Məhkəmə qərarları › İş №2(013)-2928/2023

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2928/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2928/2023 20.12.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi barədə mülki işə 20 dekabr 2023-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh1 527,84 manat, Cavabdeh2 527,11 manat və Cavabdeh3 247,76 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehlərlə birlikdə bankdan kredit almışlar. Həmin vaxt Bakı şəhərində şirkətdə sürücü işləmişdir. Cavabdehlər borcu ödəmədiklərindən onun əmək haqqından 527,11 manat Cavabdeh2, 527,84 manat Cavabdeh1, 244,76 manat Cavabdeh3 banka olan borcuna silinmişdir. Tələb etməsinə baxmayaraq cavabdehdən pulunu ala bilmədiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh1 iddianı etiraf etməyərək göstərmişdir ki, İddiaçı tanımamış, lakin bank onlara birlikdə kredit vermişdir. Banka olan borcunu ödədiyini qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh2 iddianı etiraf etməyərək göstərmişdir ki, İddiaçı tanımamış, lakin bank onlara birlikdə kredit vermişdir. Banka olan borcunu ödədiyini qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh3 iddianı etiraf etməyərək göstərmişdir ki, İddiaçı tanımamış, lakin bank onlara birlikdə kredit vermişdir. Banka olan borcunu ödədiyini qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(013)- 450/2011 saylı məhkəmə əmrinin surətindən görünür ki, X18, Əliyeva lalə Lənkəran qızı, X6, X8, X13, İddiaçı, X4, X5, X1, X15, Rzayeva Hicran Usub qızı, X7, X2, X16, Cavabdeh2, X19, Cavabdeh1, Cavabdeh3, X9, X3 müştərək qaydada 4322,02 manat əsas, 204,11 manat faiz, 1960,83 manat dəbbə – cəmi 8496,96 manat və ödənilmiş dövlət rüsumu əvəzində 10 manat alınaraq "xxxx" İKB ASC-nin Bərdə filialını xeyrinə tutulması əmr edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 1-21/3563-23 saylı məktubundan görünür ki, İddiaçı əmək haqqından 527,11 manat Cavabdeh2, 527,84 manat Cavabdeh1, 244,76 manat Cavabdeh3 banka olan borcuna silinmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmədə məlum olduğu kimi "xxxx" İKB ASC ilə X18, Əliyeva lalə Lənkəran qızı, X6, X8, X13, İddiaçı, X4, X5, X1, X15, Rzayeva Hicran Usub qızı, X7, X2, X16, Cavabdeh2, X19, Cavabdeh1, Cavabdeh3, X9, X10 arasında xx.xx.2009-cu ildə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank həmin şəxslərə kredit vermişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(013)-450/2011 saylı məhkəmə əmri ilə X18, Əliyeva lalə Lənkəran qızı, X6, X8, X13, İddiaçı, X4, X5, X1, X15, Rzayeva Hicran Usub qızı, X7, X2, X16, Cavabdeh2, X19, Cavabdeh1, Cavabdeh3, X9, X3 müştərək qaydada 4322,02 manat əsas, 204,11 manat faiz, 1960,83 manat dəbbə – cəmi 8496,96 manat və ödənilmiş dövlət rüsumu əvəzində 10 manat alınaraq "xxxx" İKB ASC-nin Bərdə filialını xeyrinə tutulması əmr edilmişdir. İddiaçı əmək haqqından 527,11 manat Cavabdeh2, 527,84 manat Cavabdeh1, 244,76 manat Cavabdeh3 banka olan borcuna silinmişdir. Belə olan halda Cavabdeh2 527,11 manat, Cavabdeh1 527,84 manat, Cavabdeh3 244,76 manat iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsində qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödəməkdən azad edildiyi 33,10 manat məbləğində dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh1 527 (beş yüz iyirmi yeddi) manat 84 (səksən dörd) qəpik, Cavabdeh2 527 (beş yüz iyirmi yeddi) manat 11 (on bir) qəpik və Cavabdeh3 247 (iki yüz qırx yeddi) manat 76 (yetmiş altı) qəpik alınaraq İddiaçı verilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 33 (otuz üç) manat 10 (on) qəpik dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar