Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2542/2024 17.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 17 dekabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 21773,71 manat, ödənilmiş dövlət rüsumu əvəzində 156 manat və hüquqi yardım üçün çəkilmiş xərcləri üçün 320 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi qismində məhkəmədə izahat verən E.O.Osmanov iddianı müdafiə edərək göstərmişdir ki, cavabdeh uzun müddətdir iddiaçıdan mərmər daşı alır. Sərvana Elşən təxminən 40000 manat dəyərində mərmər daşı satmış, cavabdehin isə 21000 manat borcu qalmışdır. Pulun alınması üçün polisə müraciət etmiş, lakin Cavabdeh Ağdam və Göygöl Rayon Polis Şöbələrinin çağırışlarına gəlməmişdir. Sərvan daşların defekt olduğunu bəhanə gətirərək borcunu ödəməmişdir. Göstərilən səbəbdən İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəməyə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, İddiaçı xx.xx.2024-cü ildə 1116,99 manat, xx.xx.2023-cü ildə 364,07 manat, xx.xx.2023-cü ildə 461,40 manat, xx.xx.2023-cü ildə 2643,71 manat, xx.xx.2023-cü ildə 904,94 manat, xx.xx.2023-cü ildə 1918,16 manat, xx.xx.2023-cü ildə 11039,99 manat, xx.xx.2023-cü ildə 15 manat, xx.xx.2023-cü ildə 2494,28 manat dəyərində mal almış və işdə olan bu barədə qaimələr onun aldığı mallara məxsus olmuşdur. xx.xx.2023-cü ildə ona 110 manat dəyərində olan mal göndərilməmiş və Anar adlı şəxs tərəfindən imzalanmış həmin tarixli qaimə ona aid olmamışdır. İddiaçı kart vasitəsi ilə xx.xx.2023-cü ildə 1000 manat, xx.xx.2023-cü ildə 1000 manat, xx.xx.2023-cü ildə 1000 manat, xx.xx.2024-cü ildə 500 manat, xx.xx.2024-cü ildə 700 manat, xx.xx.2023-cü ildə 1000 manat, xx.xx.2023-cü ildə 1000 manat ödəmişdir. Qalan borcunu ödəsə də bu barədə rəsmi sənədinin olmadığını qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçıla Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh 20958,54 manat dəyərində mal (mərmər daşıl) verməklə üzərinə düşən öhdəliyi icra etmiş, Cavabdeh isə əşyanı qəbul etmiş, lakin əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyərək, 6200 manat ödəyib 14758,54 manat borclu qalmaqla öhdəliyi icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.1-ci maddəsində göstərilmişdir ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı,qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir.İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib,öhdəliyə xitam verildiyini təsdiqləyir. İddiaçı Cavabdeh 20958,54 manat dəyərində mərmər daşıı satması sonuncunun məhkəmədə verdiyi izahatında etiraf etməsi ilə təsdiq olunmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, Cavabdeh İddiaçı 6200 manat ödəmişdir. (iş vərəqə 43-49). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumu əvəzində cavabdehdən 155,60 manat alınaraq İddiaçı verilməlidir. Hüquqi yardım üçün hər hansı bir xərcin çəkildiyini təsdiq edən sübutlar işə əlavə edilmədiyindən, məhkəmə iddianın hüquqi yardım üçün çəkilmiş xərclərə görə 320 manat tələbinə dair hissəsinin rədd olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 14758 (on dörd min yeddi yüz əlli səkkiz) manat 54 (əlli dörd) qəpik və ödənilmiş dövlət rüsumu əvəzində 155 (yüz əlli beş) manat 60 (altmış) qəpik alınaraq İddiaçı verilsin. İddiaçı Cavabdeh qarşı olan iddiasının qalan – 7015 (yeddi min on beş) manat 17 (on yeddi) qəpik, ödənilmiş dövlət rüsumu əvəzində 40 (qırx) qəpik və hüquqi xidmət göstərilməsi üçün çəkilmiş xərclərə görə 320 (üç yüz iyirmi) manat tələbinə dair hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2542/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2542/2024
17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver