Məhkəmə qərarları › İş №2(013)-2358/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2358/2024

10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2358/2024 10.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi /vəkil/ Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14.000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tanıyır, onlarla həmkənlidir. Cavabdehlərdən Cavabdeh2 sinif yoldaşı olmuşdur. Hər ikisi ilə də aralarında yaxşı münasibətləri olmuşdur. Cavabdeh H.X3 soğan əkib becərməklə məşğuldur. Cavabdeh2 ona təklif etmişdir ki, 10.000 manat pul versin, soğan əksin, satdıqdan sonra ona 14.000 manat pul verəcəkdir. Onunla razılaşaraq pul vermiş, bir neçə dəfə aralarında bu qaydada iş görülmüşdür. Sonuncu dəfə yenə cavabdeh ondan 10.000 manat istəmiş, həmin vaxt pulu olmadığı üçün Ağcabədi Rayonunda yaşayan dostu Əflatun adlı şəxslə danışmış, o, pul verməyə razılaşdığı üçün Hüseyni onun yanına göndərmişdir. Əflatun Hüseynə 10.000 manat pul vermiş, həmin vaxt Hüseyn Əflatuna 14.000 manat qazancla birlikdə verəcəyini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 soğanı satsa da pulu qaytarmamışdır. Ondan pulu tələb etdikdə müxtəlif bəhanələr gətirməyə başlamışdır. Məcbur qalıb dostu Əflatuna pul ehtiyac olduğu üçün cavabdehlərə bildirmişdir ki, Əflatuna olan borcu, yəni 14.000 manat pulu ödəsin, sonra pulunu verərlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onunla razılaşmış, 14.000 manatı xx.xx.2023-cü il tarixdə X5 Lalayevə sayıb vermişdir ki, pulu Əflatuna şəxsən çatdırsın. Cavabdeh1 həmin günü 14.000 manat pulu aparıb Əflatuna vermiş, pulun həm Çingizə və həm də Əflatuna verilməsi telefon vasitəsi ilə çəkilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14.000 manat pulu bu günə kimi ona qaytarmamışlar. Onlar telefon zənglərinə də cavab vermirlər. Cavabdeh2 ona özü bildirmişdir ki, məhkəməyə müraciət edə bilərsən. Bu faktı şahid qismində rayonun Baharlı Qəsəbəsində yaşayan X4 da təsdiq edə bilər. Cavabdehlər tərəfindən aldadıldığını görüb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, cavabdehlərdən 14.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmalıdır. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi /vəkil/ Vəkil iddia tələblərini müdafiə etdi. Göstərdi ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aralarında ticarət münasibətləri olub, bir neçə dəfə Namiq onlara pul verib, sonradan hər hansı problem olmayıb. Namiqlə Hüseyn həmçinin sinif yoldaşları olmuşlar. Cavabdehlər rayonun Ergi Qəsəbəsində yaşayırlar, əkin-biçinlə məşğuldurlar. Cavabdehlərdən Cavabdeh2 Namiqdən 10.000 manat pul istəmiş, soğan əkib sonra Namiqə 14.000 manat pul verəcəyini bildirmişdir. Həmin vaxt Namiqin pulu olmadığı üçün Ağcabədi Rayonunda yaşayan dostu Əflatundan pul istəmiş, Əflatun razılaşdığı üçün Hüseyni onun yanına göndərmiş, Əflatun isə Hüseynə 10.000 manat pul vermişdir. Lakin Cavabdeh2 soğanı satıb pulu qaytarmamış, məcbur olub Əflatunun pulunu Çingiz vasitəsi ilə özü ödəmişdir. Çingiz 14.000 manat pulu aparıb Əflatuna vermişdir. Cavabdehlər buna razılaşmışlar, lakin pulu sonradan Namiqə verməmişlər, yalan danışmışlar, telefon zənglərinə cavab verməmişlər. Cavabdehlər pulu qaytarmırlar, gedib məhkəməyə verməsini Namiqə bildirirlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etməmiş, nümayəndə vasitəsi ilə təmsil olunmuşdur. Məhkəmə iclasında cavabdehlərdən Cavabdeh1 iddia tələblərini özünə münasibətdə qəbul etmədi. Göstərdi ki, çobaqsılıq edir, Namiqlə onun qardaşı Hüseyn aralarında alış-veriş olub. Hüseyn pulları Namiqdən sələm qaydasında götürüb. Hüseyn mal-qarasını satıb Namiqin sələmlərini ödəmişdir. Hüseynin Namiqə 10.000 manat borc verməsini sonradan bilib. Hüseynin Əflatundan pulu nə vaxt götürməsini bilməyib. Sonradan aralarında narazılıq yaranmış, dəfələrlə oturub söhbət etmişlər. Sonda isə 14.0000 manatı Namiq ona vermiş, həmin pulu özü aparıb Əflatuna vermişdir. Ona görə də hesab edir ki, bu işdə onun cavabdehliyi yoxdur. Məhkəmə iclasında digər Cavabdeh2 iddia tələbini qəbul etdi. Göstərdi ki, Namiqdən bir neçə dəfə pul alıb və təsərrüfat işləri ilə məşğul olub sonra əsas məbləğlə yanaşı qazancdan Namiqə də pul verib. Pulu təsərrüfat işlərinə Namiq qoyub, özü isə təsərrüfatdan gələn gəlirdən Namiqə də pul verib. Namiqlə qonşu olmuşlar, münasibətləri həmişə və indi də yaxşıdır, işin məhkəməyə gəlməsini arzulamamışlar. Belə ki, 3 dəfə Namiqdən 10.000 manatdan pul alıb, hər 10000 manata 14000 manat pul qaytarıb. 4 dəfə Namiqdən 5000 manatdan pul alıb, əvəzinə hər 5000 manata 7000 manat pul qaytarıb. Bundan başqa 1 dəfə də Namiqdən 5000 manat almış və 8200 manat pul qaytarmışdır. Sonuncu dəfə Namiqdən 2021-ci ilin fevral ayında yenə də təsərrüfat işləri üçün 10.000 manat borc istəmiş, Namiq özünün pulu olmadığını bildirib, Ağcabədi rayonunda yaşayan kirvəsi Əflatundan pulu alıb verəcəyini bildirmişdir. Namiqin deməsi ilə 2 dəfəyə, hər dəfə 5000 manatdan olmaqla Ağcabədi rayonunda Əflatundan 5000 manatdan pulu özü gedib götürmüşdür. Həmin pulla təsərrüfatı işə salmış, lakin təsərrüfat ziyana uğramışdır, buna görə də Əflatunun pulunu qaytara bilməmişdir. Bununla da aralarında narazılıq yaranmışdır. Belə razılaşmışlar ki, Əflatunun pulunu Namiq ödəsin, sonradan Namiqin pulunu verərlər. Bundan sonra Namiq onlara 14.000 manat pul vermiş, qardaşı Çingiz həmin pulu aparıb Əflatuna çatdırmış, Namiqə özü borclu qalmışdır. Pulu Namiqdən özü istəmiş, qardaşı Çingiz istəməmiş və Çingiz Namiqdən pul almamışdır. Namiqə borcunun olmasını etiraf edir, imkan olan kimi 1-ci növbədə Namiqin pulunu ödəyəcək. Şahid qismində izahat verən X4 göstərdi ki, İddiaçı doğma qardaşıdır, cavabdehlər yaxın münasibətləri olub. Hüseyn Namiqdən borc istəmiş, Namiqin pulu olmamış, Hüseynə Namiqin dostu Əflatun pul vermişdir, Hüseyn özü gedib Əflatundan pulu götürmüşdür. Hüseyn sonradan pulu qaytarmamış, aralarında narazılıq yaranmışdır. Dəfələrlə Hüseyngilə getmişlər, narazılığı yoluna qoymuq istəmişlər. Əflatunun 14.000 manatını özləri Hüseynin qardaşı Çingiz ilə göndərmişlər, Çingiz aparıb pulu Əflatuna vermişdir. Lakin sonradan Hüseyn Namiqin pulunu indiyədək qaytarmayıb. Məhkəmə tərəfləri və şahidi dinlədikdən sonra, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən, cavabdehlərdən Cavabdeh2 qarşı təmin edilməlidir. Ərizəyə əlavə edilmiş Ağdam Rayon Polis Şöbəsi tərəfindən 23 oktyabr 2010-cu il tarixdə verilmiş AZE 0******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1975-ci il təvəllüdlüdür, Ağdam Rayonunun Qullar kəndinin qeydiyyatındadır. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən 02 aprel 2014-cü il tarixdə verilmiş AA 309505 seriyalı X2 surətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Ağdam RİH Başçısının Sarıcalı Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 125 saylı, 09 avqust 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı rayonun Qullar kəndində daimi qeydiyyatda olmaqla, hazırda 1-ci Baharlı Qəsəbəsi ev 240-da yaşayır. İddiaçı həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə telefon danışıqlarını özündə əks etdirən disk yazısını da məhkəməyə təqdim etmiş, həmin səs yazılarında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı borclarının olmasını etiraf etmiş, yaxud yaxın günlərdə qaytaracağını bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlana bilər. Həmçinin həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da ona zidd olmayan müqavilələr və başqa əqdlər, /14.2.8/ fiziki və hüquqi şəxslərin digər hərəkətləri mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği 3000 manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə,borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Tərəflər aralarında borcla bağlı müqavilə olmasa da işin halları ilə, tərəflərin bildirdikləri ilə onların arasında borc münasibətlərinin olması təsdiq edilir, cavabdehlərdən Cavabdeh2 İddiaçı borclu olmasını etiraf edir, 14.000 manat pulu qaytaracağına vəd verir və Mülki Məcəllənin 740.2-ci maddəsinə görə mübahisəli borc məbləği 3000 manatdan artıq olduğundan hazırkı tərəflərin mübahisəsi də borc mənasında araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İşin müəyyən edilən hallarından görünür ki, Cavabdeh2 hazırkı İddiaçı borc pul istəmiş, İddiaçı pulu olmadığı üçün dostu Əflatundan həmin pulu istəmiş, Namiqin tapşırığı ilə Əflatun Cavabdeh2 10.000 manat pul vermiş, lakin sonradan Cavabdeh2 pulu qaytarmadığı üçün aralarında olan razılaşma ilə Əflatunun pulunu İddiaçı qaytarmış, Cavabdeh2 İddiaçı borclu qaldığını bildirmiş, həmin məbləği İddiaçı qaytarmağı öhdəsinə götürmüş, lakin hazırkı vaxtadək pulu qaytarmamışdır. Cavabdehlərdən Cavabdeh2 borcunu etiraf edir, pulu özü borc kimi aldığını bildirir, digər Cavabdeh1 isə özünün bu işdə təqsirsiz olmasını bildirir. Göründüyü kimi cavabdehlərdən Cavabdeh1 pul məbləğini İddiaçı istəməmiş, ondan pul almamış, pulu digər Cavabdeh2 istəmiş və almış, hazırda da imkanı olan kimi aldığı məbləği qaytaracağını bildirir. Ona görə də məhkəmə iddia tələbini Cavabdeh1 münasibətdə təmin etmir. İddiaçının məhkəməyə təqdim etdiyi səs yazısındakı cavabdehin etirafı ilə, həmçinin digər cavabdeh kimi qoyulmuş Cavabdeh1 izahatı ilə təsdiq olunur ki, həmin pul məbləği Cavabdeh2 tərəfindən İddiaçı qaytarılmalıdır. Həmçinin İddiaçı məcburi köçkün olduğundan dövlət rüsumu ödəməkdən azad olduğu üçün dövlət rüsumu kimi ödənilməli olan 132 manat Cavabdeh2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin müddəaları baxımından alınıb dövlət nəfinə verilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları subut etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi qismən, cavabdehlərdən Cavabdeh2 münasibətdə təmin edilsin. Cavabdeh2 - 14.000 /on dörd min/ manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh2 dövlət rüsumu kimi ödənilməli olan 132 /bir yüz otuz iki/ manat pul alınıb dövlət nəfinə verilsin. İddia tələbi digər Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar