Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2960/2024 18.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə mülki işə 18 dekabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC-nin direktoru X6 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçsi, 11F ünvanında yerləşən lombard fəaliyyəti ilə məşğul olan "xxxx" MMC-yə gəlib həmin cəmiyyətin direktoru vəzifəsində çalışan X3 müraiət edərək Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 74 ünvanında yerləşən, X1 məxsus lombarda 06 iyun 2022-ci il tarixdə 075118 nömrəli girov biletinə əsasən övladı X4 adına girov qoyduğu 750 əyarlı 10,74 qram, 28 iyul 2022-ci il tarixdə 075112 nömrəli girov biletinə əsasən tanışı X2 adına girov qoyduğu 750 əyarlı 26 qram və 09 avqust 2022-ci il tarixdə 075129 nömrəli girov biletinə əsasən X2 adına girov qoyduğu 750 əyarlı 11 qram olmaqla həqiqətdə ümumi çəkisi 47,74 qram olan qızıl-zinət əşyalarının guya 210 qram olması, həmin qızıl-zinət əşyalarını girovdan çıxarılması üçün həmin lombarda 14070 manat ödəniş etməli olması barədə yalan məlumat verib inandıraraq Təbriz Abbaslını aldadıb etibarından sui-istifadə etməklə bu məqsədlə sonunucunun tapşırığı ilə 12 noyabr 2022-ci il tarixdə saat 17 radələrində "xxxx" MMC-də kredit mütəxəssisi vəzifəsində işləyən X5 ilə birlikdə Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında yerləşən X1 məxsus lombardın qarşısına gəlib orada Famil Yadullalıya guya lombardda işləyən şəxslərin onun girov qoyduğu qızıl-zinət əşyalarını "xxxx" MMC-yə girov qoyacağını bilməsini istəmədiyini, bu səbəbdən də lombarda tək daxil olmaq istəməsini bildirmişdir. Famil Yadullalıdan 14070 manat nağd pul vəsaitini alıb, həmin lombarda daxil olmuş, bir neçə dəqiqə sonra lombarddan çıxmışdır. Famil Yadullalıya 14070 manat pulu lombarda ödəməsi və qızl-zinət əşyalarının bir saat sonra verilə biləcəyi, hazırda özünün işlərinin olmasını, bir saata geri qayıdacağına dair yalan məlumat verib həmin yerdən uzaqlaşmışdır. Bununla əlaqədar olaraq, "xxxx" MMC-də işləyən X3 məxsus olan 14070 manatı vəsaiti ələ keçirib sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Buna görə də, Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 1(007)-83/2024 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyini qeyd etməklə, Cavabdeh iddiaçıdan dələduzluq etməklə aldadaraq ələ keçirdiyi 14070 manat pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin direktoru X6 məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(007)-83/2024 saylı hökmünün surətindən görünür ki, Cavabdeh İddiaçı MMCdən aldatma və etibardan sui-istifadə etmə yolu ilə 14070 manat pulu ələ keçirmiş, həmin puldan 6000 manat ödəmiş, 8070 manat pulu isə qaytarmamış və bu əməlinə görə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olmaqla məhkəmədə elan olunmuş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(007)-83/2024 saylı hökmünün surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən aldatma və etibardan sui-istifadə etmə yolu ilə 14070 manat pulu ələ keçirmiş, həmin puldan 6000 manat ödəmiş, 8070 manat pulu isə qaytarmamış və bu əməlinə görə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göründüyü kimi iddiaçının mülkiyyəti hesab edilən 14070 manat məbləği cavabdeh mənimsəmiş və dəymiş ziyandan 8070 manat hazırki vaxta qədər ödənilməmişdir. Belə olan halda iddia tələbinin maddi ziyana görə 8070 manat tələbinə dair hissəsi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq 100,70 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 8070 (səkkiz min yetmiş) manat və ödənilmiş dövlət rüsumu əvəzində 100 (yüz) manat 70 (yetmiş) qəpik alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbinin qalan 6000 (altı min) manat hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2960/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2960/2024
18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver