Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2285/2024 05.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı, nümayəndəsi /vəkil/ Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia açaraq cavabdehdən 11.500 manat məbləğində pulun alınaraq onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, o, Cavabdeh 10.500 manat sələm qaydasında hissə-hissə ödəmək şərti ilə pul götürmüş, onun əvəzinə sələmin və borcun ödənilməsi üçün bacısı Meliura Ağayevanın pensiya və çörəkpulu kartını və özünün prezident təqaüdü kartını və çörəkpulu kartını cavabdehə vermişdir. Cavabdeh ümumilkdə 25.000 manat həmin kartlardan pul çıxartmışdır. Həmçinin Cavabdeh şikayət etdikdən sonra cavabdeh ona Bərdə Rayon Polis Şöbəsində 3000 manat pul qaytarmış, lakin 11.500 manat pulunu hələ də qaytarıb verməmişdir. Hər dəfə də pulu istəyəndə cavabdeh müxtəlif bəhanələr gətirmişdir. Əgər sorğular edilərsə «Kapital Bank»dan cavabdehin onların kartlarından pulu alması öz təsdiqini tapacaqdır. Bunu təsdiq edən şahidləri də vardır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddia tələbləri əsaslıdır, tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı bir daha iddia tələblərini müdafiə etdi və əlavə olaraq göstərdi ki, 1ci qrup ümumi gözdən əlildir, Cavabdeh uzun illərdir ki, tanıyır. Cavabdeh hazırda Yevlax rayonunda Yeni Qəsəbədə yaşayır və poçt işçisidir. Cavabdeh ayrı-ayrı şəxslərə sələm verməklə məşğuldur. 2019-cu ildə bacıları xəstə olduğu üçün onları tibbi əməliyyatlara aparmaq lazım olduğundan Cavabdeh sələmlə pul götürmək qərarına gəlmiş, 1500, 2000 və sair məbləğlərdə Nazimdən hissə-hissə ümumilikdə 10.500 manat pul götürmüşdür. Nazim hər 3000 manata sələmlə ondan 4500 manat pul istəmişdir. Pulu götürdükdən sonra Cavabdeh özünün 300 manatlıq prezident təqaüdü kartını, 60 manatlıq çörək pulu kartını və bacısının 120 manatlıq 2 nəfərlik çörək pulu kartını və 2-ci qrup bacısının 200 manatlıq pensiya kartını vermişdir. Həmin kartlardan 2023cü ilin sentyabr ayına kimi Cavabdeh pulları götürüb. Cavabdeh həmin kartlardan pulları Yevlax və Ağcabədi rayonlarında çıxarıb. Beləliklə Cavabdeh onun və təqdim etdiyi sair kartlarından 25.000 manat pul çıxarıb və özü də bu barədə bildirir. Cavabdeh artıq çıxardığı pulları vermədiyi üçün ondan polis şöbəsinə şikayət etmişdir. Polis şöbəsində Cavabdeh könüllü olaraq həmin məbləğdən 3000 manat ona qaytarmış, polisdə olarkən qalanını isə sonra verəcəyini bildirmişdir. Cavabdeh polisdə araşdırma aparılarkən ona 9600 manat borcunun olmasını da özü etiraf etmiş, qaytaracağını bildirmişdir. Cavabdeh onu aldadaraq bildirmişdir ki, polis onu vergi vermədiyi və sığorta ödəmədiyi üçün cərimələyə bilər, polisdən çıxandan sonra qalan pullarını da verəcək, şikayət etməsin. Bildiyinə görə Cavabdeh ayrı-ayrı 5 nəfər şəxslərin kartlarından da 136.000 manat pullar çıxarıb. Mübahisələrinə polis orqanlarında da baxılıb. Cavabdeh məhkəmə iclasında göstərdikləri yalandır. Əgər Cavabdeh borcu var idisə niyə onda polis araşdırmasında Cavabdeh ona 3000 manat pul verirdi. Məhkəməyə müraciət etməyə məcbur qalıb. Ona görə də iddia tələblərinin təmin edilməsini bir daha xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələblərini rədd etdi. Göstərdi ki, Qarabağ Müharibəsi veteranıdır, 42 ildir ki, poçtda işləyir. Vaqif ondan pul götürməyib, pulu vasitəçilər olan Elçin və İmdad adlı şəxslərin vasitəsi ilə Vaqifə verib. Vaqifin onda 300, 60 və 120 manatlıq kartları olub. Vaqifə vasitəçilərlə ilk dəfə ümumilikdə 10.000 manat verib. Bu söhbətlər 2019-cu ildən 2023-cü ilin mart ayına kimi davam edib. 2023-cü ildə Vaqiflə aralarında olan haqq-hesabı qurtarmışlar. Vaqifə İmdad və Elçinin vasitəsi ilə 02 iyun 2020-ci ildə 2070 manat, 24 oktyabr 2020-ci ildə 1400 manat, 26 fevral 2021-ci ildə 3780 manat, 08 aprel 2021-ci ildə 1800 manat, 03 iyul 2021-ci ildə 520 manat, 07 avqust 2021-ci ildə 2400 manat, 07 sentyabr 2021-ci ildə 4900 manat, 16 oktyabr 2021ci ildə 5200 manat, 13 fevral 2022-ci ildə 3600 manat, 14 iyun 2022-ci ildə 4220 manat və 01 noyabr 2022-ci ildə 1000 manat, ümumilikdə 30.890 manat pul vermişdir. 2023-cü ilin dekabr ayında Vaqif ondan Bərdə Rayon Polis Şöbəsinə şikayət etmiş, orada polis əməkdaşları tərəfindən araşdırma aparılmış, Vaqifə 3000 manat orada pul vermiş, bundan sonra Vaqif ərizə yazaraq razılaşmasını və şikayətini geri götürməsini bildirmişdir. Təxminən 4-5 ay bundan əvvəl də Vaqif ondan Yevlax Rayon Polis Şöbəsinə şikayət etmiş, orada da araşdırma aparılmış, Vaqifin dedikləri təsdiq olunmamışdır. Əksinə Vaqifin özünün bundan əvvəl polis əməkdaşlarına yazdığı son ərizəyə görə ona 10.500 manat borcu qalır. Ümumilikdə götürəndə Vaqifin şikayətlərindən sonra ona 8000 manat pul qaytarıb. Sonuncu dəfə polisdə Vaqif ondan 3000 manatı alıb və aralarında olan pul söhbətinin qurtardığını bildirib, həmçinin 10.500 manat özünün pul borcunun olmasını, kartını verəcəyini və borcunun 2024-cü ilin sentyabr ayında qurtaracağını yazıb. Həmin əlyazmalar yazılarkən Vaqifin arvadı, bacısı, bacısı qızı, Vaqifgil tərəfdən polisə gətirilmiş şəhid ailəsinin nümayəndəsi də orada olub. Vaqif onu aldadıb, kartının kimdə isə olmasını, kartı götürüb ona verəcəyini bildirmiş, sonra isə onu aldatmış, kartı verməmişdir. Hazırda Vaqifin ona borcu var. İddia tələbinin rədd edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında izahat verən X8 göstərdi ki, Vaqiflə qohumdurlar. Nazim isə sələm verməklə məşğuldur. Nazimdən sələm qaydasında pul götürüb Vaqifə vermişdir. Bildiyinə görə Nazimin Vaqifə borcu var. Şahid qismində məhkəmə iclasında izahat verən X11 göstərdi ki, Nazimlə qohumdurlar. Nazimdən Vaqifə sələmlə pul alıb verib, əvəzinə isə Nazimə kartlar vermişlər. Nazim həmin kartlardan 9600 manat artıq pul çıxarıb, soruşanda isə Nazim pulu artıq çıxarmasını bilmədiyini qeyd edib. Nazim həmin puldan 3000 manat qaytarıb, 6600 manatı qalır. Şahid qismində məhkəmə iclasında izahat verən X9 göstərdi ki, 394-cü adam kimi özü də Nazimdən sələmlə 6900 manat pullar götürüb, Nazim isə 24000 manat yazıb. Nazimə verdiyi çörək pulu və atasının pensiya kartından, yəni 2 ədəd kartdan Nazim 50.800 manat pul çıxarıb. Nazim Vaqifin ona verdiyi kartlardan 9600 manat pul çıxarıb, həmin puldan 3000 manat qaytarıb, 6600 manat borcu qalıb. Nazim 3000 manat pulu X17 Vaqifə verib. Şahid qismində məhkəmə iclasında izahat verən X4 göstərdi ki, özü də 11.300 manat Nazimdən sələmlə pul götürüb, 2 ədəd kartı bunun əvəzinə Nazimə verib. Şahid qismində məhkəmə iclasında izahat verən X12 göstərdi ki, Nazim onun əridir. Vaqif kartlarını qoyaraq Elçin və İmdad adlı şəxslərin vasitəsi ilə onlara dəfələrlə xahiş etmiş, 10.500 manat pul borc almışdır. Vaqifin kartlarından borc aldığı pullardan çıxarmışlar. Kartlardan götürdükləri həmin pullardan Vaqifə 3000 manat bir dəfə, 2000 manat bir dəfə, 3000 manat, ümumilikdə 8000 manat pul qaytarmışlar. Vaqif aldığı pulları qaytarmamış, sonra demişdir ki, guya onun kartından pulları artıq çıxarıblar. Vaqif bu barədə polisə şikayətlər etmişdir. Hazırda Vaqifin onlara borcu var. Şahid qismində məhkəmə iclasında izahat verən X5 göstərdi ki, İddiaçı onun qardaşıdır. Vaqif Nazimdən sələmlə 10.500 manat hissə-hissə pullar götürüb. Bunun əvəzində Nazimə kartlarını vermişlər, Nazim həmin kartlardan 4 ildir ki, pullar götürüb. Qardaşı Vaqif pis vəziyyətdədir. Nazimlə Vaqif aralarında olan pul söhbətlərini ətraflı bilmir. Nazimin onlardan artıq pul götürdüyünü bilib ondan pullarını tələb etmişlər. Demişlər ki, heç olmasa 4000 manat qaytarsın, yaxud 5000 manat qaytarsın. X17 Nazim Vaqifə 3000 manat pul qaytarıb. Məhkəmə iddia ərizəsini, ərizəyə əlavə edilmiş və yeni əldə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə iclasında tərəfləri və şahidləri dinləyib belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Ağdam Rayon Polis Şöbəsi tərəfindən 2012-ci ildə verilmiş AZE 0******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1962-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən 1993-cü il tarixdə verilmiş 57465 seriyalı X7 surətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2006-cı il tarixdə verilmiş 7956 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı əlilliyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Bərdə Rayon Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 615 saylı, 04 iyul 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə Rayonu Həsənqaya kəndində yerləşən 866 yerlik X13 bina 3, mənzil 46-da müvəqqəti məskunlaşmışdır. Ərizəyə əlavə edilmiş 30 may 2024-ci il tarixli, Yevlax Rayon Polis X3 Cinayət İşi Başlanmasının X1 ididaçı İddiaçı izahatından görünür ki, o, Cavabdeh 10.000 manat pul götürmüş, əvəzinə kartalarını vermiş, Cavabdeh 4 ildir ki, onun kartlarından 9600 manat artıq pullar çıxarmış, Bərdə Rayon Polis Şöbəsində həmin pulun 3000 manatını Nazim ona qaytarmış, hazırda Nazimin ona 6600 manat borcu qalmışdır. Həmin Qərarda olan Cavabdeh izahatından görünür ki, o, hazırkı İddiaçı borcu olmadığını, əksinə İddiaçı ona olan pul borcunu ödəmək istəmədiyi, onun barəsində dediklərinin şər və böhtan olduğunu bildirmişdir. İddiaçı özünə məxsus 416974******4352 nömrəli və 510307******1695 nömrəli həmin Kapital Bank kartlarından 01 yanvar 2019-cu il tarixdən 30 sentyabr 2023-cü il taixədək olan dövr ərzində pulların çıxarılmasını özündə əks etdirən məlumatlar götürülmüşdür. İddiaçı bacısı Melurə Ağayeva məxsus 510307******3841 Kod Nömrəli, 416974******4855 nömrəli həmin Kapital Bank kartlarından 01 yanvar 2019-cu il tarixdən 31 dekabr 2023-cü il taixədək olan dövr ərzində pulların çıxarılmasını özündə əks etdirən məlumatlar götürülmüşdür. Belə görünür ki, həmin kartlardan ümumilikdə 28.183 manat pullar çıxarılmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi qeydiyyat dəftər yazılarından görünür ki, o, İddiaçı 2023cü ilin iyun ayında 17 ay müddətinə 14.700 manat pul verir, Vaqif həmin borcu 2024-cü ilin oktyabr ayına kimi qaytarmalıdır, Vaqif bu məqsədlə Nazimə kart verir, Nazim Vaqifin kartını 2024-cü ilin oktyabr ayında qaytaracaq. Həmin əlyazısı Vaqif tərəfindən imzalanmışdır. İddiaçı şikayəti əsasında Yevlax və Bərdə Rayon Polis Şöbələrində aparılmış araşdırma materialları məhkəmə tərəfindən istənilmiş və götürülmüşdür. İddiaçı hələ Bərdə Rayon Polis Şöbəsinin rəisinə yazdığı 07 oktyabr 2023-cü il tarixli izahatından görünür ki, o, 2019-cu ildə Cavabdeh 2000 manat, 2020-ci ildə 3000 manat, 2021-ci ildə yenidən 3000 manat pul aldığını qeyd edir, Cavabdeh onun kartlarından 15000 manat çıxarmasını, buna görə də Nazimin ona 9000 manat borcu qalmasını qeyd edir və həmin məbləğin qaytarılmasını istəyir. Həmin materiallarda olan Cavabdeh izahatında isə o, göstərmişdir ki, İddiaçı vəziyyətinin pis olması səbəbindən ondan sonuncu dəfə 10.500 manat pul götürmüş, pulları geri qaytarmamışdır. İddiaçı tərəfindən 15 dekabr 2023-cü il tarixdə Bərdə Rayon Polis Şöbəsinin rəisi, cənab Ənvər Həsənovun adına yazılmış ərizədə o, göstərmişdir ki, Cavabdeh ona 3000 manat pul verəcək, həmin pul ödənildikdən sonra Nazimin ona borcu qalmayacaq. İddiaçı tərəfindən 31 dekabr 2023-cü il tarixdə yazılmış qəbzdə o, göstərmişdir ki, Cavabdeh 3000 manat pulu aldı, 6500 manat pulu ona bağışladı, hazırda onun Nazimə 10.500 manat borcu qalır, bu borca görə Nazimə 1 ədəd pensiya kartını verəcək. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlana bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir, /14.2-ci maddə/ məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmin normaların müddəaları baxımından dərhal qeyd edir ki, iddia tərəfi sübutetmə vəzifələrinə dair MPM-lə nəzərdə tutulan həmin vəzifələrini icra etmir, iddia tələbinin əsası kimi istinad etdiyi halları konkret olaraq sübut etmir, bu barədə təkzibolunmaz sübutlar təqdim etmir, iddia ərizəsində onun göstərdikləri ilə cavabdehin və polis orqanının məhkəməyə təqdim etdiyi, onun özü tərəfindən imzalanmış əlyazılarında olan fərqləri, ziddiyyətləri izah edə bilmir, həmin ziddiyyətləri öz mülahizələri ilə, biri-digərini təkzib edən izahatları ilə əsaslandırmağa çalışır. Məhkəmə tərəfindən aparılan araşdırmalardan belə məlum oldu ki, İddiaçı konkret olaraq hansı məbləğdə pul tələb etməsini əsaslandıra, dəqiqləşdirə də bilmir. Belə ki, onun Yevlax Rayon Polis Şöbəsində verdiyi izahatında o, Cavabdeh 10.000 manat pul götürməsini, Cavabdeh onun kartlarından 9600 manat artıq pul çıxarmasını bildirir, Bərdə Rayon Polis Şöbəsində verdiyi izahatında həmin pulun 3000 manatını almasını, Nazimin ona 6600 manat borcunun olmasını bildirir. Məhkəmədə isə iddia qaldıran İddiaçı hazırda 11.500 manat pul tələbi edir. Bundan başqa Yevlax Rayon Polis Şöbəsində aparılmış araşdırma materiallarında olan İddiaçı 07 oktyabr 2023-cü il tarixli izahatında isə o, Cavabdeh ümumilikdə 8000 manat pul aldığını bildirir, əvvəl verdiyi izahatından fərqli olaraq bu dəfə isə Cavabdeh onun kartlarından 15.000 manat /əvvəlki izahatında 9600 manat göstərir/ çıxarmasını göstərir, Nazimin ona 9000 manat borcu /əvvəl 6600 manat borc qalmasını bilidirir/ qalmasını qeyd edir. İddiaçı tərəfindən imzalanmış, 15 dekabr 2023-cü il tarixdə Bərdə Rayon Polis Şöbəsinə yazılmış ərizədə isə o, göstərir Cavabdeh ona 3000 manat pul verəcək, həmin pul ödənildikdən sonra Nazimin ona borcu qalmayacaq. Bundan sonra isə İddiaçı tərəfindən sonuncu dəfə imzalanmış 31 dekabr 2023-cü il tarixli əlyazısında o, göstərir ki, Cavabdeh 3000 manat pulu aldı, 6500 manat pulu ona bağışladı, hazırda onun Cavabdeh 10.500 manat borcu qalır, bu borca görə Nazimə 1 ədəd pensiya kartını verəcək. Həmin əlyazısından belə görünür ki, İddiaçı Cavabdeh 10.500 manat borcu var, buna görə Nazimə 1 ədəd pensiya kartını verəcək. İddiaçı həmin əlyazısını anlamadığını, orada olanların səhv yazılmasını bildirir, lakin həmin iltizam İddiaçı Alagöz adlı bacısı tərəfindən də imzalanıb. İddiaçı tərəfindən 22 iyul 2023-cü il tarixdə imzalanmış sadə yazılı qəbzdən belə anlaşılır ki, o,Cavabdeh 10.600 manat borc almış, ayda 780 manatdan ödəniş olunmaqla 2023-cü ilin 7-8-9- 10-11-12-ci aylarında, 2024-cü ilin 1-2-3-4-5-6-7 və 8-ci aylarında ödənişlər olunacaq, 2024-cü ilin sentyabr ayı ərzində İddiaçı borcunu qurtaracaq. Göründüyü kimi İddiaçı pul məbləğləri ilə bağlı ziddiyyətli izahatlar verir, özü tərəfindən yazılmış həmin qəbzləri, ərizələri mübahisələndirmir, həmin əlyazmalarına imza etməsini isə inkar etmir. İddiaçı əlyazmaları imzalamasını gah orada olan yazılardan məlumatsız olması, gah gözlərinin görməməsi, gah da aldadılması ilə əlaqələndirir, məhkəmənin həmin məsələlərə izah və aydınlıq gətirməsi ilə bağlı dəfələrlə vermiş olduğu suallarına isə qeyri-müəyyən, anlaşılmaz izahlar verir, həmin sualları ağlabatmayan mülahizələri ilə əsaslandırmağa çalışır ki, məhkəmə onun bu izahları əsasında pul tələbinin əsaslılığı ilə bağlı yekun qənaətə və nəticəyə gələ bilmir. İddia tərəfi məhkəmə iclasının təxir edilərək şahidlər də dəvət edəcəyini də bildirmiş, məhkəmə iclası təxir edilsə də iddia tərəfi məhkəməyə hər hansı əlavə sübut təqdim etməmiş, şahid dəvət etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən disk yazıları da dinlənildi, orada olan İddiaçı və Cavabdeh aralarındakı səs yazıları ilə tərəflər aralarında pul münasibətlərinin olması anlaşılır, lakin pul məbləğlərinin nə qədər olması, kimin hansı məbləği kimdən alması, kimin kimə hansı məbləği verməli olması müəyyən edilə bilmir. Cavabdeh isə məhkəmə iclasında borcunun olmadığını israr edir, əksinə İddiaçı ona borclu qalmasını bildirir. Göstərilənlərə əsasən məhkəmə iddia tələbini təmin etmir, hesab edir ki, İddiaçı tərəfindən iddia tələbləri əsaslandırılmır, sübut olunmur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uüğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddesinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasinda müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «X15» Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə məcburi köçkünlər dövlət rüsumunu ödəməkdən azaddırlar. Məhkəmə qeyd edir ki, iddiaçı məcburi köçkün olduğu üçün ərizə verərkən dövlət rüsumu ödəməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respubldikası Mülki Prosessual Məcəlləsinin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbləri təmin edilməsin. İddiaçı - Cavabdeh qarşı 11.500 /on bir min beş yüz/ manat pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-2285/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2285/2024
05.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver