Məhkəmə qərarları › İş №2(013)-2286/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2286/2024

20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2286/2024 20.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 4710,66 AZN əsas, 892,29 AZN faiz, 24,22 AZN cərimə borcu olmaqla, cəmi 5627,17 AZN pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 76,28 AZN məbləğin tutularaq ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri "xxxx" KB ASC tərəfindən onunla əsaslandırılmışdır ki, ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan X2 əsasən ona istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 28,75 % dərəcəsi ilə 5200 AZN məbləğində kredit xətti açılmış, X1 5.7.15-ci bəndinə əsasən bu müqavilə üzrə kreditn limitini heç bir sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış X2 görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüş, lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə ASC-yə 4710,66 AZN əsas, 892,29 AZN faiz, 24,22 AZN cərimə borcu olmaqla, cəmi 5627,17 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" KB ASC məhkəməyə nümayəndə göndərməmiş, nümayəndə Aytən Əzimova ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirak olmadan baxılmasını və tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə məhkəmə bildirişi və SMS qaydada məlumatlandırılmış Cavabdeh məhkəməyə gəlməmişdir. Onunla telefon əlaqəsi yaradılmış, məhkəmə icraatından məlumatlı olduğunu bildirmiş, borcunun olduğunu və yolun uzaq olması səbəbindən məhkəməyə gəlməyəcəyini bildirmişdir. Məhkəmə işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir, tələbin rədd edilməsi və ya qismən təmin edilməsi üçün əsas yoxdur. İş materiallarında olan Cavabdeh ilə ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1352nkMNGb/23 saylı Kredit Müqaviləsindən görünür ki, cavabdehə 5200 manat məbləğində kredit xətti açılmışdır. İddiaçı "xxxx" KB ASC-nin xx.xx.2024-cü il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh ASC-yə 4710,66 AZN əsas, 892,29 AZN faiz, 24,22 AZN cərimə borcu olmaqla, cəmi 5627,17 manat kredit borcu yaranmışdır. AZE ******** saylı Şəxsiyyət Vəsiqəsindən və iş materiallarından görünür ki, Cavabdeh 1968-ci il təvəllüdlüdür, Ağdam Rayon Muradbəyli kəndinin qeydiyyatındadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4710,66 AZN əsas, 892,29 AZN faiz, 24,22 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 5627,17 manat məbləgində pul tutularaq iddiaçı «Unibank KB ASC-nin xeyrinə ödənilməli, həmçinin MPM-nin 119.1ci maddəsinə əsasən iddiaçının dövlət rüsumu kimi ödədiyi 76,28 manat da cavabdehdən onun xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh - 4710,66 AZN əsas, 892,29 AZN faiz, 24,22 AZN cərimə borcu olmaqla, cəmi 5627,17 (beş min altı yüz iyirmi yeddi manat on yeddi qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 76,28 (yetmiş altı manat iyirmi səkkiz qəpik) manat tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar