Məhkəmə qərarları › İş №2(013)-3091/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3091/2025

22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3091/2025 22.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı “kreditin ödənilməsi” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m üə y y ə n e t d i: İddiaçı BOKT "xxxx" MMC Cavabdeh qarşı “kreditin ödənilməsi" tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 750.03 manat əsas borc və 76.00 manat faiz borcu, gecikdirilmiş məbləğə görə hesablanmış 63.00 manat cərimə borcu olmaqla cəmi 889.03 manat borcun və 30.00 manat ödənilmiş dövlət rüsumunun iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC tələbini onunla əsaslandırmışdır ki, iddiaçı BOKT "xxxx" MMC-nin Tərtər filialı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 24271 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən cavabdehin illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə cəmi 750.03 manat məbləğində qalıq əsas kredit borcu Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli fərmanın icrasının təmin edlməsi məqsədilə restrukturizasiya edilmişdir. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, cavabdeh əsas borc və kreditdən istifadəyə görə hesablanmış faiz borcu üzrə kredit müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən əsas və faiz borcu üzrə heç bir ödəniş etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən cavabdehin bu günə əsas borc üzrə 750.03 manat, faiz borcu üzrə 76.00 manat, gecikdirilmiş məbləğə görə hesablanmış 63.00 manat cərimə borcu yaranmışdır. Cavabdehlər bu barədə dəfələrlə şifahi və yazılı xəbərdar edilmələrinə baxmayaraq yuxarıda göstərilən kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında yerinə yetirməmişlər. Hazırda cavabdehlərin cəmi borcu 889.03 manat məbləğ təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci və 284-5.2-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri aldığı gündən 05 (beş) iş günü müddətində məhkəməyə göndərə bilməsi üçün cavabdehə rəsmi qaydada bildirişin göndərilməsinə və sonuncuya bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını, eləcə də ona əlavə olunmuş sənədləri məhkəməyə göndərə biləcəyinin izah edilməsinə baxmayaraq, iddia tələbinə münasibətdə məhkəməyə cavabdehin etirazı daxil olmamışdır. Məhkəmə iş üzrə təqdim olunmuş materialları yoxlayaraq, iddia ərizəsinin dəlillərini və iddiaya qarşı əsaslandırılmış etirazın olmamasını nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 24271 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən cavabdehə, illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə cəmi 750.03 manat məbləğində qalıq əsas kredit rəsmiləşdirilmişdir. BOKT "xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinə, 24271 saylı kredit müqaviləsi üzrə, 750.03 manat əsas və 76.00 manat faiz, gecikdirilmiş məbləğə görə hesablanmış 63.00 manat cərimə borcu olmaqla cəmi 889.03 manat borcu vardır. Eyni zamanda iddiaçı təşkilat məhkəməyə müraciət edərkən, 30.00 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30.00 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 750.03 manat əsas borc və 76.00 manat faiz borcu, gecikdirilmiş məbləğə görə hesablanmış 63.00 manat cərimə borcu olmaqla cəmi 889.03 (səkkiz yüz səksən doqquz manat üç qəpik) manat borc və 30.00 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı BOKT "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar