Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2818/2023 15.11.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi barədə mülki işə 15 noyabr 2023-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə Cavabdeh qarşı iddia qaldıraraq VAZ 2106 minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2 tərəfindən 2022-ci ildə ona satılması barədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, hazırda Ağdam Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 2022-ci ildə qohumu və qonşusu X1 3000 manata VAZ 2106 minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Aralarında etibar olduğundan alqı-satqını rəsmiləşdirməmişlər. xx.xx.2023-cü ildə Tahir vəfat etmişdir. Bundan sonra alqı-satqını rəsmiləşdirə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf edərək göstərmişdir ki, əri Tahir Hətəmov 2022-ci ildə İddiaçı 3000 manata VAZ 2106 minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili satmışdır. Tahir Hətəmov 2023-cü ildə vəfat etmişdir. Tahirlə birgə nikahından olan uşaqlarının yetkinlik yaşına çatmadıqlarını qeyd etməklə iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmədə elan olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhdətnaməsinin surətindən görünür ki, VAZ 2106 minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2 olmuşdur. AZ-İİ № 307069 saylı şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2023-cü ildə vəfat etmişdir. AZ-İ № 217330 saylı şəhadətnamənin surətindən görünür ki, X2 ilə Cavabdeh arasında olan nikah xx.xx.2006-cı ildə Ağdam Rayon İcra Hakimiyyəti başçısının Nəmirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 09 nömrə ilə qeydə alınmışdır. AZ-İ № 974325, AZ-İİ № 379788 və AZ-T № 148840 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X2 ilə Cavabdeh xx.xx.2007-ci ildə Emil, xx.xx.2009-cu ildə Emin və xx.xx.2017-ci ildə Qismət adlı uşaqları olmuşdur. Məhkəmə belə hesab edir ki, cavabdehin etirafı təsdiq olunmaqla iddia təmin edilməlidir. Belə ki, cavabdeh məhkəməyə verdiyi ərizəsində iddianı etiraf etdiyini göstərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia təmin edilsin. VAZ 2106 minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2 tərəfindən 2022-ci ildə İddiaçı satılması barədə alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2818/2023
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2818/2023
15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver