Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2762/2024 11.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim NiftCavabdeh Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının sabit pul məbləğində artırılması tələbi barədə mülki işə 11 dekabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 mart 2018-ci il tarixli, 2(104)-1330/2018 saylı qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü Məhəmməd və xx.xx.2011-ci il təvəllüdlü Pərvin adlı uşaqların saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 manat müəyyən edilmiş aliementin miqdarı artırılaraq hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi və mediasiya üçün ödədiyi 50 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdehlə birgə nikahdan xx.xx.2010-cu ildə Məhəmməd və xx.xx.2011ci ildə Pərvin adlı uşaqları olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən ayrılmış və uşaqlar onun himayəsində qalmışlar. Əvvəlki qətnaməyə əsasən cavabdehdən hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat aliment tutulmuşdur. Uşaqların saxlanmasında maddi çətinlik çəkdiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən təkrarən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-1330/2018 saylı qətnaməsinin surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli 2(021)-5308/2017 saylı qətnaməsi ilə xx.xx.2010-cu ildə anadan olmuş Məhəmməd və xx.xx.2011-ci ildə anadan olmuş Pərvin adlı uşaqların saxlanmaları üçün Cavabdeh Bərdə Rayon Məhkəməsinin 30 iyun 2014-cü il tarixli 2(021)- 1042/2014 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat aliment tutularaq İddiaçı verilməsi və qətnamənin dərhal icraya verilməsi barədə qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti qismən təmin edilərək alimentin dərhal icraya verilməsi hissəsində dəyişdirilərək, miqdarı dəyişdirilən alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması qət edilmişdir. AZ-T № 247824 saylı və AZ-İİ № 711391 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin xx.xx.2010-cu ildə Məhəmməd və xx.xx.2011-ci ildə Pərvin adlı uşaqları olmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsində göstərilmişdir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda iki uşağa görə hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında məhkəmə tərəfindən aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsində qeyd olunmuşdur ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə aliment valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edilənləri, hər iki tərəfin mənafeyini, cavabdehin gəlirləri barədə tərəflərin sübut təqdim etmədiklərini nəzərə alaraq və həmçinin gələcəkdə ödənilməsində çətinlik yaranmamasından ötrü Cavabdeh uşaqları Məhəmməd və Pərvinin yetkinlik yaşlarına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 180 manat - cəmi 360 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsini məqsədə uyğun hesab edir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödəməkdən azad edildiyi 63 manat dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq dövlət mədaxilinə köçürülməli, həmçinin mediasiya xidmətinə çəkilmiş xərcin əvəzi olaraq 50 manat cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 28 sentyabr 2017-ci il tarixli 2(021)-5308/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2010-cu ildə anadan olmuş Məhəmməd və xx.xx.2011-ci ildə anadan olmuş Pərvin adlı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 180 manat olmaqla cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Dəyişdirilmiş alimentin tutulması Ağdam Rayon Məhkəməsinin bu iş üzrə 11 dekabr 2024-cü il tarixli 2(013)-2762/2024 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 63 manat dövlət rüsumu tutulsun. Mediasiya xidmətinə çəkilmiş xərcə görə Cavabdeh 50 manat alınaraq İddiaçı verilsin İddiaçı iddiasının qalan hissəsi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2762/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2762/2024
11.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver