Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2935/2024 28.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3500 manat məbləğində pulun və həmçinin ödənilmiş 55 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh ondan xx.xx.2024-cü il tarixdə 5000 manat məbləğində pul almışdır. İddiaçı həmin 5000 manat məbləğində pul vəsaitini ona görə almışdır ki, aldığı pulla iş görəcək və artıqlamasıyla, yəni 6000 manat ona pul verəsək. xx.xx.2024-cü il tarixdə Cavabdeh aldığı məbləğdən 2500 manat pulu geri qaytarmışdır. Cavabdeh borcu olduğunu etiraf etsə də, dəfələrlə həm şifahi qaydada, həm də mobil şəbəkə tətbiqi olan WHATSAPP vasitəsilə 3500 manat məbləğində pul vəsaitini tez bir zamanda çatdıracağını desə də hər dəfə müxtəlif bəhanələrlə ona olan borcunu ödəməkdən boyun qaçırmışdır. Cavabdeh ona göstərilən etimaddan sui-istifadə etmiş, dəfələrlə ondan müəyyən məbləğlərdə pul vəsaitlərini almış və eyni qaydada qaytarmamışdır. Cavabdeh hər dəfə bu gün, sabah borcu ödəyəcəyi kimi bəhanələrlə onu aldadmış və borcu ödəməkdən imtina etmişdir. Hal-hazırda isə Cavabdeh onun telefon zənglərinə belə cavab vermir. Cavabdeh etibardan sui-istifadə edərək varlanmaq istəyir. Mülki mübahisə olduğu üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələblərini bir daha müdafiə etdi. Əlavə olaraq göstərdi ki, Qubadlı rayonundan məcburi köçkündür, Sumqayıt şəhərində yaşayır. Cavabdeh uzun illərdir ki, tanıyır, onunla Bakı şəhərində tanış olublar. Cavabdeh iş görüb gəlir əldə etmək adı ilə ondan xx.xx.2024-cü il tarixdə 5000 manat məbləğində pul almış, bildirmişdir ki, 6000 manat qaytaracaq. xx.xx.2024-cü il tarixdə Fariz həmin məbləğdən 2500 manat pulu qaytarmış, sonra may ayına kimi onu aldatmış, aralarında mübahisə yaranmışdır. Mübahisələrinə bir dostu da qarışmış, Fariz onu da 2 ay aldatmışdır. İyun ayında bəri isə Farizlə əlaqə saxlaya bilmir, telefon zənglərinə də cavab vermir. Farizlə aralarında səs yazılarının diskini məhkəməyə təqdim edib. Orada Fariz 3500 manat borcunun olmasını etiraf edir. İddiaçı məhkəməyə ərizə ünvanlamış, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclası barədə 3 dəfə məhkəmə bildirişi və SMS məlumat vasitəsi ilə məlumatlandırılmış, məhkəməyə 2 dəfə zəng etmiş, onunla telefon vasitəsi ilə əlaqə saxlanılmış, məhkəmə iclasından məlumatlı olmasını bildirmiş, borcunun olmasını bildirmiş, lakin iddia tələbində göstərildiyi məbləğdə borcunun olmamasını bildirmiş, məhkəməyə gah özünün gələcəyini, gah vəkilinin gələcəyini bildirmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının məhkəmə iclasının onun iştirakı olmadan baxılması barədə xahişini nəzərə alır, işin tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün bilmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, təqdim edilmiş sübutu dəyərləndirib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1988-ci il təvəllüdlüdür. Ərizəyə əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(060)- 6234/2024 saylı Qərardadının surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair idda ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı həmçinin Cavabdehla telefon danışıqlarını özündə əks etdirən disk yazısını da məhkəməyə təqdim etmiş, həmin səs yazılarında Cavabdeh İddiaçı borcunun olmasını etiraf edir, 1 ay ərzində ödəyəcəyini bildirir, borcunun 3500 manat deyil, 2500 manat olmasını bildirir, həmçinin iddiaçıya 800 manat da xeyir verdiyini bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlana bilər. Həmçinin həmin Məcəllənin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da ona zidd olmayan müqavilələr və başqa əqdlər, /14.2.8/ fiziki və hüquqi şəxslərin digər hərəkətləri mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği 3000 manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə,borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İddiaçı cavabdehdən 3500 manat tələb etməsinə baxmayaraq öz tələbini əsaslandırmır, tələbin əsasları ilə bağlı məhkəməyə rəsmi dəlil təqdim etmir. Onun məhkəməyə təqdim etdiyi disk yazısında isə cavabdeh borcunun 2500 manat olmasını etiraf edir və həmin məbləği ödəyəcəyini bildirir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə bağlı 55 manat dövlət rüsumu ödəmişdir ki, həmin məbləğ iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq da cavabdehdən tutularaq ona verilməlidir. Məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbləri qismən təmin edilməli, Cavabdeh 2500 manat məbləğində pul, 45 manat dövlət rüsumu kimi ödənilən məbləğ tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları subut etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh – 2500 /iki min beş yüz/ manat pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 45 /qırx beş/ manat pul tutularaq İddiaçı xeyrinə verilsin. Tələbin qalan hissəsi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-2935/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2935/2024
28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver