Məhkəmə qərarları › İş №2(013)-2558/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2558/2025

12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2558/2025 12.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, "xxxx" X4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 8326 AZN əsas, 352,36 AZN faiz, 41,21 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 8719,57 AZN pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 107,20 AZN məbləğin tutularaq ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri "xxxx" KB ASC tərəfindən onunla əsaslandırılmışdır ki, ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 38 ay müddətinə, illik 24 % dərəcəsi ilə 8326 AZN məbləğində kredit verilmiş, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüş, lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə ASC-yə 8326 AZN əsas, 352,36 AZN faiz, 41,21 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 8719,57 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" KB ASC məhkəməyə nümayəndə göndərməmiş, nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirak olmadan baxılmasını və tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddia tələblərini qəbul etdi. Göstərdi ki, «X3 ASC-dən müqavilə ilə 10.000 manat pul götürmüş, aylıq 412 manatdan 4000 manatını indiyədək ödəmişdir. 620 manat hazırda əmək haqqı alır, uşaqları təhsil alır. Bu səbəbdən də çatdırıb bankın pulunu ödəyə bilmir. 4 aydır ki, ödəniş etmir. Hazırda SOKAR Şirkətində işləyir. İmkan edən kimi borcunu ödəyəcək. Ona görə də hazırda məhkəmədən ona köməklik edilməsini xahiş edir. Cavabdeh hazırkı məhkəmə iclasına gəlməmiş, telefon əlaqəsi zamanı bildirmişdir ki, bankla razılaşıb, adına yeni qrafik açılıb, ona bankdan bildiriblər ki, məhkəməyə getmək lazım deyil. Məhkəmə tərəflərin iştirakı olmadan işdə olan sübutlar əsasında işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, Cavabdeh dinləyib və məhkəmə iclasında qeyd etdiklərini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir, tələbin rədd edilməsi və ya qismən təmin edilməsi üçün əsas yoxdur, cavabdeh iddia tələblərinin təmin edilməməsi üçün yalnız maddi vəziyyətinin çətin olmasını bildirir. İş materiallarında olan Cavabdeh ilə ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 512nkNAR/24 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 8326 manat məbləğində kredit məbləği verilmişdir. İddiaçı "xxxx" KB ASC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ASC-yə 8326 AZN əsas, 352,36 AZN faiz, 41,21 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 8719,57 manat kredit borcu yaranmışdır. Azərbaycan Respublikası Vətəndaşının X1 surətindən görünür ki, Cavabdeh xx xxx 1981-ci il təvəllüdlüdür, Ağdam rayonu, Şıxbabalı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə görə kredit müqaviləsinə əsasən borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsinin digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Mülki Məcəllənin 743.2-ci maddəsinə görə bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə həmin vəsait borc məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 8326 AZN əsas, 352,36 AZN faiz, 41,21 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 8719,57 manat məbləgində pul tutularaq iddiaçı «Unibank KB ASC-nin xeyrinə ödənilməli, həmçinin MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçının dövlət rüsumu kimi ödədiyi 107,20 manat da cavabdehdən onun xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh - 8326 AZN əsas, 352,36 AZN faiz, 41,21 AZN cərimə borcu olmaqla, cəmi 8.719,57 (səkkiz min yeddi yüz on doqquz manat əlli yeddi qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 107,20 (bir yüz yeddi manat iyirmi qəpik) manat tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar