Məhkəmə qərarları › İş №2(013)-2344/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2344/2024

28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2344/2024 28.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 28 noyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh ona olan borcunun hesablanması və borcuna dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh 2016-cı ildə hissə-hissə sələmlə 11300 manat borc pul götürmüşdür. Həmin vaxt özünə məxsus pensiya və çörək pulu kartlarını Nazimə vermişdir. Nazim həmin kartlardan 2022-ci ildə onun kartlarını qaytarmalı olmuş, lakin qaytarmamışdır. Nazim onun kartlarından xeyli məbləğdə pul çıxarmış, həmin məbləğ ona məlum olmamışdır. Nazimə verdiyi kartları 2024-cü ilin yanvar ayında koda qoymuş və həmin vaxtdan kartdan pulu özü çıxarmışdır. Nazimin məhkəməyə təqdim etdiyi qəbzin surətindəki imza ona məxsus olmuşdur. Ona məxsus kartdan pulları Nazim və sonuncunun yeznəsi çıxarmışlar. Cavabdehin onun pulunu qaytarmadığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, İddiaçı 2023-cü ildə ondan 11300 manat borc almış və hazırki vaxta qədər qaytarmamışdır. Eldəniz ona çörək pulu kartı vermişdir. Nazimin kartlarından hər hansı bir məbləğ olmamış və həmin səbəbdən kartdan pul çıxarmamışdır. Eldəniz ona olan borcunu qaytarmaqdan yayınmaq üçün hazırki tələbi irəli sürmüşdür. Eldəniz xx.xx.2023-cü ildə qəbz yazaraq ona 11300 manat borclu olduğunu etiraf etdiyini qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Cavabdehin əsassız varlanması, iddiaçıya zərər vurması, pul ödəməsi barədə üzərinə hər hansı bir öhdəlik götürməsi məhkəmə baxışında müəyyən olunmamışdır. Cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri mövcud olmamışdır. Məhz həmin səbəbdən məhkəmə belə hesab edir ki, iddia təmin oluna bilməz. İddiaçı iddiasını əsaslandırmaq üçün məhkəməyə ödəniş kartı üzrə çıxarışlar əlavə etmiş, lakin həmin çıxarışlar cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranmasını təsdiq etmək və iddiaçının tələbini təmin etmək üçün əsas ola bilməz. İddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübut edə bilməmiş, qanunvericilik isə həmin vəzifəni tərəfin üzərinə qoymuşdur. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli qəbzin kserosurətindən görünür ki, İddiaçı Cavabdeh 11300 manat borclu olduğunu etiraf etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı sözügedən qəbzi özünün imzaladığını etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh ona olan borcunun hesablanması və borcuna dair qətnamə çıxarılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar