Məhkəmə qərarları › İş №2(013)-2912/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-2912/2025

08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-2912/2025 08.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30000 manat pulun və ödənilmiş 180 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı izahatında mülki işin aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh X1 izahatında mülki işin aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinə Gəncə Kommersiya Məhkəməsində baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. Belə ki, “AzeMis” Elektron məhkəmə informasiya sistemindən görünür ki, İddiaçı (VÖEN **********), Cavabdeh (VÖEN **********) fərdi sahibkardılar və vergi ödəyicisi kimi uçota alınmışdılar. Göründüyü kimi tərəflərin fərdi sahibkar olmasına, həmçinin hazırki pul mübahisəsinin tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan fəaliyyətinə görə yaranmasına baxmayaraq, iddiaçı tərəfindən iddia ərizəsi məhkəmə aidiyyəti pozulmaqla verilmişdir. Yəni iddiaçı tərəfindən həmin iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmək əvəzinə Ağdam Rayon Məhkəməsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-nin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası MPM-nin 31.1 maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-nin 45.4. maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir.Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya istansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar sözügedən iddia ərizəsinin aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 31.1-ci, 32.3-cü, 44.2.2-ci, 45.4-cü və 263-264, 267-268-ci maddələrinə əsaslanaraq q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı cavabdehdən 30000 manat pulun və ödənilmiş 180 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəflərə təqdim edildikdən və ya tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar