Məhkəmə qərarları › İş №2(013)-2435/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2435/2024

06.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2435/2024 06.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbi barədə mülki işə 06 noyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh yol nəqliyyat hadisəsi nəticəsində «BMW» markalı ** ZY *** dövlət qeydiyyat nişanlı minik avtomobildən istifadə hüquqlarının pozulmasına görə dəymiş maddi zərərin əvəzinin 20200 (iyirmi min iki yüz) manat 95 (doxsan beş) qəpik və ödənilmiş dövlət rüsumu əvəzində 150 (yüz əlli) manat 60 (altmış) qəpik alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, «BMW» markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətində olmaqla ona həmin avtomobilin idarə olunması, bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq qeydiyyatdan çıxarmaq hüququ verilmişdir. Nicat ona iddia ərizəsini imzalamaq hüququ verməmişdir. xx.xx.2024-cü ildə Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində «BMW» markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Cavabdeh «Ford Fusion» markalı ** BR *** nömrəli avtomobillə gələrək onunla toqquşmuşdur. Hadisə nəticəsində onun avtomobilinə 20000 manatdan artıq ziyan dəymişdir. Avtomobilin mülkiyyətçisi olan Nicat Rəhimli iş adamı olduğundan iddia qaldırmamışdır. Məhz həmin səbəbdən iddiaçının əvəz olunmasına etiraz etdiyini və cavabdehin ona dəymiş ziyanı ödəmədiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, avtoqəza nəticəsində iddiaçının sürdüyü avtomobilə təxminən 7000 manat ziyan dəymişdir. İddiaçı 7000 manat ödəməyə imkanının olmadığını qeyd etməklə iddiann rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia İddiaçı hazırki tələbi irəli sürmək üçün subyektiv hüququ olmadığından rədd edilməlidir. Belə ki, məhkəmədə məlum olmuşdur ki, «BMW» markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətində olmaqla İddiaçı həmin avtomobilin idarə olunması, bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq qeydiyyatdan çıxarmaq hüququ verilmişdir. Sözügedən etibarnamə İddiaçı bir il müddətə verilməklə xx.xx.2024-cü ilədək qüvvədə olmuşdur. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Dəymiş ziyana görə iddia tələbi təmin olunmadığından Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumu əvəzində 150,60 manat tələbi də təmin edilməməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı yol nəqliyyat hadisəsi nəticəsində «BMW» markalı ** ZY *** dövlət qeydiyyat nişanlı minik avtomobildən istifadə hüquqlarının pozulmasına görə dəymiş maddi zərərin əvəzinin 20200 (iyirmi min iki yüz) manat 95 (doxsan beş) qəpik və ödənilmiş dövlət rüsumu əvəzində 150 (yüz əlli) manat 60 (altmış) qəpik tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar