Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2543/2025 12.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, "xxxx" X3 Səhmdar cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 6954 AZN əsas, 830,81 AZN faiz, 91,43 AZN cərimə borcu olmaqla, cəmi 7.876,24 AZN pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 98,77 AZN məbləğin tutularaq ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri "xxxx" KB ASC tərəfindən onunla əsaslandırılmışdır ki, ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli əsas və əlavə Kredit Müqaviləsinə əsasən cavabdehlərə istehlak məqsədləri üçün 48 ay müddətinə, illik 21 % dərəcəsi ilə 6954 AZN məbləğində kredit verilmiş, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüş, lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Həmin tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 və Cavabdeh3 əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşlər. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə ASC-yə 6954 AZN əsas, 830,81 AZN faiz, 91,43 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 7876,24 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" KB ASC məhkəməyə nümayəndə göndərməmiş, nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirak olmadan baxılmasını və tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə məlumatlandırılmış, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Əsas borclu Cavabdeh1la telefon danışı edilmiş, o, borcunu etiraf etmişdir və SMS məlumat ona çatmışdır. Məhkəmə işə iddia tərəfinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Məhkəmə iş materiallarını öyrənib hesab edir ki, iş materiallarında olan təkzibedilməz sübutlar əsasında iddia tələbi təmin edilməlidir, tələbin rədd edilməsi üçün əsas yoxdur. İş materiallarında olan Cavabdeh1 ilə ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 1730micNAR/24 saylı Kredit və Əlavə Müqaviləsindən görünür ki, cavabdehə 6954 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 1730micNAR/24 saylı Zaminlik Müqaviləsindən görünür ki, cavabdehlər kreditor qarşısında borclunun xx.xx.2024-cü il tarixli, 1730micNAR/24 saylı Əlavə Kredit Müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. İddiaçı "xxxx" KB ASC-nin xx.xx.2025-ci il tarixli Maliyyə Arayışından görünür ki, cavabdeh R.İmanovun ASC-yə 6954 AZN əsas, 830,81 AZN faiz, 91,43 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 7876,24 manat kredit borcu yaranmışdır. AZE ******** seriyalı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1990-cı il təvəllüdlür, Ağdam rayonu Bağbanlar kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Vətəndaşının X1 surətindən görünür ki, Cavabdeh2 xx xxxx 1988ci il təvəllüdlüdür, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı MKR, 7-ci Binəqədi küçəsi, ev 1, mənzil 159da qeydiyyatdadır. Azərbaycan Respublikası Vətəndaşının X1 surətindən görünür ki, Cavabdeh3 xx xxxxxx 1996-cı il təvəllüdlüdür, Balakən rayonu, Qullar kəndində qeydiyyatdadır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə əsasən borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Mülki Məcəllənin 743.2-ci maddəsinə görə bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 6954 AZN əsas, 830,81 AZN faiz, 91,43 AZN cərimə borcu olmaqla, cəmi 7876,24 manat məbləgində pul tutularaq iddiaçı «Unibank KB ASCnin xeyrinə ödənilməli, həmçinin MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçının dövlət rüsumu kimi ödədiyi 98,77 manat da cavabdehdən onun xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada - 6954 AZN əsas, 830,81 AZN faiz, 91,43 AZN cərimə olmaqla, cəmi 7.876,24 (yeddi min səkkiz yüz yetmiş altı manat iyirmi dörd qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 98,77 (doxsan səkkiz manat yetmiş yeddi qəpik) manat tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-2543/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2543/2025
12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver