Məhkəmə qərarları › İş №2(013)-233/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-233/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-233/2025 20.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, X1, Cavabdeh4 və X2 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, X1, Cavabdeh4 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müqavilədən irəli gələn ödənilməmiş 19378.17 manat əsas kredit borcun, 1675.52 manat faiz borcun, 989.76 manat cərimə borcun, 0 mamnat komisyon haqqı borcu olmaqla, cəmi 22043.45 manat pulun və ödənilmiş 156.14 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı "xxxx" ASC-dən xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron ərizə daxil olmuş və həmin ərizədə qeyd ounan iddia ərizəsi üzrə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və mülki işə onların iştirak olmadan baxılmasını və müvafiq qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, X3, Cavabdeh4 və X4 məhkəmə iclasına gəlməmişdilər. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinə Gəncə Kommersiya Məhkəməsində baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. Belə ki, məhkəmənin baxış iclasında müəyyən olundu ki, Cavabdeh1 (VÖEN **********) fərdi sahibkardılar və vergi ödəyicisi kimi uçota alınmışdılar. İş materiallarında olan 2696micBRD/22-EM saylı Kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh1 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 2696micBRD/22-EM saylı Əlavə Kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh1 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. Göründüyü kimi tərəflərin fərdi sahibkar olmasına, həmçinin hazırki pul mübahisəsinin tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan fəaliyyətinə görə yaranmasına baxmayaraq, iddiaçı tərəfindən iddia ərizəsi məhkəmə aidiyyəti pozulmaqla verilmişdir. Yəni iddiaçı tərəfindən həmin iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmək əvəzinə Ağdam Rayon Məhkəməsinə müraciət edilmişdir. Bundan əlavə məhkəmə iclasında iştirak edən iddiaçı mülki işin aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-nin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası MPM-nin 31.1 maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-nin 45.4. maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir.Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya istansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar sözügedən iddia ərizəsinin aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 31.1-ci, 32.3cü, 44.2.2-ci, 45.4-cü və 263-264, 267-268-ci maddələrinə əsaslanaraq q ə r a r a a l d ı: İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, X1, Cavabdeh4 və X2 qarşı cavabdehlərdən müqavilədən irəli gələn ödənilməmiş 19378.17 manat əsas kredit borcun, 1675.52 manat faiz borcun, 989.76 manat cərimə borcun, 0 mamnat komisyon haqqı borcu olmaqla, cəmi 22043.45 manat pulun və ödənilmiş 156.14 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəflərə təqdim edildikdən və ya tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar