Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2339/2023 18.10.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 18 oktyabr 2023-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 40000 (qırx min) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, 2018-ci ildə Ağcabədi şəhərində özünə məxsus mənzili 27000 ABŞ dollarına satmış və ailəsi ilə birlikdə qardaşı Səyavuşun evində yaşamışdır. Cavabdeh atası ilə onun atası əmi oğlu olmuşlar. Bu səbəbdən Cəlillə arasında normal münasibət olmuşdur. Cəlil 2018-ci ildə onun yaşadığı qardaşı Səyavuşun evinə gələrək soğan məhsulu əkmək üçün pulunun olmadığını bildirərək ondan borc istəmişdir. Həmin vaxt onun yanında mərhum anası Minarə Səfərova, arvadı Gülnarə, uşaqları, qonşusu Əziz, onun və Cəlilin qohumu Eldəniz olmuşdur. Cəlilə evdə olan 27000 ABŞ dollarını vermiş və sonuncu məhsul əkib qazanc edərək onun pulunu qaytaracağını demişdir. 27000 ABŞ dollarını 46000 manat hesablamışlar. Cəlil bir il ərzində ona 6000 manat qaytarmış, qalan məbləği isə qaytaracağına söz vermişdir. Onun pulunu qaytarmadığından Cəlilin barəsində 2021-ci ildə Ağcabədi Rayon Polis Şöbəsinə şikayət etmişdir. Orada izahat verərkən Cəlil ondan pul aldığını inkar etmişdir. Polis şöbəsinə Cəlillə olan mobil telefonla danışıq səslərini təqdim etmişdir. Cəlil səsin ona məxsus olmadığını bildirdikdə araşdırma aparan müstətiq səsin kimə məxsus olmasını müəyyən etmək üçün ekspertiza təyin etmişdir. Ekspert onunla mobil telefonda danışan şəxsin Cavabdeh olduğunu müəyyən etmişdir. Polis şöbəsində cinayət işi başlanması rədd edilmişdir. Cəlillə olan telefon danışıqlarının səs yazısını diskə köçürərək məhkəməyə təqdim etmişdir. Cəlil onunla telefonda danışarkən 40000 manat borcunun olmasına etirazını bildirməmişdir. Cəlilə borc verərkən sonuncudan qəbz və ya başqa sənəd almamışdır. Tələb etməsinə baxmayaraq cavabdehdən pulunu ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, İddiaçıla qohum olmaqla əvvəllər aralarında normal münasibət olmuşdur. Təxminən 8 il bundan əvəl Bayramdan faizlə 10000 manat borc almış və bir müddət sonra qaytarmışdır. Bayramla mobil telefonda danışarkən borcunun olmasına etirazını bildirməmişdir. Bayramın təqdim etdiyi mobil telefon yazısında danışan onunla Bayram olmuşdur. Ağcabədi Rayon X2 qarşı yalançı şahidlər yığdığından orada izahat verərkən danışan şəxsin səsinin ona məxsus olmadığını bildirmişdir. Bayram 8 il üçün faiz hesablayaraq 10000 manat pulu 40000 manata şişirmişdir. Bu səbədən Bayramla telefonda danışarkən borcunun olmasına etiraz etməmişdir. İddiaçı olan 10000 manat borcunu qaytardığını qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçının təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən X5 bildirmişdir ki, 2018-ci ildə ailəvi dostluq etdiyi və onun qonşuluğunda olan Bayramın yaşadığı evə getmişdir. Həmin ev Bayramın qardaşı Səyavuşa məxsus olmuşdur. Bayramın yaşadığı evdə sonuncunun mərhum anası Minarə, arvadı, uşaqları və dostu Eldəniz olmuşdur. Bir qədər sonra Cəlil də evə gəlmişdir. Bu vaxta qədər Cəlili tanımamışdır. Cəlil soğan əkmək üçün pulunun olmadığını Bayrama demişdir. O həmin vaxt həyətə düşmüş və bir qədər sonra Cəlil getmişdir. Cəlil getdikdən sonra Bayram özünə məxsus evin satışından əldə etdiyi 27000 ABŞ dollarını Cəlilə verdiyini ona demişdir. İddiaçının təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən X3 bildirmişdir ki, Cəlil və İddiaçıla onun anasının əmisi nəvələri olmaqla heç biri ilə arasında ədavət və düşmənçilik olmamışdır. 2018-ci ildə Bayramın yaşadığı evə getmişdir. Bayram yaşadığı evdə sonuncunun mərhum anası Minarə, arvadı, uşaqları və qonşusu Əziz olmuşdur. Bir qədər sonra Cəlil onların yanına gələrək soğan əkmək üçün pulunun olmadığını Bayrama demişdir. Bayram onun yanında Cəlilə 27000 ABŞ dolları vermişdir. İddiaçının təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən X1 bildirmişdir ki, 2018-ci ildə əri Bayram 27000 ABŞ dollarına mənzil satmışdır. 2018-ci ildə yaşadığı evdə olarkən ərinin əmisi oğlu sayılan Hayqan Səfərov onların evinə gələrək Cəlildən borc istəmiş və Cəlil Hayqana 27000 ABŞ dolları vermişdir. Cəlil pulu Hayqana verərkən onların yaşadığı evdə uşaqları, mərhum anası Minarə, qonşusu Əziz və ərinin dostluq etdiyi Eldəniz olmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı cavabdehə 46000 manat hesab edilən 27000 ABŞ dolları verməklə üzərinə düşən öhdəlikləri icra etmiş, qarşı tərəf isə həmin məbləğin 40000 manat hissəsini qaytarmayaraq öhdəliklərini icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İstər iddiaçı, istərsə də cavabdeh tərəf İddiaçı müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. İş üzrə dindirilmiş şahidlər iddiaçının cavabdehə nə vaxt, harada və hansı şəraitdə borc verdiyini təsdiq etmişlər. Həmin şahidlərin ifadəsi ilə iddiaçının izahatı arasında hər hansı bir ziddiyyət olmamışdır. Məhz göstərilən səbəblərdən məhkəmə şahidlərin həqiqəti danışdığı, cavabdehin iddiaçıya 40000 manat borclu olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. İddiaçı tərəf öz tələbini sübut etmək üçün məhkəməyə telefon danışıqlarına dair disk təqdim etmiş və həmin disk iş materiallarının 15-ci vərəqinə əlavə edilərək məhkəmədə dinlənilmişdir. Həmin diskdən məlum olmuşdur ki, iddiaçı dəfələrlə cavabdehdən pulunu tələb etmiş, sonuncu isə iddiaçıya 40000 borclu olduğuna etiraz etməmişdir. Cavabdeh məhkəmədə izahat verərkən İddiaçı təqdim etdiyi diskdə mobil telefonla iddiaçıya özünün danışdığını etiraf etmişdir. Bundan başqa məhkəmədə məlum olmuşdur ki, İddiaçı Cavabdeh 40000 manat məbləğində pulunu almaq üçün xx.xx.2021-ci ildə Ağcabədi Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və həmin şöbənin istintaq bölmənsinin müstəntiqi X6 xx.xx.2023-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Həmin vaxt müstəntiqə izahat verən Cavabdeh məhkəmədə verdiyi izahatından fərqli olaraq İddiaçı hər hansı bir məbləğdə pul almadığını göstərmişdir. Bundan əlavə Cavabdeh məhkəmədə verdiyi izahatından fərqli olaraq İddiaçı təqdim etdiyi diskdə mobil telefonla onun danışmadığını bildirmişdir. Zərurət yarandığından müstətiq məhkəmə-fonoskopik ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədiyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/516-4/519 saylı rəyində göstərilmişdir ki, bir ədəd CD diskində olan mübahisəli fonoqramdakı danışıqları tədqiqi hissəsində verilən yazılı mətnlərində «K1» kimi işarə edilmiş diktorun səsi və nitqi İddiaçı, «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh məxsusdur. Göründüyü kimi İddiaçı müstəntiqə və məhkəməyə işə dair eyni məzmunlu izahat vermiş, Cavabdeh isə müxtəlif və fərqli məzmunlu izahatlar vermişdir. Bu səbəbdən də məhkəmə iddiaçının göstərdiyi xüsusatları həqiqətə uyğun olduğu qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödəməkdən azad edildiyi 210 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 40000 (qırx min) manat alınaraq İddiaçı verilsin. Cavabdeh 210 (iki yüz on) manat dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2339/2023
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2339/2023
18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver