Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2777/2023 20.12.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 20 dekabr 2023-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 500 manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat - cəmi (beş yüz otuz) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, qardaşı Şəhriyar Bakı şəhərində tələbədir. xx.xx.2022-ci ildə saat 20:02-də Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən «Planet» marketdə olan «e-Manat» vasitəsi ilə qardaşının kartına 500 manat köçürmək istəmişdir. 500 manat məbləği qardaşının deyil, başqa şəxsin kartına vurmuşdur. Həmin kart sahibini tapmaq üçün "xxxx"a müraciət etmiş, lakin bank onun tələbini təmin etməmişdir. Sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə qərardad çıxararaq onun səhvən köçürdüyü kartın sahibi barədə məlumat verilməsini "xxxx"a həvalə etmişdir. Bundan sonra səhvən köçürdüyü kartın sahibinin tanmadığı Cavabdeh olduğunu bilmişdir. Rənadan pulunu tələb etməsinə baxmayaraq ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, İddiaçı tanımır. Özünə məxsus pul kartında 2022-ci ildə 1200 manat olmuş, lakin həmin kartı itirmişlər. Ola bilsin ki, pul kartını kimsə oğurlamışdır. Həmin kart ona məxsus olsa da əri tərəfindən istifadə edilmişdir. Bir müdddət əvvəl Ağcabədi polisindən onun ərinə zəng vurularaq onun kartına səhvən 500 manat pul vurulduğunu və kartda 1700 manat olduğunu bildirmişlər. Bundan sonra İxtiyarın anası onun ərinə zəng vuraraq onun kartının «instagram» səhifəsində olduğunu və falçının həmin kartı istifadə etdiyini demişdir. İxtiyarın anası qızının, yəni İxtiyarın bacısının falçı ilə əlaqə saxladığını, qızının ailəsinin dağılmamasından ötrü falçıya zəng vurmamağı onun ərinə demişdir. Bu səbəbdən kartın oğurlanması barədə şikayət etməmişlər. Oğurlanmış kartında İxtiyarın vurduğu 500 manatdan əlavə özünün 1200 manat pulundan məhrum edildiyini qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-801/2023 saylı qərardadının surətindən görünür ki, İddiaçı vəsatəti təmin edilərək onun tərəfindən xx.xx.2022-ci il tarixdə saat 20:02 radələrində Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən «Planet» marketdə "xxxx" ASC-də mövcud olan hesab nömrəsinə köçürülmüş 500 manat pul vəsaitinin hansı hesab nömrəsinə köçürülməsi və həmin hesab nömrəsinin kimə məxsus olması barədə məlumatların (ödəniş əbzində verilən qeydlər: "xxxx" MMC/VÖEN: **********, milliön elektron ödənişlər sistemi, Terminal No 02222, Ağcabədi rayonu Hindarx qəsəbəsi «Planet» market xx/xx/2022, 20:02:47, "xxxx" Xidmətləri»nin nağd ödənişi, kartın nömrəsi 41697********9992, məbləğ 500 manat əməliyyat No: **********, «Kapitalkart8 **********.) "xxxx" ASC-dən tələb edilməsi qərara alınmışdır. "xxxx" ASC tərəfindən verilmiş çıxarışdan görünür ki, Cavabdeh məxsus hesab nömrəsi ******************** PAN 416973********9992 olan karta xx.xx.2022-ci ildə saat 20:02-də terminal vasitəsi ilə nağd olaraq 500 manat köçürülmüşdür. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Mülki işə baxılarkən məlum olmuşdur ki, İddiaçı Cavabdeh məxsus pul kartına xx.xx.2022-ci ildə saat 20:02-də terminal vasitəsi ilə nağd olaraq 500 manat köçürmüşdür. Belə olan halda Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən 500 manat məbləği geri qaytarmalıdır. Həmin maddədə göstərimişdir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsində göstərilmişdir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsində qeyd olunmuşdur ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumu əvəzində Cavabdeh 30 manat alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 500 manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat – cəmi 530 (beş yüz otuz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2777/2023
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2777/2023
20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver