Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-278/2025 17.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadehlərin törətdiyi əməllərə, əmlakın pulun mənimsədildiyinə və israf edildiyinə görə hazır ki, mülki iddia ilə dəymiş maddi zərər, Cavabdeh 17536.82 manat, əlavə olaraq xx.xx.2023-cü il tarixindən-xx.xx.2024-cü il tarixədək, toplam 23 ay üçün əldən çıxmış fayda, maddi zərərə görə 4635,9 manat, Mərkəzdəki bankın müəyyən etdiyi bank uçot faiz dərəcəsi ilə 7,25 faizlə hesablanmaqla ödənilməsi və 156.52 manat dövlət rüsumun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı QSC-nə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə baxış iclasına nümayəndəsi gəlməmişdir və məhkəmədən işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Bu halda məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İddiaçı QSC-nin ona qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair 2(013)-278/2025 nömrəli iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmasına etiraz etmədi. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri yoxlayaraq belə hesab edir ki, qeyd olunan iddia baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, məhkəmənin icraatında İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadehlərin törətdiyi əməllərə, əmlakın pulun mənimsədildiyinə və israf edildiyinə görə hazır ki, mülki iddia ilə dəymiş maddi zərər, Cavabdeh 17536.82 manat, əlavə olaraq xx.xx.2023-cü il tarixindən-xx.xx.2024-cü il tarixədək, toplam 23 ay üçün əldən çıxmış fayda, maddi zərərə görə 4635,9 manat, Mərkəzdəki bankın müəyyən etdiyi bank uçot faiz dərəcəsi ilə 7,25 faizlə hesablanmaqla ödənilməsi və 156.52 manat dövlət rüsumun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(013)-271/2025 nömrəli iş var. Göründüyü kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla Ağdam rayon məhkəmənin icraatında 2(013)-271/2025 nömrəli iş var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsində göstərilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260.5, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı QSC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair 2(013)-278/2025 nömrəli iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-278/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-278/2025
17.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver