Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2522/2024 20.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı rəisi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 20 noyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı böyük icra məmuru Qarayev Nurəddin Vəkil oğlu rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(013)-54/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökm və hökmün icrası ilə bağlı göstəriş xx.xx.2022-ci ildə İddiaçınə daxil olmuşdur. xx.xx.2023-cü ildə məhkumun iştirakı ilə protokol tərtib edilərək məhkuma nəzarət vasitəsinin istifadə qaydaları izah edilmiş və ona müvafiq aktla 01 ədəd elektron qolbaq, 01 ədəd mobil nəzarət qurğusu, 01 ədəd mobil nəzarət qurğusunun enerji toplayıcısı, 01 ədəd kabro təhvil verilmişdir. Cavabdeh mobil qurğusuna baxış keçirilərkən mobil qurğunun tam istifadəyə yararsız olduğu müəyyən olunmuşdur. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat idarəsinin maliyyə arayışına əsasən elektron nəzarət vasitəsinin dəyəri 2277,40 manat təşkil etdiyini qeyd etməklə Cavabdeh mobil nəzarət qurğusunun dəyəri 2277,40 manat məbləğində pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı rəisi İ.H.Məmmədov məhkəmədə izahat verərək Cavabdeh tətbiq olunmuş elektorn nəzarət vasitəsinin cavabdeh tərəfindən yararsız hala salındığını, həmin nəzarət vasitəsinin dəyərinin 2277,40 manat təşkil etdiyini qeyd etməklə tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf edərək fəhlə işlədiyi zaman yıxılaraq ayağına bağlanbmış elektron nəzarət vasitəsini sındırdığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zədə), habelə pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. iş materiallarından görünür ki, Cavabdeh mobil nəzarət qurğusunu yararsız hala salmaqla delikt törətmiş və iddiaçıya ziyan vurmuşdur. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödəməkdən azad olunduğu dövlət rüsumu cavabdehdən tutularaq dövlət mədaxilinə köçürülməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğu üçün təmin edilsin. Cavabdeh 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik Dövlət nəfinə tutulsun. Cavabdeh 42,77 manat dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2522/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2522/2024
20.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver