Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2272/2025 10.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi – fərdi qaydada qaydada fəaliyyət göstərən vəkil X1 iştirakı ilə, İlkin iddia - İddiaçı Cavabdeh qarşı pul tələbi, Qarşılıqlı iddia - Cavabdeh İddiaçı qarşı pul tələbi barədə mülki işə 10 sentyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 17000 (on yeddi min) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin onunla əsaslandırmışdır ki, 44 günlük Vətən müharibəsi zamanı “N” nömrəli Hərbi Hissənin tərkibində Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edərək medallarla təltif edilmişdir. Cavabdeh iddiaçının qaynatasıdır. Təxminən 2024-cü ildə cavabdeh iddiaçının evinə gələrək oğlu X7 ev almaq üçün ehtiyacı olduğundan İddiaçı 17000 manat borc pul istəmiş və 5-6 ay müddətində qaytaracağını demişdir. İddiaçı yaxın qohumu oldugu üçün həmin pulu atası X8, anası X2 və bacsı X3 şahidliyi ilə vermişdir. Sonralar münasibətləri pisləşdikdən 5-6 ay keçməsinə baxmayaraq Cavabdeh borcu qaytarmaqdan imtina etmişdir. Dəfələrlə edilmiş müraciətlər və xəbərdarlıqlar heç bir nəticə verməmişdir. Belə olan halda başqa çıxış yolu qalmadığı üçün iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh aldığı 17000 manat borc məbləğini qaytarmaqdan əsassız olaraq imtina edir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 27000 (iyirmi yeddi min) manat və ödənilmiş dövlət rüsumu əvəzində 171 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, iddia ərizəsində göstərilənlər həqiqti əks etdirmir. İşin faktiki halları ondan ibarətdir ki, cavabdeh İddiaçı Cavabdeh qızı Nuranə Qarayeva ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, onların nikahından iki övladı vardır. Nuranə ailə quran vaxtdan onların ailə tələbatlarına həmişə Cavabdeh kömək etmişdir. İddiaçı daxili qoşunlarda xidmət etmiş, qazancı kifayət etməmişdir. Cavabdeh övladının ağır vəziyyətdə yaşamasına razı olmamış və həmişə öz köməyini əsirgəməmişdir. Nuranə Bakirin atasına məxsus Ağdam rayonunun Sarıcalı kəndində yerləşən evdə yaşamışdır. Ev həm kiçik, həm də təmirsiz olmuş, onların isə evi təmir etdirməyə imkanı olmamışdır. İddiaçı evin təmiri üçün müxtəlif vaxtlarda Cavabdeh 17000 (on yeddi min) manat borc almışdır. Bakirin verdiyi pullarla Asəf yaşadığı evin üstünü sökdürmüş, yeni proyektdə tam təmirli, hər bir şəraiti olan ev tikdirmiş, evin qarşısında çardaq düzəltdirmişdir. Bundan əlavə İddiaçı Cavabdeh 10000 (on min) manat borc alaraq T-28 markalı traktor almışdır. İddiaçı Cavabdeh cəmi 27000 manat borc almışdır. Bakir hər dəfə borcu istəyəndə qızını incitmişlər. Bakirin qızı dəfələrlə ailə münaqişəsinə görə evinə gəlmişdir. Bakir qızını məcburən ər evinə qaytarmışdır ki, ailəsi dağılmasın. Sonuncu dəfə isə Bakirin qızı çox pis vəziyyətdə evinə gəlmiş və nikahın pozulması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Həmçinin Asəfə qarşı ona borclu olduğu 17000 manat pul tələbinə dair mediasiyaya müraciət etmişdir. Asəf bundan xəbər tutan kimi əsassız olaraq məhkəməyə müraciət etmişdir. Asəf Bakirin pulu ilə aldığı traktoru sonuncunun həyətinə qoymuşdur. Ancaq traktorun sənədi Asəfin adında qalmışdır. Asəf pulu qaytarmamaq üçün traktoru Bakirin həyətinə qoymuşdur. Asəf Bakirin pulunu qaytarıb traktoru apara bilər. Asəflə Bakirin qızı arasında telefon danışığı olmuşdur. Telefon danışığı zamanı Asəf Bakirə 21000 manat borcunun olduğunu etiraf etmişdir. Həmçinin danışıq zaman Asəf demişdir ki, Bakirə 3000 manat pul qaytarmışdır. Asəf həmin 3000 manat məbləği Bakirin sonuncuya çatdırılması üçün Nuranəyə vermiş, Nuranə isə pulu çardaqlarını düzəltdirmək üçün lazım olduğundan Bakirə verməmişdir. Asəf iddia erizəsində göstərir ki, guya Bakir ondan borc alib 2024-cü ildə oğluna ev almışdır. Asəfin göstərdiyi yalandır. Çünki Bakir oğluna evi 2021-ci ilin sentyabr ayında almışdır. Bakirin göstərdiklərini Ağdam rayonunun Eyvazlı kəndində yaşayan X11, X9, X12, X10 va X5 təsdiq edə bilərlər. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı ilkin iddianı müdafiə, qarşılıqlı iddianı isə etiraf etməyərək göstərmişdir ki, 2023-cü ildə qayınatası Bakir oğluna ev almaq üçün onun yaşadığı evdə ondan 17000 manat istəmişdir. Özünə traktor almaq üçün topladığı 17000 manat məbləği yaşadığı evdə ata-anasının yanında bakirə vermişdir. Bakir 3-5 aya pulu qaytaracağına söz vermişdir. Bakir sələm verməklə məşğul olur, bütün pullarının sələmdə olduğunu ona demişdir. Bakirin qızı Nuranə ilə 2017-ci ildə evlənib 2025-ci ildə boşanmışdır. Nuranə 2025-ci ilin may ayında ona mobil telefonla zəng vuraraq onun səsini telefona yazmışdır. Məhkəmədə dinlənilən mobil telefon danışığı səsi ona və Nuranəyə məxsusdur. Özünə traktor alaraq hazırda Nuranə gilə vermişdir. Traktor onun adına sənədləşdirilmişdir. Nuranə ilə telefon danışığında sonuncunun atasından 23000 manat aldığını etiraf etmişdir. Nuranə ilə telefonla danışarkən sonuncu təzəlikcə ata evinə getdiyi üçün Bakirin ona borclu olduğunu Nuranəyə deməmişdir. Göstərilən səbəbdən ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh ilkin iddianı etiraf etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək göstərmişdir ki, İddiaçı 2017-ci ildə onun qızı Nuranə ilə ailə qurmuş və 2025-ci ildə boşanmışlar. Asəf əvvəllər Bakı şəhərində işlədiyindən ailəsi ilə birlikdə orada yaşamış, sonradan isə Ağdam rayonunun Sarıcalı kəndinə qayıtmışlar. Kəndə qayıtdıqdan sonra Asəf gilin evinin pis vəziyyətdə olduğu və qızının da orada yaşadığı üçün onların evini təmir etdirmişdir. Təmirə 17000 manat pul xərcləmişdir. 2024-cü ildə Asəf traktor almaq üçün Nuranəyə demişdir ki, «atandan 10000 manat pul al». Bundan sonra Asəfə 10000 manat vermişdir. Asəf Nuranə ilə telefonla danışarkən ona 23000 manat borcunun olduunu etiraf etmişdir. Heç vaxt Asəfdən borc almadığını qeyd etməklə ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmişdir. Cavabdeh təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən X11 bildirmişdir ki, əri Asəfdən ayrılıb atası evinə qayıtdıqdan sonra əri Asəflə mobil telefonla danışıb sonuncunun onun atası Bakirə olan 27000 manat pulu tələb etmişdir. Asəf həmin vaxt onun atasına 23000 manat borc aldığını etiraf etmişdir. Asəf onun atasından aldığı 27000 manat məbləğin 10000 manat hisəsinə traktor almış, 17000 manatı isə evin təmirinə xərcləmişdir. Münasibətləri korlandıqdan sonra Asəf traktoru onun atasının həyətinə gətirmişdir. İddiaçı təşəbbüsü ilə şahid qismində məhkəmədə dindirilmiş X14 göstərmişdir ki, oğlu Asəfin Bakirə 27000 manat borcu olmamışdır. Asəf onun yanında yaşadığı evdə Bakirə borc vermiş, lakin məbləğin nə qədər olduğunu bilməmişdir. İddiaçı təşəbbüsü ilə şahid qismində məhkəmədə dindirilmiş X6 göstərmişdir ki, oğlu Asəf onun yanında Bakirə 15000-17000 manat pul vermiş, lakin pulun verilməsi tarixini xatırlamır. Həmin vaxt onların evində ailə üzvləri və qonaq gəlmiş qızı Qərənfil olmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Cavabdeh əsassız varlanması, İddiaçı zərər vurması, pul ödəməsi barədə üzərinə hər hansı bir öhdəlik götürməsi məhkəmə baxışında müəyyən olunmamışdır. Cavabdeh İddiaçı qarşısında öhdəliyinin yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri mövcud olmamışdır. Məhz həmin səbəbdən məhkəmə belə hesab edir ki, ilkin iddia təmin oluna bilməz. İddiaçı təşəbbüsü ilə şahid qismində məhkəmədə dindirilmiş atası X14 və anası X2 ifadələri onun iddiasının təmin olunması üçün kifayət etməmişdir. Belə ki, X4 onun yanında yaşadığı evdə Bakirə borc verdiyini, lakin məbləğin nə qədər olduğunu bilmədiyini, X6 isə oğlu Asəf onun yanında Bakirə 15000-17000 manat pul verdiyini, lakin pulun verilməsi tarixini xatırlamadığını göstərmişdir. İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübut edə bilməmiş, qanunvericilik isə həmin vəzifəni tərəfin üzərinə qoymuşdur. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Qarşılıqlı iddia ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. İşə baxılarkən məlum olmuşdur ki, Cavabdehla İddiaçı arasında borc müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. Cavabdeh İddiaçı 23000 manat verməklə üzərinə düşən öhdəlikləri icra etmiş, qarşı tərəf isə həmin məbləği qaytarmayaraq öhdəliklərini icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İstər iddiaçı tərəf, istərsə də cavabdeh tərəf Cavabdeh müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Cavabdeh öz tələbini sübut etmək üçün məhkəməyə telefon danışıqlarına dair disk təqdim etmiş və həmin disk iş materiallarına əlavə edilərək məhkəmədə dinlənilmişdir. Həmin diskdən məlum olmuşdur ki, İddiaçı Cavabdeh qızı olan keçmiş arvadı Nuranə Qarayevə ilə mobil telefonla danışarkən Cavabdeh 23000 manat borc aldığını etiraf etmişdir. X23, istərsə də İddiaçı telefonda daşışan şəxslərin onlar olduğunu bildirmişlər. Asəf Nuranə ilə telefonda danışarkən və sonuncu atasının verdiyi 27000 manat məbləği Asəfdən tələb edərkən, Asəf Bakirin ona 17000 manat borcunun olması barədə heç bir söz deməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu əvəzində iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq İddiaçı 159 manat alınaraq Cavabdeh verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İlkin iddia - İddiaçı Cavabdeh qarşı 17000 (on yeddi min) manat pul tələbi barədə iddiası əsassız olduğundan rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı olundan 23000 (iyirmi üç min) manat və iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 159 (yüz əlli doqquz) manat alınaraq Cavabdeh verilsin. Qarşılıqlı iddianın İddiaçı 4000 (dörd min) manat və ödənilmiş dövlət rüsumu əvəzində 12 (on iki) manat alınaraq Cavabdeh verilməsi tələbinə dair hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2272/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2272/2025
10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver