Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2972/2025 18.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 85635 manat əsas pulun, həmin məbləğin ödənildiyi günə qədər hesablanmış illik 7.25% bank uçotu dərəcəsi kimi 6208.53 manat məbləğində pul vəsaitinin, ödənilmiş 365.53 manat dövlət rüsumunun, həmçinin hüquqi yardım göstərilməsi üçün vəkil orderinə ödədiyi 325 manat və etibarnaməyə ödədiyi 17.25 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Cavabdeh X2 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə daxil olmuş və cavabdeh ərizəsində iddianın qəbul etdiyini, İddiaçı borcu olduğu barədə ona qəbz yazaraq verdiyini, lakin səhhətində olan problemlər və maddi imkanının yaxşı olmaması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Belə olan halda, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında iddianı müdafiə edərək göstərmişdir ki, İddiaçı cavabdeh X3 tanışı X1 vasitəsi ilə tanıdığını, onun səhətimdə yaranan problemlərlə əlaqədar və maddi durumum aşağı olduğundan müalicə xərclərimin qarşılanması üçün həm özünə, həm də ailə üzvlərinə məxsus olan qızıl-zinət əşyalarını satmaq qərarına gəldiyini, bu səbəblə 2022-ci ilin oktyabr ayında X1 yaşadığı ünvanında görüşdüklərini və 170.760 manat dəyərində 30 ədəd qızıl üzüyü, 25 ədəd qızıl sırğanı, 27 ədəd qızıl qolbağı, 20 ədəd qızıl sep və 12 ədəd komplekt qızıl dəst qızıl-zinət əşyalarını ona verdiyini, Mehriban da 2022-ci ilin oktyabr ayında özünə məxsus olan mobil nömrə ilə whatsapp ani mesajlaşma sistümində status bölməsində qeyd olunan məhsulların şəkillərini paylaşmış və satdığını qeyd etdiyini, cavabdeh X4 da statusda qeyd olunan qızıl-zinət əşyalarını görmüş və bununla bağlı Mehribana zəng edərək qızıl-zinət əşyaları ilə maraqlandığını ona demiş, cavabdeh ilkin olaraq ondan 01 ədəd qızıl üzük almış, sonra qalan qızıl-zinət əşyalarını da almaq istədiyini Mehribana demiş, o da iddiaçıya bildirmişdir ki, bir nəfər Sevinc adlı tanışı var qızıl-zinət əşyalarının hamısını almaq istəyir, iddiaçının da etiraz etmədiyini, 2023-cü ilin fevral ayının 14-ə kimi hissə-hissə olmaqla 3 ay müddətində satıb pulunu qaytarmaq şərti ilə qeyd olunan 170.760 manat dəyərində olan bütün qızılzinət əşyalarını Cavabdeh verdiyini, cavabdeh 2023-cü ilin fevral ayının 14-nə kimi hissə-hissə olmaqla 52.000 manat pulu Mehribanın bank kartına, 8000 manatı isə oğlu Mətinin və qohumu Gülginin kart hesabına ödədiyini, qalan 110.760 manat pulu da qısa müddətdə, yəni 3 ay müddətinədə qaytaracağına söz versə də, ödəmədiyini, iddiaçının bu barədə 12 may 2023-cü ildə şikayət ərizəsi ilə Sumqayıt şəhər Polis İdarəsinə müraciət etdiyini, cavabdehin əməlində dələduzluq cinayətinin tərkib əlamətləri olmadığı, mübahisənin mülki xarakterli və araşdırma səlahiyyətinin məhkəmə orqanlarına aid olduğu müəyyən edildiyindən xx.xx.2023-cü il tarixdə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildiyini, pulun qaytarılması istiqamətində edilən cəhdlərə baxmayaraq cavabdehdən hələdə ala bilmədiyini, öhdəliyin icrasınin yerinə yetirilməsi günündən üç ilə yaxın bir vaxt keçməsinə baxmayaraq öhdəlik yerinə yetirilməmişdir. Cavabdeh hazırda qanunsuz olaraq iddiaçıya məxsus qızal-zinət əşyalarının satışından əldə etdiyi puldan istifadə edir və qaytarmaq barədə düşünmür. Pullarımın qaytarılmaması iddiaçının maddi durumuna və o cümlədən müalicə xərclərinin qarşılanmasına mənfi təsir göstərir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Pİ-nin TŞ-nin baş təhqiqatçısı polis kapitanı E.Feyzullayevin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarndan görünür ki, HK-1/557 saylı material üzrə izahatı alınmış Cavabdeh izahatında onun İddiaçı 110.760 manat pul borcu qaldığını və həmin borcu 2023-cü ilin sentyabr ayının sonunadək ödəyəcəyini göstərmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə yazılaraq X4 tərəfindən imzalanan qəbzdən görünür ki, o, İddiaçı qəbz verib ona görə ki, X1 vasitəsi ilə 2022-ci ilin oktyabr ayından 2023-cü ilin fevral ayının 14-nə kimi onlardan hissəhissə olmaqla 170.760 manat dəyərində 30 ədəd qızıl üzüyü, 25 ədəd qızıl sırğanı, 27 ədəd qızıl qolbağı, 20 ədəd qızıl sep və 12 ədəd komplekt qızıl dəst qızıl-zinət əşyalarını almış, qızıl-zinət əşyalarının satışından əldə olunan puldan 2023-cü ilin fevral ayına kimi 52.000 manat pulu sizə verməsi üçün Mehribanın bank kartına, 8000 manatı isə oğlunuz Mətinin və qohumunuz Gülgin adlı şəxsin kart hesabına ödəniş etdiyi, bundan başqa 2023-cü ilin fevral ayının 14-dən 2025-ci ilin iyul ayının 23-nə kimi sizə hissə-hissə olmaqla 25.125 manat pul ödəniş etdiyini, hazırda qızılzinət əşyalarına görə 85.635 manat məbləğində borcu qaldığını və borcunu 10 gün müddətinə qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, «Piersack Belçikaya qarşı» işüzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, «X7rşı» işüzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bununla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 85635 manat əsas pul vəsaiti, həmin məbləğin ödənildiyi günə qədər hesablanmış illik 7.25% bank uçotu dərəcəsi kimi 6208.53 manat məbləğində pul vəsaiti, ödənilmiş 365.53 manat dövlət rüsumu, həmçinin hüquqi yardım göstərilməsi üçün vəkil orderinə ödənilən 325 manat və etibarnaməyə ödənilən 17.25 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227 və 360-cı maddələrinə əsaslanaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 85635 manat pul, həmin məbləğin ödənildiyi günə qədər hesablanmış illik 7.25% bank uçotu dərəcəsi kimi 6208.53 manat məbləğində pul, ödənilmiş 365.53 manat dövlət rüsumu, həmçinin hüquqi yardım göstərilməsi üçün vəkil orderinə ödənilən 325 manat və etibarnaməyə ödənilən 17.25 manat məbləğində pul tutularaq İddiaçı xeyirinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-2972/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2972/2025
18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver