədə məhkəməyə hər hansı sübut təqdim etmir. İddiaçı isə məhkəməyə cavabdehin öz xətti ilə yazdığı, 12000 manat pulun ondan alınmasını təsdiq edən sadə yazılı qəbzi məhkəməyə təqdim edir, həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Göstərilənlərə əsasən məhkəmə iddia tələbini təmin edir, hesab edir ki, Cavabdeh 12.000 manat pul və məhkəmədə işin baxılması ilə bağlı dövlət rüsumu kimi ödənilmiş 126 manat pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin müddəaları baxımından alınıb İddiaçı xeyrinə verilməli, həmçinin ekspertiza təhqiqatının dəyəri olan 138 manat Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər br tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respubldikası Mülki Prosessual Məcəlləsinin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh – 12.000 /on iki/ manat pul və məhkəmədə işin baxılması ilə bağlı dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 126 /bir yüz iyirmi altı/ manat, ümumilikdə 12.126 /on iki min bir yüz iyirmi altı/ manat pul tutularaq İddiaçı xeyrinə verilsin. Ekspertiza təhqiqatının dəyəri olan 138 /bir yüz otuz səkkiz manat/ manat Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-2193/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2193/2024
20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver