Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2436/2024 17.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İlkin iddia üzrə Cavabdeh nümayəndəsi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İlkin iddia – İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeydiyyat sənədlərinin ləğv edilməsi tələbi, Qarşılqlı iddia – Cavabdehlər İddiaçı, X25, X21, X11, Ağamirova Hicran Əhəd qızı, X12, X3 və X13 qarşı mənzildən çıxarılma və pul tələbi barədə mülki işə 17 dekabr 2024cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 81,52 kv.metr olan 4 otaqlı 166 saylı mənzil mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Həmin mənzil üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli **********52-05101-093088 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilmişdir. Mülkyyətində olan ünvan 2 ünvanında yerləşən mənzili 2004-cü ildə almış və ailə üzvəri ilə birlikdə həmin mənzildə yaşamış və hal-hazıda da yaşayırlar. Yaxın günlərdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsindən Cavabdeh onu və mənzildə qeydiyyatda olan şəxsləri sözügedən mənzildən çıxarması barədə ona bildiriş gəlmişdir. Məlum olmuşdur ki, X35 ticarət fəaliyyəti ilə əlaqədar X15 adlı şəxsdən pul borc almaq üçün girov qoymaq adı ilə ona məxsus mənzili Cavabdeh qzının adına keçirmişdir. xx.xx.1949-cu il tarixdə anadan olmuş, xəstəliyi ilə əlaqədar hərəkət etməkdə çətinlik çəkir. Ona aid işlərin görülməsi məqsədi ilə X35a 22 iyul 2021-ci il tarixdə baş etibarnamə vermişdir. X35 həmin etibarnamədən istifadə edərək öz məqsədəri üçün onun mükiyyətində olan mənzili Bakı şəhəri 15 saylı Notariat Ofisində alqı-satqı müqaviləsi bağlamaqla Cavabdeh adına keçirmişdir. Mənzilə görə oğlu X2 Gündüz Yaqub oğlundan 65000 (altmış beş min) manat pul almışdır. Halbuki 2021-ci ildə 4 otaqlı mənzilin qiyməti Qaraçuxur qəsəbəsində 120000 (yüz iyirmi min) manatdan yuxarı olmuşdur. Mənzilin faktiki qiyməti həmin dövrdə 120000 manatdan yuxarı olsa da, müqavilədə 65000 manat göstərilmişdir. Onun mənzilini satmaq fikri olmamış, X35 ondan xəbərsiz X4 borc almaq məqsədi ilə girov qoymaq adı ilə Cavabdeh ilə alqısatqı müqaviləsi bağlamışdır. Cavabdeh iddia ərizəsi barədə məlumatı olduqdan və nə baş verdiyini araşdırdıqdan sonra X35a verdiyi AR-İİ № 310266 saylı, xx.xx.2021-ci il tarixli etibarnaməni xx.xx.2024-cü ildə Bakı şəhəri 15 saylı Notariat Ofisində ləğv etdirmişdir. Qeyd edilənlərə əsasən Bakı şəhəri 15 saylı Notariat Ofisində mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 81,52 kv.m olan 4 otaqlı mənzilə dair oğlu X22 ilə Cavabdeh arasında bağlanmış 17 avqust 2021-ci il tarixli, AN-İ N ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və alqı-satqı müqaviləsi ilə əlaqədar olan qeydiyyat sənədlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi Vəkil qanunvericiliklə nəzərdə tutulmuş müddətdə İddiaçı, X22, X21, X11, Ağamirova Hicran Əhəd qızı, X12, X3 və X13 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 15 saylı Notariat Ofisininin xüsusi notariusu X16 tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən İddiaçı (satıcı) sonuncunun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayanu, Qaraçuxur qesəbəsi, Yusub Ayvazov küçəsi, ev 1-də yerləşən ümumi sahəsi 81,52 kv.metr, yaşayş sahəsi 63,32 kv.metr, yardımcı sahəsi 18,2 kv.metr olan 4 otaqlı 166 saylı mənzili almışdır. Alq-satqı müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusub Ayvazov küçəsi, ev 1-də yerləşən 166 saylı mənzilə Cavabdeh qıznın mülkiyyəti tanınmış və buna dair hüquqları Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquq Şəxsi huquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021ci il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarış verilmişdir. Alqı-satqı zamarı Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusub Ayvazov küçəsi, ev 1-ə yerləşən 166 saylı mənzilin əvvəlki mülkiyyətçisi İddiaçı oğilunu sonuncunun X6 ilə birgə nikahdan dünyaya galmiş övladı X22 etibarnamə əsasında təmsil etmişdir. X14 etibarnamə alqısatqıdan 25 gün əvvəl, yəni xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən verilmişdir. Həmin etibarnamə ilə İddiaçı X14 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq İddiaçı bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi etibar etmişdir. Alqı-satqı zamanı etibarnamə qüvvədə olmuşdur. İddiaçı arvadı X3 alqı-satqı müqaviləsinin bağlandığı Bakı şəhəri 15 saylı Notariat Ofisinə şəxsən gələrək Bakı şəhəri, Suraxanı mənzilin satılmasına razılıq vermiş və müqavilədə göstərilən müddətdə evdən qeydiyyatdan çıxacağına razı olması barədə ərizə yazmışdır. Alqı-satqı zamanı mənzildə qeydiyyatda olan və yetkinlik yaşına çatmış hər bir şəxsin evin satılmasına dair razılıq ərizələri alınmışdır. Qeyd edilənlərə əsasən ilkin iddianın təmin olunmaması, İddiaçı, X22, X21, X11, Ağamirova Hicran Əhəd qızı, X12, X3 və X8 onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Yusif Ayvazov küçəsi, ev 1-də yerləşən ümumi sahəsi 81.52 kv.metr olan 4 otaqlı 166 saylı mənzildən məcburi qaydada çıxarılmaları ilə evin boşaldılıb Cavabdeh təhvil verilməsi, xx.xx.2023-cü il tarixdən bu günədək keçmiş dövr ərzində evdə yaşadıqlarına görə Cavabdeh ödəmədikəri kirayə haqqının əvəzi olaraq 6000 manat (15 ay hər ay üçün 400 manat) və Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə hüquqlarının müdafiəsi üçün ödədiyi 510 manat pulun əvəzi qarşılıqlı iddia ərizəsi üzrə cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilrnəsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı nümayəndəsi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə Cavabdeh nümayəndəsi Vəkil mahiyyəti üzrə baxılmasını tələb etmişdir. (iş vərəqə 130). İddiaçı nümayəndəsi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək qarşı tərəflə razılığa gəlmələrinin mümkün olmadığını qeyd etməklə iddia ərizəsinə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə ilkin iddia üzrə iddiaçı tərəfin olmadan baxılmasını mümkün hesab etmişdir. İlkin iddia ərizəsi üzrə Cavabdeh nümayəndəsi qismində məhkəmədə izahat verən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vəkil işə mahiyyəti üzrə baxılmasını tələb edərək ilkin iddianı etiraf etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə üçüncü şəxslər X22, X15, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehlər İddiaçı, X17, X21, X11, Ağamirova Hicran Əhəd qızı, X12, X3 və X13 məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişlər. Üçüncü şəxs ünvan 4 ünvanlayaraq işin çoxluğunu nəzərə alaraq baxış iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə üçüncü şəxslər X22, X15, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehlər İddiaçı, X22, X21, X11, Ağamirova Hicran Əhəd qızı, X12, X3 və X8, üçüncü şəxs Bakı şəhəri 15 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2011-ci il tarixli, **********52-05101-093088 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi 4048/49 məhəllə, ev 1 ünvanında yerləşən ümumi sahəsi 81,52 kv.metr olan 4 otaqlı 166 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. Bakı şəhəri 15 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı nümayəndəsi X9 vasitəsi ilə Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi 4048/49 məhəllə, ev 1 ünvanında yerləşən ümumi sahəsi 81,52 kv.metr olan 4 otaqlı 166 saylı mənzili Cavabdeh 65000 (altmış beş min) manata satmışdır. X5, X12, X21, Ağamirova Hicran Əhəd qızı, X9 Bakı şəhəri 15 saylı Notariat Ofisində təsdiq olunmuş ərizələrinin surətindən görünür ki, onlar Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi 4048/49 məhəllə, ev 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etməmişlər. xx.xx.2021-ci il tarixli, **********52-05101-093088 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi 4048/49 məhəllə, ev 1 ünvanında yerləşən ümumi sahəsi 81,52 kv.metr olan 4 otaqlı 166 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydə alınmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. İlkin iddia ərizəsi ilə əlaqədar olaraq məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2021-ci ildə Bakı şəhəri 15 saylı Notariat Ofisində təsdiq edilmiş müqaviləyə əsasən həmin vaxt mülkiyyətində olmuş Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi 4048/49 məhəllə, ev 1 ünvanında yerləşən ümumi sahəsi 81,52 kv.metr olan 4 otaqlı 166 saylı mənzili nümayəndəsi X9 vasitəsi ilə Cavabdeh 65000 (altmış beş min) manata satmışdır. Evin satılmasına İddiaçı arvadının və mənzildə yaşayan digər şəxslərin yazılı razılığı olmuşdur. İddiaçı ilə Cavabdeh aralarında azad müqavilə bağlayaraq onun məzmununu müəyyənləşdirmiş, həmin müqavilə qanuna zidd olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində qeyd olunmuşdur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsində göstərilmişddir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan başqa ilkin iddia ərizəsi araşdırılarkən məlum olmuşdur ki, İddiaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulan bir illik iddia müddətini ötürmüşdür. Belə ki, daşınmaz əmlakın alqı-satqısı müqaviləsi xx.xx.2021-ci ildə bağlanmış, İddiaçı isə xx.xx.2024-cü ildə hazırki iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. İlkin iddia üzrə Cavabdeh nümayəndəsi Vəkil məhkəməyə vəsatət ünvanlayaraq İddiaçı iddiasına iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Belə olan halda İddiaçı iddiası əsassız olmaqla yanaşı iddia müddəti tətbiq edilməklə də rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsində göstərilmişdir ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrini tətbiqi haqqında iddia onun icrasına başlandığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməsi olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qarşılıqlı iddia ərizəsi ilə əlaqədar olaraq məhkəmə aşağıdakıları qeyd edir. İşə baxılarkən məlum olduğu kimi Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi 4048/49 məhəllə, ev 1 ünvanında yerləşən ümumi sahəsi 81,52 kv.metr olan 4 otaqlı 166 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2021-ci ildən Cavabdeh adına qeydə alınmışdır. Qarşılıqlı iddia üzrə cavabdehlərin hazırda Cavabdeh qzının mülkiyyətində olan mənzildə yaşamaları üçün heç bir əsas yoxdur. Belə olan halda Cavabdeh qarşılıqlı iddiasının İddiaçı, X22, X21, X11, Ağamirova Hicran Əhəd qızı, X12, X3 və X8 onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Yusif Ayvazov küçəsi, ev 1-də yerləşən ümumi sahəsi 81.52 kv.metr olan 4 otaqlı 166 saylı mənzildən məcburi qaydada çıxarılmaları ilə evin boşaldılıb ona təhvil verilməsi hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci hissəsinin 3-cü bəndində qeyd olunmuşdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi «Ryabıx Rusiya Federasiyasına qarşı» 24 iyul 2003-cü il tarixli (şikayət № 52854/99) qərarında qeyd etmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir və həmin prinsip məhkəmə tərəfindən qəbul olunmuş sonuncu qərarın mübahisələndirilməsinə yol vermir («Brumaresku Rumıniyaya qarşı» 28 oktyabr 1999-cu il 61-ci paraqraf). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı iş üzrə xx.xx.2007-ci il tarixli qərarının 34-cü bəndində qeyd olunmuşdur ki, ərizəçi şikayət etdi ki, o,Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri pozulmaqla mülkiyyət hüquqlarından məhrum edilib;həmin maddədə deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Həmin Qərarın 39-cu bəndində qeyd olunmuşdur ki,məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün «mülkiyyət» kimi qəbul edilə bilər. Qərarın 40-cı bəndində yazılmışdır ki, bu işdə məhkəmə qeyd edir ki, 2 iyun 1993cü ildə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdı.Sonradan daxili məhkəmələr təsdiq etdilər ki, ərizəçi yaşayış orderinin qanuni sahibidir. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında «sosial kirayə müqaviləsi» deyilən müqavilə bağlanmalı idi.Həmin müqavilənin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq, müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. 41-ci bənd. Belə olan halda, Məhkəmə razılaşır ki, ərizəçinin mənzilə olan iddialarını 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət» hesab etmək üçün kifayət qədər əsaslar var. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qarşılıqlı iddia üzrə cavabdehlərin əsassız varlanmaları, Cavabdeh zərər vurmaları, pul ödəmələri barədə üzərlərinə hər hansı bir öhdəlik götürmələri məhkəmə baxışında müəyyən olunmamışdır. Qarşılıqlı iddia üzrə cavabdehlərin iddiaçı qarşısında öhdəliklərinin yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri mövcud olmamışdır. Məhz həmin səbəbdən məhkəmə belə hesab edir ki, qarşılıqlı iddianın İddiaçı, X22, X21, X11, Ağamirova Hicran Əhəd qızı, X12, X3 və X7 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Yusif Ayvazov küçəsi, ev 1-də yerləşən 166 saylı mənzildən xx.xx.2023-cü il tarixdən bu günədək keçmiş dövr ərzində evdə yaşadıqlarına görə Cavabdeh ödəmədikəri kirayə haqqının əvəzi olaraq 6000 (altı min) manat (15 ay hər ay üçün 400 manat) tələbinə dair hissəsi rədd edilməlidir. Hüquqi yardım üçün hər hansı bir xərcin çəkildiyini təsdiq edən sübutlar işə əlavə edilmədiyindən, məhkəmə qarşılıqlı iddianın hüquqi yardım üçün çəkilmiş xərclərə görə 510 manat tələbinə dair hissəsinin rədd olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İlkin iddia – İddiaçı Cavabdeh qarşı Bakı şəhəri 15 saylı Notariat Ofisində mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 81,52 kv.m olan 4 otaqlı mənzilə dair oğlu X22 ilə Cavabdeh arasında bağlanmış 17 avqust 2021-ci il tarixli, AN-İ N ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və alqısatqı müqaviləsi ilə əlaqədar olan qeydiyyat sənədlərinin ləğv edilməsi tələbi rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı, X22, X21, X11, Ağamirova Hicran Əhəd qızı, X12, X3 və X1 Vəfa Yaqub qızının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Yusif Ayvazov küçəsi, ev 1-də yerləşən ümumi sahəsi 81,52 kv.metr olan 4 otaqlı 166 saylı mənzildən məcburi qaydada çıxarılsınlar və ev boşaldılıb Cavabdeh təhvil verilsin. Cavabdeh qarşılıqlı iddiasının xx.xx.2023-cü il tarixdən bu günədək keçmiş dövr ərzində evdə yaşadıqlarına görə ona ödəmədikəri kirayə haqqının əvəzi olaraq 6000 manat (15 ay hər ay üçün 400 manat) və hüquqi xidmət göstərilməsi üçün çəkilmiş xərclərə görə 510 (beş yüz on) manat İddiaçı, X22, X21, X11, Ağamirova Hicran Əhəd qızı, X12, X3 və X7 alınaraq Cavabdeh verilməsi tələbinə dair hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2436/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2436/2024
17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver