Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2404/2025 09.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh X5 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı pul tələbi barədə mülki işə 09 oktyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdeh A.Ə.Quliyevdən «X14» markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşına vurduğu ziyana görə 10555 manat və ziyanın hesablanması üçün ödənilmiş 211 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər Beyləqan rayonu ərazisində yaşayırlar. İddiaçı veteran olmaqla həmişə işə maşını ilə gedib-gəlir. «X14» markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşın qeydiyyat vəsiqəsi ilə iddiaçının mülkiyyətindədir. İddiaçı özünə məxsus «X14» markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkət edən zaman X8 idarə etdiyi avtomaşınla 10 mart 2025-ci ildə dəyərək maşınını aşırmış və kanala düşməkdən son anda qaz borusu qurtarmışdır. Hadisə törəndikdən sonra yerə düşdükdə məlum olmuşdur ki, iddiaçının avtomobilinə külli miqdarda maddi ziyan vurulmuşdur. Bundan sonra polis şöbəsində X8 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.l-ci maddəsi ilə cinayət işi başlanılması rədd edilmiş və İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi inzibati qaydada 40 manat cərimə tətbiq edilmişdir. Beyləqan Rayon Polis Şöbəsinin 327.1-ci maddəsi ilə olan qərarından da görünür ki, X8 «X14» markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşını əzməklə iddiaçıya xeyli miqdarda ziyan vurması bir daha sübuta yetmişdir. İddiaçı bir neçə dəfə X3 avtomaşına vurduğu ziyanın ödənilməsini tələb etsə də, sonuncu ödəməkdən imtina etmişdir. Cavabdeh iddiaçının avtomaşını təmir etdirməkdən imtina etmişdir. İddiaçı özünə məxsus «X14» markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşınını təmir etdirmək üçün Beyləqan şəhərində yerləşən «Sərxan» avtomotoservis və ticarət firmasına müraciət etmiş, həmin firma tərəfindən sözügedən avtomobilə baxış keçirilmiş və 13 mart 2025-ci il tarixdə akt tərtib edilərək dəyən ziyanın 10555 manat olması müəyyən edilmişdir. Avtomaşın demək olar ki, əzilərək yararsız hala düşmüşdür. Nəqliyyat vasitəsində əzilmiş, qırılmış, deformasiyaya uğrayaraq yararsız vəziyyətə düşmüş hissələrin və tələb olunan materialların dəyəri, nəqliyyat vasitəsinin əvvəlki vəziyyətinə salınması üçün təmiri, rənglənməsi və xidmət haqqı cəmi 10555 manat təşkil edir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənləri təsdiqləyərək, tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən A.Ə.Quliyev iddianı etiraf etməyərək İddiaçı avtomobilinə dəymiş ziyanın artıq hesablandığını bildirib iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş Beyləqan Rayon Polis X4 baş təhqiqatçısı X7 HK-1/355 saylı material üzrə qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, xx.xx.2025-ci ildə saat 08:50 radələrində Yuxarı Qarabağ kanalı- Daşburun avtomobil yolunun 25-ci km-də X8 idarə etdiyi «Mersedes Benz» markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobillə Daşburun istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələbini pozduğundan Qəhrəmanlı qəsəbəsinə dönmək üçün yolun öz hərəkət hissəsində dayanaraq qarşıdan gələn avtomobilin keçməsini gözləyən X2 idarə etdiyi «Hundaı Elantra» markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə zərbədən sonununcu avtomobil yolun əks hərəkət zolağına çıxaraq Yuxarı Qarabağ kanalı istiqamətində hərəkətdə olan sürücü İddiaçı idarə etdiyi «Hundaı Santafe» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toplanmış araşdırma materialından və məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının rəyindən göründüyü kimi «Mersedes Benz» markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının qanunun 50-ci maddəsinin 3-cü hissəsinin tələbini polzduğundan onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin (ara məsafəsi qaydasını pozma) tərkib əlamətlərinin olması müəyyən edilmişdir. X1 və İddiaçı əməllərində cinayət və inzibati xəta tərkibi müəyyən edilməmişdir. Beləliklə toplanmış araşdırma materialından göründüyü kimi X5 əməlində cinayət tərkibinin olması müəyyən edilməmişdir. X5 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, X5 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xətaya dair iş üzrə icraata başlanması üçün qəbul edilmiş qərarın surəti Beyləqan Rayon Polis X13 Polisi Bölməsinə göndərilmişdir. Sözügedən araşdırma zamanı İddiaçı təqdim etdiyi yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş ziyanın müəyyən edilməsi üçün «Sərxan» avtomotoservis tərəfindən tərtib edilmiş ziyan aktında «Hyundai Santafe» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10555 (on min beş yüz əlli beş) manat maddi ziyan dəyməsi qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli TP ******* saylı qərardan görünür ki, A.Ə.Quliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib, qırx manat məbləğində cərimə edilmişdir. «Sərxan» avtomotoservis tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, «Hyundai Santafe» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10555 (on min beş yüz əlli beş) manat maddi ziyan dəymişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı «Hyundai Santafe» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyanın hesablanması «Sərxan» avtomotoservisin hesabına 211 manat ödəmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, xx.xx.2025-ci ildə saat 08:50 radələrində Yuxarı Qarabağ kanalı- Daşburun avtomobil yolunun 25-ci km-də X8 idarə etdiyi «Mersedes Benz» markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobillə Daşburun istiqamətində hərəkət olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələbini pozduğundan Qəhrəmanlı qəsəbəsinə dönmək üçün yolun öz hərəkət hissəsində dayanaraq qarşıdan gələn avtomobilin keçməsini gözləyən X2 idarə etdiyi «Hundaı Elantra» markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə zərbədən sonununcu avtomobil yolun əks hərəkət zolağına çıxaraq Yuxarı Qarabağ kanalı istiqamətində hərəkətdə olan sürücü İddiaçı idarə etdiyi «Hundaı Santafe» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. «Mersedes Benz» markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü A.Ə.Quliyev «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının qanunun 50-ci maddəsinin 3-cü hissəsinin tələbini polzduğundan onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmiş və həmin maddə ilə təqsirli bilinib qırx manat məbləğdə cərmə edilmişdir. X1 və İddiaçı əməllərində cinayət və inzibati xəta tərkibi müəyyən edilməmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı idarə etdiyi «Hyundai Santafe» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10555 (on min beş yüz əlli beş) manat maddi ziyan dəyməsi məlum olmuşdur. Belə olan halda A.Ə.Quliyev İddiaçı vurduğu 10555 manat məbləğində maddi ziyanın əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zədə), habelə pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (Nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli eletrik enerjisindən, atom enərjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödəməkdən azad edildiyi 123 manat dövlət rüsumu cavabdehdən tutulmalı, həmçinin iddiaçının dəymiş ziyanın hesablanması üçün ödədiyi 122 manat A.Ə.Quliyevdən alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. X3 «X14» markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşına vurduğu ziyana görə 10555 manat ziyanın və ziyanın hesablanması üçün ödənilmiş 211 manat – cəmi 10766 (on min yeddi yüz altmış altı) manat alınaraq İddiaçı verilsin. X3 123 (yüz iyirmi üç) manat dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2404/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2404/2025
09.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver