Məhkəmə qərarları › İş №2(013)-2473/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2473/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2473/2025 24.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 24 sentyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 2500 (iki min beş yüz) manat və ödənilmiş dövlət rüsumu əvəzində 45 (qırx beş) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin əvvəllər tanışlığı yaranmışdır. Cavabdeh vəziyyətinin çox ağır olduğunu, təcili olaraq pula ehtiyacının olduğunu iddiaçıya bildirərək borca pul istəmişdir. İddiaçı cavabdehə güvənərək maddi vəziyyəti ağır olduğu üçün borca pul verməyə razı olmuş və 2022-ci ilin sentyabr ayında 2500 manat məbləğində borc pul vermişdir. Cavabdeh həmin borcu bir-iki aya geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Bir müddət keçdikdən sonra cavabdehin iddiaçının etibarından sui-istifadə edərək İddiaçı aldatdığını sonuncu başa düşmüşdür. Bu qədər müddət keçməsinə baxmayaraq cavabdeh borcu ödəməyə təşəbbüs belə göstərməmişdir. Bununla bağlı iddiaçı dəfələrlə müraciət edərək borcun geri qaytarılmasını tələb etsə də, cavabdeh borcu ödəməkdən imtina edərək iddiaçını aldatmaqda davam etmişdir. İddiaçının maddi vəziyyəti ağırdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya həm mənəvi, həm də 2500 manat məbləğində maddi zərər dəymişdir. Cavabdeh hələ də öz qanunsuz hərəkətlərini davam etdirir. Odur ki, cavabdehin davam etdirdiyi qanunsuz hərəkətlərinə görə iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı qızı məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılıb iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, uzun müddət İddiaçılə onun arasında sevgi münasibəti olmuşdur. Daha doğrusu ailəli olmadğını, onunla ailə quracağını deyib ailəsi ilə tanışlıq adı ilə evlərinə aparıb cinsi münasibətdə olub bakirəliyini pozmuşdur. Bu barədə heç kəsə deməməsini dönə-dönə tapşırıb, daim yanında olacağanı demişdir. Ondan sonra müxtəlif vaxtlarda onunla görüşmüş, həmin müddət ərzində İddiaçı iki dəfə hamilə qalmışdır. İddiaçı hamiləliyin pozulması ücün cavabdehə başqa-başqa məbləğlərdə pul vermişdir. Daha sonra bir nəçə dəfə də gözəllik salonuna getmək, özünə baxmaq üçün iddiaçı cavabdehə pul vermişdir. Bir müddət sonra aralarında olan münasibət cavabdeh ailə qurduğu üçün pozulmuşdur. Bu zaman İddiaçı dəfələrlə cavabdehlə görüşməyi israr edib hədə qorxu gəlmişdir. İddiaçılə görüşmədiyindən yuxarıda sadaladığı şeylər üçün verdiyi pulları ümumiləşdirərək cavabdehdən 2500 manat məbləğində pul tələb etmiş, özünün vəzifəsi ilə onu şantaj etməyə başlamışdır. Elşən hədə qorxu gəlməyə, atasının uzun müddət məhkəmə sədri, respublikada nüfuzlu məhkəmə hakimlərindən olduğunu və cavabdehi məhkəməyə vercəyini, onsuzda iddiaçı deyən olacaq dəyərək hədə qorxu gəlmişdir. Cavabdeh də bu addımlardan qorxaraq whottsap vasitəsi ilə iddiaçının tələb etdiyi pulu ona verəcyini yazmışdır. Lakin fakt olaraq belə olmamışdır. Cavabdeh iddiaçıdan heç bir zaman borca pul almamışdır. Sadəcə olaraq qorxub İddiaçı tələb etdiyi pulu ödəyəcəyini və müxtəlif vaxtlarda geri qaytaracağını whottsap vasitəsilə yazmışdır. İddiaçının ona ən azından mənəvi borcunun olduğunu, onu aldadıb bakirəliyni pozduğu, bu günki gün iki hamiləliyi pozulamasından artıq ana olmaq şansını itirdiyini qeyd etməklə işə iştirakı olmadan baxılıb iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Cavabdehin əsassız varlanması, iddiaçıya zərər vurması, pul ödəməsi barədə üzərinə hər hansı bir öhdəlik götürməsi məhkəmə baxışında müəyyən olunmamışdır. Cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri mövcud olmamışdır. İşə baxılarkən məlum olmuşdur ki, tərəflər arasında borc münasibətləri olmamış, onlar arasında borc və sair müqavilə bağlanmamışdır. İddiaçı əvəzsiz olaraq cavabdehin müəyyən vaxtlarda müəyyən məbləğdə pullar vermişdir. Məhz həmin səbəblərdən məhkəmə belə hesab edir ki, iddia təmin oluna bilməz. 2500 manat məbləğində pul iddiası əsassız olduğundan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumu əvəzində 45 manat tələbi də rədd edilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı 2500 (iki min beş yüz) manat və ödənilmiş dövlət rusumunun əvəzində 45 manat tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar