Məhkəmə qərarları › İş №2(013)-2647/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2647/2025

23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2647/2025 23.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 23 oktyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 20000 (iyirmi min) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı şəhid anasıdır, oğlu Anar Yusfov 44 günlük Vətən Müharibəsində şəhid olmuşdur. İddiaçı cavabdehi tanıyır, sonuncu sələmə pul verməklə məşğuldur. İddiaçı cavabdehi əvvəllər tanımamışdır. İddiaçının həmkəndlisi və qardaşının qaynı oğlu X15 yanına gələrək Cavabdeh sələmə pul götürdüyünü, Rahibin onu hədə-qorxu gələrək yüklədiyini, atasının bundan xəbərsiz olduğunu bildirmiş və iddiaçıdan Rahibə vermək üçün 20000 manat pul istəmişdir. İddiaçı həmin məbləği üç dəfəyə, yəni 12000 manat, sonra 7000 manat və daha sonra isə 1000 manat özünün oğlu Müşviq vasitəsi ilə Hüseynlə birlikdə Cavabdeh vermişlər. Sonradan məlum olmuşdur ki, Cavabdeh X5 hədə qorxu gələrək müxtəlif vaxtlarda cəmi 35900 (otuz beş min doqquz yüz) manat və üstündə 48540 manat pul almışdır. Bununla bağlı Hüseyn Əhmədli və iddiaçı Cavabdeh qanunsuz hərəkətləri ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə müraciət etmişlər. Polis şöbəsində araşdırma aparılmış, Rahib iddiaçıdan 20000 manat aldığını etiraf etmişdir. Polisdə istintaq bölməsinin rəisi Rəşad cavabdehin iddiaçıya pulu qaytaracağını və məhkəməyə müraciət etməməsini bildirmişdir. İddiaçı razılaşaraq pulunun qaytarılmasını gözləmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh məhkəməyə müraciət edərək Hüseyndən pul tələb etmişdir. İddiaçı da məhkəmə günü gələrək cavabdehdən pulunu tələb etmişdir. Cavabdeh 2 ay bundan əvvəl pulu verdiyini bildirmişdir. İddiaçı polisdə aldanıldığını görüb məhkəməyə müraciət etmişdir. İddiaçının göstərdiklərini Ağdam rayonunun Sarıcalı kəndində yaşayan X17, X6, X15, müstəntiq Murad da təsdiq edə bilərlər. Cavabdehə verilmiş məbləğ şəhidin puludur. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənləri təsdiqləyərək bildirmişdir ki, Cavabdeh qonşu kəndin sakini kimi tanımışdır. Qardaşının qayını oğlu Hüseyn təxminən 1 il 2 ay bundan əvvəl Rahibin Hüseyni yüklədiyini və sonuncudan 20000 manat pul istədiyini ona demişdir. Oğlu Müşviqi və gəlinini banka göndərmiş, Müşviqlə gəlin bakdan 20000 manat pul çıxarmışlar. 20000 manat pulu 12000 manatı şəhid olmuş oğlunun pulu, 8000 manatı isə ərinin yas pulu olmuşdur. O, oğlu Müşviq və Hüseyn birlikdə Rahibin yaşadığı evin küçəsinə getmişlər. O, avtomobildə oturmuş, Müşviqlə Hüseyn isə Rahibin yaşadığı evin həyətinə girərək pulu Rahibə vermişlər. Rahibin küçəsinə iki dəfə getmişlər. Rahibə 1-ci dəfə 12500 manat, 2-ci dəfə isə 6500 manat vermişlər. Bundan başqa Müşviq Rahibin 6-cı sinifdə oxuyan oğluna 1000 manat vermişdir. Pulu Hüseynə vermişdir ki, sonuncu Rahibin pulunu versin. Rahib heç vaxt ondan borc istəməmişdir. Bundan sonra Rahibin barəsində polisə şikayət etmiş, Rahib isə onun yaşadığı evə gələrək pulu ödəyəcəyini bildirib şikayət etməməsini ondan xahiş etmişdir. Rahib onun pulu ilə özünə iki ədəd «Kamaz», bir ədəd «Priora» avtomobilləri almış və ev tikdirmişdir. Polis şöbəsində olduqları vaxt Rəşad adlı müstəntiq Rahibin 3000 manat gətirdiyini, 12500 manat isə sonra gətirəcəyini ona demişdir. Pulu tam qaytarılmadığından 3000 manatı qəbul etməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, əvvəllər Səmiyyənin qohumu Hüseynə 6850 manat və 3300 manat borc vermişdir. Hüseyn ondan aldığı pulu hazırki vaxta qədər qaytarmamışdır. 2024-cü ilin avqust ayında polis şöbəsinə çağırılmış, şöbəyə gəldikdə əvvəllər tanımadığı Səmiyyənin ondan şikayət etdiyini bilmişdir. Səmiyyə polis şöbəsində onun yanında pulu Rahibə deyil, Hüseynə verdiyini bildirmişdir. Polis şöbəsində saxlanılmışdır. Polis şöbəsində saxlanıldığı vaxt əmisi oğlu Fuad Abbasov da gəlmiş, müstəntiq Murad onun buraxılması üçün Fuaddan 3000 manat istəmişdir. Səmiyyəyə 3000 manat, sonra isə 12500 manat verəcəyini deməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçının təşəbbüsü ilə şahid qismində məhkəmədə dindirilmiş X15 göstərmişdir ki, Cavabdeh ona sələmlə 5000 manat vermiş, o isə aldığı pulu Rahibə qaytarmışdır. Rahib sonradan ondan əlavə faizlər tələb etmiş və onu öldürməklə hədələmişdir. Bu səbəbdən bibisinin baldızı Səmiyyədən 20000 manat alaraq Səmiyyə və sonuncunun oğlu Müşviqlə birlikdə Rahibin yaşadığı evə getmişlər. Rahibin evinin küçəsində darvazanın qarşısında Səmiyyənin və Müşviqin yanında Rahibə 1-ci dəfə 12500 manat, bir neçə gün sonra isə 6500 manat vermişdir. Bundan başqa Müşviq Rahibin oğluna 1000 manat vermişdir. Rahib ona hədə qorxu gəldiyindən Səmiyyədən pul alıb Rahibə vermişdir. İddiaçının təşəbbüsü ilə şahid qismində məhkəmədə dindirilmiş X6 göstərmişdir ki, Rahibin oğluna 1000 manat vermişdir. O, anası Səmiyyə və Hüseyn birlikdə Rahibin yaşadığı evə gedərək mənzilə daxil olub Rahibə pul vermişlər. X14 yanına gələrək kömək istəmiş və bu səbəbdən Hüseynə pul vermişdir. Rahibi sonuncuya pul verildiyi vaxt tanımışdır. İddiaçının təşəbbüsü ilə şahid qismində məhkəmədə dindirilmiş Ağdam Rayon Polis X2 rəisi X10 göstərmişdir ki, İddiaçı araşdırması müstəntiq Murad Behbudovun icraatında olmuşdur. Səmiyyəyə Rahibin pul vermək istədiyini Muradın deməsinə görə söyləmişdir. İddiaçının təşəbbüsü ilə şahid qismində məhkəmədə dindirilmiş Ağdam Rayon Polis X2 müstəntiqi X16 göstərmişdir ki, Hüseyn Əhmədli ona müraciət edərək Cavabdeh 41700 manat qaytardığını demişdir. Rahibin izahatını aldıqda sonuncu 6700 manat kredit götürüb Hüseynə verdiyini bildirmişdir. Rahib ona demişdir ki, Səmiyyəyə 3000 manat verəcək. Səmiyyə razılaşmamışdır. Bundan 10 gün sonra Rahib gələrək Hüseynin ona qalan borcunu qaytaracağı şərtilə Səmiyyəyə 12500 manat verəcəyini demişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində qeyd olunmuşdur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Tərəflər arasında 20000 manat məbləğə dair yazılı formada borc müqaviləsi məhkəməyə təqdim edilməmişdir. Cavabdehin əsassız varlanması, iddiaçıya zərər vurması, pul ödəməsi barədə üzərinə hər hansı bir öhdəlik götürməsi məhkəmə baxışında müəyyən olunmamışdır. Cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri mövcud olmamışdır. Hər iki tərəfin məhkəmədə verdikləri izahatlardan, iddiaçının təşəbbüsü ilə dindirilmiş şahidlərin ifadələrindən məlum olmuşdur ki, Cavabdeh İddiaçı borc pul istəməmiş və almamış, həmçinin sonuncunun hesabına əsassız varlanmamışdır. İddiaçı və onun təşəbbüsü ilə dindirilmiş şahidlər X15 və X6 İddiaçı pulu Cavabdeh deyil, şahid qismində məhkəmədə dindirilmiş Hüseyn Əhmədliyə verdiyini bildirmişlər. İddiaçı və onun təşəbbüsü ilə dindirilmiş şahidlər X15 və X1 Əhmədlinin İddiaçı aldığı 20000 manat məbləği Cavabdeh verdiyini bildirsələr də, onların izahat və ifadələri arasında zidiyyət olmuşdur. Belə ki, İddiaçı məhkəmədə verdiyi izahatında oğlu Müşviq və Hüseyn birlikdə Rahibin yaşadığı evin küçəsinə getdiklərini, özünün avtomobildə oturduğunu, Müşviqlə Hüseynin isə Rahibin yaşadığı evin həyətinə girərək pulu Rahibə verdiklərini bildirmişdir. İddiaçının izahatına zidd olaraq şahid H.A.Əhmədli Səmiyyə və sonuncunun oğlu Müşviqlə birlikdə Rahibin yaşadığı evə getdiklərini, Rahibin evinin küçəsində darvazanın qarşısında Səmiyyənin və Müşviqin yanında Rahibə 1-ci dəfə 12500 manat, bir neçə gün sonra isə 7500 manat verdiyini bildirmişdir. Şahid M.S.Yusifov isə hər iki şəxsin müvafiq olaraq izahat və ifadəsinə zidd olmaqla anası Səmiyyə və Hüseynlə birlikdə Rahibin yaşadığı evə gedərək mənzilə daxil olub Rahibə pul verdiklərini bildirmişdir. Şahid qismində məhkəmədə dindirilmiş Ağdam Rayon Polis X2 rəisi X10 göstərmişdir ki, İddiaçı araşdırması müstəntiq Murad Behbudovun icraatında olmuşdur. Səmiyyəyə Rahibin pul vermək istədiyini Muradın deməsinə görə söyləmişdir. Şahid qismində məhkəmədə dindirilmiş Ağdam Rayon Polis X2 müstəntiqi X16 göstərmişdir ki, Hüseyn Əhmədli ona müraciət edərək Cavabdeh 41700 manat qaytardığını demişdir. Rahibin izahatını aldıqda sonuncu 6700 manat kredit götürüb Hüseynə verdiyini bildirmişdir. Rahib ona demişdir ki, Səmiyyəyə 3000 manat verəcək. Səmiyyə razılaşmamışdır. Bundan 10 gün sonra Rahib gələrək Hüseynin ona qalan borcunu qaytaracağı şərtilə Səmiyyəyə 12500 manat verəcəyini demişdir. Cavabdeh müstəntiqin ifadəsinə etiraz edərək İddiaçı 3000 və 12500 manat vermək barədə Murad Behbudova heç nə demdiyini bildirmişdir. Göründüyü kimi iş üzrə dindirilmiş şahidlər cavabdehin iddiaçıya məxsus 20000 manat pulu aldığını təsdiq etməmişlər. Həmin şahidlərin ifadələri ilə iddiaçının izahatı arasında ziddiyyət olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Mülki işə baxılarkən məlum olmuşdur ki, X15 xx.xx.2024-cü ildə Ağdam Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2024-cü ildə Rahib adlı şəxsdən 6700 manat, bundan sonra müxtəlif vaxtlarda 3000, 6000, 8000, 10000 və 5000 manat məbləğində pulu sələm olaraq aldığını, sonradan üstünün faizi ilə birlikdə qaytardığını, lakin Rahibin ondan əl çəkmədiyini bildirmişdir. Ərizə əsasında araşdırma aparılaraq HK-1/1649 saylı material üzrə müstəntiq X16 xx.xx.2025-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Həmin araşdırma zamanı izahat verən Hüseyn Əhmədlinin və Müşviq Yusifovun məhkəmədə verdikləri izahaları arasında da ziddiyyət olmuşdur. Belə ki, Ağdam Rayon Polis Şöbəsində aparılan araşdırma zamanı izahat verən X15 göstərmişdir ki, N saylı hərbi hissədə müddətdən artıq xidmət edir. Cavabdeh tanıyır, onunla aralarında ədavət və düşmənçilik olmamışdır. Rahiblə əvvəllər münasibətləri normal olmuşdur. Ona pul lazım olduğundan xx.xx.2024-cü il tarixdə Rahibdən 6000 manat məbləğində pul istəmiş, Rahib həmin vaxtı ona 5200 manat məbləğində pul vermişdir. Rahib pulu ona sələm olaraq verdiyini, həmin pulun sələmini hər ayın 25-də ona verməyini bildirmişdir. O, məcbur qalıb Rahiblə razılaşmış, 4 ay müddətində hər ay Rahibə 1500 manat pulu əlbəəl olaraq Rahibin evində sonuncya vermişdir. Hətta bir dəfə 400 manat pulu xatırlamadığı tarixdə Rahibin verdiyi plastik karta göndərmiş, 735 manat məbləğində pulu isə Rahibə məxsus plastik karta xatırlamadığı tarixdə telefon vasitəsilə onlayın olaraq köçürmüşdür. Bundan sonra o müxtəlif vaxtlarda Rahibdən 3000 manat, 6000 manat, 8000 manat, 10000 manat, 3000 manat, 5000 manat, 1800 manat məbləğində pulları Rahibdən sələm olaraq almışdır. Bundan təxminən 10 gün sonra Rahib ona gecə saat 03 radələrində zəng edərək idarə etdiyi Kamaz markalı avtomobilinin təkərinin partladığını və buna görə ondan 1000 manat pul istəmiş və ona demişdir ki, «sənin mənə sələmdən borcun qalıbdır, 1000 manat pul ver qurtarsın». O da Rahibə hazırda 1000 manat pulunun olmadığını bildirmiş və ona həmin günü səhərisi saat təxminən 11 radələrində Rahibə məxsus son dörd rəqəmi 7526 olan plastik kartına ödəmə terminalı vasitəsilə 550 manat pul göndərmişdir. Bundan sonra Vəfa ilə Rahib ona mütəmadi olaraq telefon vasitəsi ilə zənglər edib hədələyərək onu prokurorluğa verərək tutduracaqlarını, onu hərbi hissədə olan maşınları söküb gətirdiyi ilə bağlı şərləyərək öldürəcəkləri ilə hədələmişlər. O da məcbur qalıb Rahibə məxsus sonu 7526 nömrəli plastik karta 5000 manat məbləğində olmaqla həmin pulu bibisi oğlu Elməddin Əhmədağalı kəndində yerləşən OBA marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə göndərmişdir. Axırda görmüşdür ki, Rahib onu sələmlə yükləyib və məcbur qalıb bibisi İddiaçı Abış qızından ümumilikdə 23500 manat məbləğində pulu borca alıb Rahibə qaytarmışdır. Ağdam Rayon Polis Şöbəsində aparılan araşdırma zamanı izahat verən X6 göstərmişdir ki, Cavabdeh təxminən 3-4 aydır tanıyır, aralarında ədavət və düşmənçilik olmamışdır. Bu ilin əvvəllərində təxminən 3-4 ay bundan əvvəl yaşadığı Sarıcalı kəndində yerləşən dördyol deyilən ərazidə dayanmışdır. Həmin vaxt həmkəndlisi Hüseyn ona yaxınlaşaraq Əhmədağalı kəndinə onu özünə məxsus olan avtomobili ilə aparıbgətirməyini xahiş etmişdir. O da buna razı olmuşdur. Bundan sonra Hüseynlə birlikdə öz evinə getmiş, həmin vaxt həyətdə gözləmişdir, Hüseyn isə anası Səmiyyə ilə birlikdə evin içərisində bir qədər söhbət etdikdən sonra Hüseyn geriyə qayıtmışdır. Bundan sonra birlikdə Əhmədağalı kəndinə getmişlər və Hüseyn ona Rahibin yaşadığı evin qarşısına getməyini bildirmişdir. Hüseyn avtomobilin içərisində cibindən xeyli miqdarda pulu çıxararaq saymış, həmin pul 12500 (on iki min beş yüz) manat olmuş və bundan sonra düşərək Rahibin həyətinə daxil olmuşdur. O, isə avtomobildə dayanıb Hüseynin gəlməsini gözləmişdir. Avtomobilin içərisindən görmüşdür ki, Hüseyn avtomobilin içərisində saydığı pulu Rahibə vermiş və bundan sonra geriyə qayıdıb avtomobilə əyləşmişdir. Bundan başqa Hüseyn xatırlamadığı tarixdə və vaxtda mobil telefonla zəng edərək Rahibə onun əvəzindən 1000 manat pul verməsini xahiş etmiş və evə gələn kimi onun 1000 manatını özünün verəcəyini bildirmişdir. O da Hüseynə inandığından özünə məxsus 1000 manat pulu götürüb Rahibə vermək üçün evdən çıxmışdır. Bu zaman Hüseyn zəng edərək demişdir ki, «sənin yanına velosiped sürən uşaq gələcək, o Rahibin oğludur, 1000 manat pulu uşağa ver aparsın». O da həmin vaxtı velosipedlə gələn uşağı görmüş, uşaq Rahibin oğlu olduğunu bildirmişdir. O da Hüseynin dediyi 1000 manat pulu həmin uşağa vermiş və Hüseynə zəng edərək bu barədə məlumat vermişdir. Ağdam Rayon Polis Şöbəsində aparılan araşdırma zamanı izahat verən Cavabdeh göstərmişdir ki, X7 tanıyır, onunla aralarında ədavət və düşmənçilik olmamışdır. Hüseyn Əhmədlinin onun barəsində Ağdam Rayon Polis Şöbəsinə yazılı şikayəti ilə tanış olmuş, Hüseynin ərizəsində və izahatında göstərdiyi xüsusatları qismən təsdiq edir. Təxminən 2024-cü ilin əvvəllərində xatırlamadığı tarixdə və vaxtda Hüseynlə birlikdə sonuncuya məxsus VAZ 21015 markalı avtomobillə Bərdə səhərində yerləşən «Unibank»a gedərək 6800 manat kreditlə pul götürmüşdür. Evə gələn zaman Hüseyn tanış olduğunu, həmin şəxsin işğaldan azad olunmus ərazilərdən avtomobillərə məxsus ehtiyat hissələrini gizlin şəkildə gətirib satmaqla məşğul olduğunu, həmin şəxsə pul lazım olduğunu ona bildirmiş, lakin həmin şəxsin adını çəkməmişdir. Hüseynə inandığından onunla razılaşmışdır. Bundan sonra kreditə götürdüyü 6800 manat pulu Hüseynə vermişdir. Hüseyn 6800 manat pulu aldıqdan sonra həmin pulun üzərindən 1500 manat götürüb ona vermiş və ona demişdir ki, «bu səndən sələm götürdüyüm pulun ilk ayının ödənişidir». O, 1500 manat məbləğində pulu Hüseyndən almışdır. Bundan bir neçə gün sonra Hüseyn ona hərbçi olduğunu, kartlarının izləndiyini, ona məxsus plastik pul kartını verməsini ondan xahiş etmişdir. Hüseyn ona pul gələcəyini, həmin pulu Rahibin kartına yüklədəcəyini və sonra cıxarıb kartını qaytaracağını bildirmişdir. Özünə məxsus olan «Kapital Bank»a məxsus plastik kartını Hüseynə vermişdir. Lakin üçüncü ayın ödənişi zamanı Hüseyn pulu gec vermişdir. 1500 manat pulu ona vermişdir. Bundan sonra növbəti ayda ona pul ehtiyac olduğundan, o, Hüseyndən pulunu tam şəkildə istəmişdir. Hüseyn pulu verdiyi adamın burada olmadığını, sonuncunun uşağının binadan yıxıldığından Bakı şəhərinə getdiyini, gələndə pulunu alıb verəcəyini ona demişdir. Bundan sonra dəfələrlə Hüseyndən pulunu istəsə də, Hüseyn müxtəlif bəhanələr gətirərək qaytarmamışdır. Hüseynin onun pulunu qaytarmadığını görüb onun atası Aqili öz yaşadığı evə çağıraraq hadisəni danışmışdır. Bundan bir neçə gün sonra Hüseynin atası Aqil və anası onun evinə gəlmişlər. Bundan sonra aralarında olan razılaşmaya görə Aqil ona kreditini hər ay özü ödəyəcəyinə söz vermişdir. Aqil «Kamaz» markalı maşınının olduğunu deyərək onu Bakı şəhərinə yük daşımaqda köməklik etməsini ondan xahiş etmiş və əldə edilən gəlirlə onun kreditini hər ay ödəyəcəyini təklif etmişdir. O, Aqillə razılaşmış və bundan sonra Aqilin «Kamaz» markalı avtomobilini sürməyə razılaşmışdır. Bundan sonra kreditinin vaxtı çatdıqdan Hüseynə bildirmiş, o isə atasına bunu bildirdikdə atası Hüseynə onun pulunu ödəməsini demiş və buna görə də Hüseyn ona iki aylıq kreditinin pulunu ödəmək üçün onun plastik kartına 730 manat pul yükləmiş, o, həmin pulu çıxarıb kreditini ödəmişdir. Hüseynə heç kimdən pul alıb verməmişdir, onu hədələməmişdir. Bütün bunların hamısı yalan və şərböhtandır. 2024-cü ildə Hüseyn onu Ağstafa rayonuna aparmağını xahiş etmişdir. Həmin vaxt Hüseyn Cabir adlı şəxsdən sələm olaraq 2000 manat məbləğində pul aldığını, üstünə 1000 manat əlavə etməklə Cabirə 3000 manat pul verməli olduğunu ona demişdir. Bundan sonra Hüseynlə birlikdə Ağstafa rayonuna getmiş və Hüseyni Astafa rayonunda yerləşən hərbi hissəyə düşürüb geriyə qayıtmışdır. Hüseynə qeyd etdikləri pulları sələm olaraq verməmişdir, bunların hamısı yalan və şər-böhtandır. Hüseynə 6850 manat pulu borc olaraq vermişdir. Hüseyn ondan aldığı pulu gecikdirdiyindən üstünü sələm olaraq verəcəyini ona demiş, o da Hüseyinin bu sözü ilə razılaşmışdır. Bundan sonra Hüseyn ondan aldığı 6850 manat puldan birinci dəfə 1500 manat, ikinci ay 1500 manat və üçüncü ay 1500 manat olaraq üstünü sələm kimi qaytarmışdır. Bundan sonra Hüseyn ona cəmi 730 manat pul vermişdir, qalan pulları isə ona qaytarmamışdır. Hüseyndə pulunun qalığını, yəni 1800 manat pulu 2024-cü ilin iyul ayında istədiyi üçün Hüseyn ona məxsus plastik kartına pulları vuraraq çeklər əldə etmiş və həmin vaxtlarda kartı Hüseyndə olduğundan pulları sonuncu çıxarmışdır. Bundan başqa işə baxılarkən məlum olmuşdur ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-1744/2025 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh X5 qarşı pul tələbi barədə iddiası qismən təmin edilərək X3 9420 manat və ödənilmiş dövlət rüsumu əvəzində 14,20 manat alınaraq Cavabdeh verilməsi, X4 X11 qarşı 48540 manat pul tələbi barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Həmin işə baxılarkən izahat verən H.A.Əhmədli yuxarıda qeyd olunan ifadə və izahatına zidd olaraq X12 vasitəsi ilə Cavabdeh 12500 manat pul göndərdiyini, həmin məbləği atasına məxsus 7 baş danan sataraq əldə etdiyini bildirmişdir. Həmin işdə şahid qismində dindirilmiş X12 ifadəsində Cavabdeh və Hüseyn Əhmədlini tanımadığını bildirmişdir. Həmin işə baxılarkən şahid qismində dindirilmiş Müşviq Yusifov ziddiyyətli ifadə verərək Hüseyn Əhmədli ilə birlikdə Cavabdeh yaşadığı evə getdiyini, Hüseynin Rahibin evinə girdiyini, özünün isə avtomobildə gözlədiyini, pulu Hüseynin Rahibə verdiyini görmədiyini bildirmişdir. İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübut edə bilməmiş, qanunvericilik isə həmin vəzifəni tərəfin üzərinə qoymuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı 20000 (iyirmi min) manat tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar