Məhkəmə qərarları › İş №2(013)-2501/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2501/2025

09.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2501/2025 09.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 09 oktyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh «Hyundai Elantra» markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşına vurduğu ziyana görə 12990 manat, ziyanın hesablanması üçün ödənilmiş 259,80 manat və ödənilmiş dövlət rüsumu əvəzində 130 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Beyləqan şəhəri E.Əliyev küçüçəsi ev 66-da yaşayır. «Hyundai Elantra» markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşın qeydiyyat vəsiqəsi ilə iddiaçının mülkiyyətindədir. İddiaçı «Hyundai Elantra» markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə Daşburuna tərəf hərəkətdə olarkən Qəhrəmanlı qəsəbəsinə dönmək üçün yolun öz hərəkət hissəsində dayanaraq qarşıdan gələn «X7» markalı avtomaşını gözləyərkən Daşburun istiqamətində hərəkətdə olan Cavabdeh idarə etdiyi «Mercedes Benz» markalı ** ZL *** dövlət nömrə nişanlı avtomaşınla 10 mart 2025ci ildə iddiaçının avtomaşınının arxa hissəsindən vurduğundan sonuncu avtomobil «X7» markalı avtomaşının yoluna çıxmaqla toqquşmuş və İddiaçı avtomobili yoldan çıxmışdır. Avtomobil tamamilə istismara yararsız hala düşmüşdür Hadisə törəndikdən sonra yerə düşdükdə avtomobilinə külli miqdarda maddi ziyan dəyməsi iddiaçıya məlum olmuşdur. Bundan sonra polis şöbəsində Cavabdeh barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.l-ci maddəsi ilə cinayət işi başlanılması rədd edilmiş və İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati qaydada 40 manat cərimə edilmişdir. Beyləqan Rayon Polis Şöbəsinin qərarından da görünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və Hyundai Elantra» markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşını əzməklə iddiaçıya xeyli miqdarda ziyan vurması bir daha sübuta yetmişdir. İddiaçı bir neçə dəfə Cavabdeh avtomaşına vurduğu ziyanın ödənilməsini tələb etsə də, o, ödəməkdən imtina etmişdir. İddiaçı özünə məxsus olan «Hyundai Elantra» markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşınını təmir etdirmək üçün Beyləqan şəhərində yerləşən «Sərxan» avtomotoservis və ticarət firmasına müraciət etmiş, həmin firma avtomaşına baxış keçirərək 13 mart 2025-ci il tarixli 031 saylı ziyan aktı tərtib etmiş və dəyən ziyanın 12990 manat olmasını müəyyən etmişdir. Avtomaşın demək olar ki, əzilərək yararsız hala düşmüşdür. Nəqliyyat vasitəsində əzilmiş, qırılmış, deformasiyaya uğrayaraq yararsız vəziyyətə düşmüş hissələrin və tələb olunan materialların dəyəri, nəqliyyat vasitəsinin əvvəlki vəziyyətinə salınması üçün təmiri, rənglənməsi və xidmət haqqı cəmi 12990 manat təşkil edir. İddiaçı xəsarət alaraq müalicə olunsa da cavabdeh heç bir maddi və mənəvi köməklik göstərməmişdir. Avtomobili əziləndən sonra iddiaçı taksilərə 1000 manata yaxın pul xərcləmişdir. İddiaçı gələcəkdə səhəttinə dəyən və taksilərə xərclədiyi ziyanla bağlı iddia qaldıracaq. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənləri təsdiqləyərək, tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək İddiaçı avtomobilinə dəymiş ziyanın artıq hesablandığını bildirib iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş Beyləqan Rayon Polis X2 baş təhqiqatçısı X3 HK-1/355 saylı material üzrə qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, xx.xx.2024-cü ildə saat 08:50 radələrində Yuxarı Qarabağ kanalı- Daşburun avtomobil yolunun 25-ci km-də Cavabdeh idarə etdiyi «Mersedes Benz» markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobillə Daşburun istiqamətində hərəkət olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələbini pozduğundan Qəhrəmanlı qəsəbəsinə dönmək üçün yolun öz hərəkətdə hissəsində dayanaraq qarşıdan gələn avtomobilin keçməsini gözləyən İddiaçı idarə etdiyi «Hundaı Elantra» markalı **-BK- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə zərbədən sonununcu avtomobil yolun əks hərəkət zolağına çıxaraq Yuxarı Qarabağ kanalı istiqamətində hərəkətdə olan sürücü X1 idarə etdiyi «Hundaı Santafe» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toplanmış araşdırma materialından və məhkəmə yolnəqliyyat hadisəsi ekspertizasının rəyindən göründüyü kimi «Mersedes Benz» markalı **- ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının qanunun 50-ci maddəsinin 3-cü hissəsinin tələbini polzduğundan onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin (ara məsafəsi qaydasını pozma) tərkib əlamətlərinin olması müəyyən edilmişdir. Lakin İddiaçı və X1 əməllərində cinayət və inzibati xəta tərkibi müəyyən edilməmişdir. Beləliklə toplanmış araşdırma materialından göründüyü kimi Cavabdeh əməlində cinayət tərkibinin olması müəyyən edilməmişdir. Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Cavabdeh əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xətaya dair iş üzrə icraata başlanması üçün qəbul edilmiş qərarın surəti Beyləqan Rayon Polis X6 Polisi Bölməsinə göndərilmişdir. Sözügedən araşdırma zamanı X1 təqdim etdiyi yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş ziyanın müəyyən edilməsi üçün «Sərxan» avtomotoservis tərəfindən tərtib edilmiş ziyan aktında «Hyundai Elantra» markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12990 (on min doqquz yüz doxsan) manat maddi ziyan dəyməsi qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli TP ******* saylı qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib, qırx manat məbləğində cərimə edilmişdir. «Sərxan» avtomotoservis tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, «Hyundai Elantra» markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12990 (on iki min doqquz yüz doxsan) manat maddi ziyan dəymişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı «Hyundai Elantra» markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyanın hesablanması «Sərxan» avtomotoservisin hesabına 259,80 manat ödəmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, xx.xx.2025-ci ildə saat 08:50 radələrində Yuxarı Qarabağ kanalı- Daşburun avtomobil yolunun 25-ci km-də Cavabdeh idarə etdiyi «Mersedes Benz» markalı ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobillə Daşburun istiqamətində hərəkət olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələbini pozduğundan Qəhrəmanlı qəsəbəsinə dönmək üçün yolun öz hərəkət hissəsində dayanaraq qarşıdan gələn avtomobilin keçməsini gözləyən İddiaçı idarə etdiyi «Hundaı Elantra» markalı **-BK- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə zərbədən sonununcu avtomobil yolun əks hərəkət zolağına çıxaraq Yuxarı Qarabağ kanalı istiqamətində hərəkətdə olan sürücü X1 idarə etdiyi «Hundaı Santafe» markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. «Mersedes Benz» markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının qanunun 50-ci maddəsinin 3-cü hissəsinin tələbini polzduğundan onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmiş və həmin maddə ilə təqsirli bilinib qırx manat məbləğində cərmə edilmişdir. Lakin İddiaçı və X1 əməllərində cinayət və inzibati xəta tərkibi müəyyən edilməmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı idarə etdiyi «Hyundai Elantra» markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12990 (on iki min doqquz yüz doxsan) manat maddi ziyan dəyməsi məlum olmuşdur. Belə olan halda Cavabdeh İddiaçı vurduğu 12990 manat məbləğində maddi ziyanın əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zədə), habelə pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (Nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli eletrik enerjisindən, atom enərjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumu əvəzində 130 manat, həmçinin iddiaçının dəymiş ziyanın hesablanması üçün ödədiyi 259,80 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh «Hyundai Elantra» markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomaşına vurduğu ziyana görə 12990 manat, ziyanın hesablanması üçün ödənilmiş 259,80 manat və ödənilmiş dövlət rüsumu əvəzində 130 manat – cəmi 13379 (on üç min üç yüz yetmiş doqquz) manat 80 (səksən) qəpik alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar